3 -cü HİSSƏ

80 7 52
                                    

Və budur, hamının səbirsizliklə gözlədiyi o adamlar, yəni xaricdən gələn tibb işçiləri nəhayət ki gəlib çatdılar.
Uzun boy, kostyum geyimli, heç birimizin başa düşmədiyi dildə danışan, Fransadan gələn bu yaraşıqlı adamlar içəri daxil oldular. Bəlkə də mən ilk dəfə onları belə yaxından görəcəkdim, çünki bu vaxta qədər bu köhnə binaya hələ heç bir xarici adam ayaq basmamışdı. Biz onların dilini başa düşmədiyimiz üçün elə bilirdik ki, bunlar ancaq ilan-qurbağaca danışırlar. Xoşbəxtlikdən, tərcüməçi də onların yanında idi və onların hər dediklərini izah edirdi.
Hələ yanımda dayananan tibb bacılarını demirəm... Onlar elə heyrətlə baxırdılar ki, imkan olsa qarğa-quzğun kimi başlarına dönərdilər.

Beləliklə, onlar həkimlərlə görüşdülər və yavaş-yavaş otaqları nəzərdən keçirməyə başladılar. 5 nəfər idilər, bir də tərcüməçi. Hər otağı gəzdikcə bir-birilərinə elə baxırdılar ki, sanki beyinlərinə kreativ ideyalar gəlirdi. Beləcə onlar otaqları bir-bir nəzərdən keçirdikdən sonra bizim baş həkimə doğru nəsə deməyə başladılar:

-- Nous aurons une conversation avec vous. Nous aimerions vous parler de ce sujet.

Tərcüməçinin deyimi ilə:

-- Bizim sizinlə bir söhbətimiz olacaq. İstərdik ki, sizinlə bu mövzu haqqında danışaq.

Biz əslində bilirdik bu nə söhbətidir, çünki onlar nəsə təklif edəcəklərdi. Baş həkimimiz- Cəfər doktor onları öz otaqlarına buyuraraq söhbətə başladılar.
Bu vaxt Fəridə içinə qapanaraq söhbətin nə yerdə qalacağını fikirləşirdi.

Fransızlar baş həkimin otağında əyləşmiş, yavaş-yavaş bizim çayımızdan içərək söhbətə başlayırdılar. (tərcümə):

-- Cəfər bəy, bizim bura gəlmək məqsədimiz həm sizin, həm də bizim xeyrimizə olacaq. Bizim sizə təklifimiz olacaq. O təklif ki, siz bu fürsəti əldən qaçırmazsınız.

Nümayəndələrin bu fikri Cəfər həkimi təəccübləndirdi. Bu vaxt ,o, tərcüməçiyə doğru üzünü çevirərək təklifin nə olacağını ona söyləməsini istədi. Tərcüməçi onları başa saldı, Fransızlar da bu sözlərdən sonra nəysə uzun danışmağa başladılar. Biri dediyini digəri başı ilə təsdiqləyirdi.
Beləcə onlar sözlərini bitirdikdən sonra tərcüməçi fransızların dediyi təklifi izah etməyə başladı:

-- Cəfər bəy, sizin işlədiyiniz bu bina artıq işləmək üçün əlverişli deyil. Binanın köhnə olduğu da heç onların ürəyincə olmadı. İstəyirlər ki, bu köhnə binanı söksünlər. Əvəzində isə böyük, geniş, müasir tipli, ən yeni tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana qursunlar. Həmçinin, tikiləcək yeni binanı ən yaxşı həkimlərlə dəyərləndirmək istəyirlər.

Bu təklif sanki Cəfər doktorun qönçəsini nurlandırdı, o, sevinmişdi.
Sonra fransızlar daha da nəsə söyləyərək əlavə etdilər və tərcüməçi tərcümə edərək:

-- Onlar bir də deyirlər ki, hospitalda həm onlar, həm də siz bir ortaq kimi işləyəcəksiniz. Yəni alınan qazancdan onların da payına düşəcək. Buna görə də sizə qərar verməyiniz üçün 3 gün vaxt verirlər.

Əgər bu təkliflər öz həllini tapsa idi, Fəridə üçün də yaxşı imkanlar açılardı ...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 21, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

FERİDEWhere stories live. Discover now