Bernhard Malamud - Tamirçi

90 10 18
                                    

✒Müəllif: Bernard Malamud📖Kitab: Təmirçi🎶Səhifə: 340

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✒Müəllif: Bernard Malamud
📖Kitab: Təmirçi
🎶Səhifə: 340

"Mən inqilabçı deyiləm. Təcrübəsiz bir adamam. Belə şeyləri başa düşmürəm ki.
Mən təmirçiyəm, qırılan şeyləri təmir edirəm - ürək xaric."

"Bir qəfəs bir quş axtarmağa çıxdı"(F. Kafka)

Möhkəm durun. Qanınızı qaraldacam.
Yox, 'bilməyərək oldu' deyib üzr filan istəməyəcəm, eləcə qanınızı qaraldacam.

Ədəbiyyatın əsas güclərindən biri oxucuya yaşamadığı həyatları yaşada bilməsidi. Bir beyinin, bir həyatın içinə qıpılıb qalmış o ölümlü canlarınız yoxluğa hayqırılmış cılız qışqırıq kimi itib gedə bilər ədəbiyyatsız.
Öz qabığınızı tərk edib, onun daha ötəsindəki həyatları yaşamağa, duymağa, anlamağa, təcrübə etməyə bir şans qapısıdı ədəbiyyat.

Amma təkcə bu deyil. Həm də bir inqilab növüdü ədəbiyyat. Xəbərdar olmadıqca əlaqədar da olmadığınızı sandığınız bir çox mövzuya dair bilgilənmə, duyma və səsinizi yüksəltmə səbəbidi ədəbiyyat.

Bu dəfə hədəfimizdəki kitab bax həmin kitabdı, inqilabın, hərəkətin kitabı.

"Öncə söz vardı. Amma Tanrının sözü deyildi bu."

Bernard Malamud 20ci əsrin qaranlıq yəhudi zülmünü göz önündə saxlayan böyük yazarlardan biridi. Bəzilərinə görə Philip Roth'un yanında rahatca otura biləcək qədər böyük yazardı həm də. Buna ikisini də tanıyandan sonra özünüz qərar verərsiniz, amma 'Təmirci'ni oxuyub bitirəndən sonra siz yerinizdə sakit otura bilməyəcəksiniz.

1905-ci ilin qanlı inqilabından sonrakı Çar höküməti ikinci bir çevrilişi qan bahasına susdurmağı hədəf seçmişdi. Hələ Almanlar öz zalımlıqlarını içlərində böyütməkdə olduqları vaxtlarda xurafatın və mühafizəkarlığın hakim olduğu Kiyevdə artıq yəhudi düşmənçiliyi alov almışdı. 'Həqiqi vəhşi şiddət despotun qorxutduqlarından qorxmağa başlamasıyla vüsət alır' deyir müəllif. Beləcə 1911 ilində bir rus uşağın öldürülərək  bütün qanının qədim bir dini ayin uğruna axıdıldığı və günahkarın bir yəhudi təmirçi olduğu şaiyəsi yayılır ortalıqda. Beləcə bütün dinlərdən imtina edən, doğma kəndini tərk edib Kiyevə yerləşmiş Yakob Bock günahkar bilinərək məhkəmə üzü görmədən  həbsxanaya düşür və bütün yəhudilər adına işgəncə çəkir.

İlk hissələrdə kitab səhifələrdən yüksələn kəskin qoxulu yəhudi propoqandası təəssüratı oyatdı məndə. Amma səhifələri ard-arda araladıqca qəlbinizə oturan o dərin nifrət, üsyankar duyğu oyanacaq, hər gün rastlaşdığınız mərhəmətsiz, saxta, ürəkbulandıran insanları, dəyişməz və kin dolu fikirlərini xatırlayacaqsınız. Ətrafınızı saran ağır havalı ədalətsiz mühiti  ikrahla anımsayacaqsınız.

Dinindən, dilindən, irqindən asılı olmayaraq vüsət almış iti bir ədalətsixlik içinə doğulmuşuq hamımız.  Bu sancılı dünya təkcə 1 əsr öncəki yəhudilər üçün, serbiyadakı günahsız canlar üçün, ya da Xocalının vətənsiz qalmış ruhları üçün deyil artıq. Bu dünya genimizdə daşısığımız bir mirasdı və onunla yararlı bir şüy etmənin gərəkliliyini bağıram bitkin düşmüş bir hekayədi Malamudun sizə pıçıldadığı.
Kitabı əlinizə alın, oxuyun və bunu unutmayın ki,

❗Bu tarixin səhifəsində anlamlı imza olsun deyə yazılmış bir kitab deyil.
❗Bu kədərli bir real hadisənin, uğursuz Yakob Bockun bilinməz sonuna ithaf olunmuş xatirə ədəbiyyatı deyil.
❗Bu yəhudilərin qaranlıq XX əsr yaşantılarının daşlaşmış qəlibi də deyil.

❕Bu, ədalətsizliyə hayqırışın kitabıdır.
❕Bu şərin qarşısına dikilməsi üçün oxuyucunun nakam qaldığı o cəsarətin kitabıdır.

                  Bu inqilabın kitabıdır.

" Grubeşov, "əlbəttə bu qətli belə vəhşicə törətdiyinə inanırıq", dedi. "Yəhudi yəhudidir. Məsələ budu. Tarixçələri və xarakterləri dəyişməzdi. Yaradılışları sabitdi. Bunlar Gobineau, Chamberlain və digərləri tərəfindən də elmi araşdırmalarla  sübut edilib. Bu dəqiqə Rusiyada yəhudilərin tipik üz xətləri haqqında araşdırma gedir. Kəndlilər arasında - oğrunun  oğru olduğu yanan papağından bəllidi - deyə bir deyim var. Burda da yəhudinin qatil olanı burnundan bəllidi."
Grubeşov bir dəftər açdı, üstündə mürəkkəblə çəkilmiş rəsmlər olan səhifəyə çatana qədər səhifələdi və başlığı "Yəhudi burunları" olan səhifəni Yakoba tərəf çevirdi.
"Məsələn, sənin burnun burdakıdı" Grubeşov barmağıyla incə və çıxıntılı, dəlikləri dar bir burunu göstərdi.
Yakob qısıq bir səslə, "bu da sizinki", deyərək qısa, ətli, geniş pərli bir buruna işarə etdi."

oxuduqlarımWhere stories live. Discover now