Murat Uyurkulak - Har

55 6 4
                                    

"İnsanın ruhuna çatmaq istəyirsənsə, dəliyindən deyil, yarasından girəcəksən

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"İnsanın ruhuna çatmaq istəyirsənsə, dəliyindən deyil, yarasından girəcəksən."

Hardasa 4 - 5 gündü düşünürəm bu kitab barədə nə deyim, nə yazım. Amma beynimdəki dolğunluqda fikrimi çatdıra bilməyəcəyimdən çəkindiyimdən eləcə danışım qərar verdim.

Sizə ilk dəfə türk müəllif olduğunu vurğulamadan, milliyyətini ümumən vurğulamadan bir kitabdan danışmaq istəyirəm, hansı ki qızıldır!

"Bircə kitab nə edə bilər ki?
Yepyəkə məscidlər tikər, Nümunə qardaşım, möhtəşəm kilsələr tikər, okeanlar dolusu qan tökər, qan dayandırar, milyardlarca həyat qaraldar, milyarlarcasını işıqlandırar.."

Bu keyfiyyətdən daha aşağı səviyyəli kitablar yazanlar var. Bax elə biri İshiguro. "Gömülü dev"deyə bir kitabını oxumuşdum vaxtilə. Xəstə və böyük bir əjdaha nəfəa verdikcə ciyərlərindən çıxan hava insanların nəfəsinə qarışırdı və insanlae keçmişi unudurdular. Bu fakt üzərinə qurmuşdu romanı, alleqoriyayla, müthiş bənzətmələr və dolayı fikirlərlə beyninizin arxasındakı ekrana ciddi bir cızıq atırdı, siz də bütün günü o düşüncə ilə ortalıqda dolaşırdınız.

Murat Uyurkulak elə bir kitab yazıb ki ifadə etməyə gücüm yetmir. Söz bazam yetmir.
İki fərqli dünya. Birində Netamiya deyilən ölkədə insanlar illərdi sürən müharibədirlər, digərində isə mələklər 'Böyük ağa'üçün növbəti peyğəmbərini axtarırlar. Bu dəfəki peyğəmbər isə Netamiyanın cəsur bir əsgəridi. Elə bir əsgər ki nərəsiylə hamı qaçışır, ilah yoldaşları şövqə gəlirlər! Amma bir problem var ki, əsgər ölür.
'Böyük ağa'nın qarşısında qəzəbinə tuş gəlməmək üçün mələklər əsgərin yerinə onun qardaşını soxuşdururlar.
Bu fantastikhekayəni bir kənara qoyun, kitabda Türkiyənin kürd probleminə, müharibənin iytəncliyinə, gətirdiyi dağıntılara, inancın tərkibinə, təhlükəsinə, xeyrinə elə '9'luq atışlar var ki.. Bax budur! Deyə bağırırdım içimdə səssiz. Yazmaq istədiyim kitab budur. Türkiyə belə bir yazara sahib olduğu üçün çox bəxtəvərdi. Nadir tapılan, adı dünya səviyyəli olan milli yox, dünyəvi sərvətdir sadəcə.

"Bu ülke, ki Netamiye derler adına, ulu bir ejderhanın mide fesadından doğdu. Biz oradaydık, gördük her şeyi. Kıyametin yarım boy küçüğü bir alamet gündü. Yalan elbet, ulu falan değildi ejderha. Kanatlarından irin saçan, pespaye bir yaratıktı aslında. Hastaydı, uçarken kusuyordu sürekli. Şöyle son bir kez titredi, süzülürken ağzını açtı ve macunumsu fokurdak bir sıvıyı, uzun ince kilimler misali, kadim suyun ortasına seriverdi. Ejderha olgun armut gibi yere düşerken, macunkilim de hızla katılaştı, kabarcıklarından dağlar vadiler denizler hasıl oldu, bu ülke böyle vücut buldu.
Üzerinden her daim ekşi kokulu dumanlar tütmesi bundandır."

oxuduqlarımWhere stories live. Discover now