Jose Saramago - ölüm bir varmış, bir yokmuş

191 14 8
                                    

📖Kitab: Ölüm bir varmış, bir yoxmuş.
✒Müəllif: Jose Saramago.
🎗Səhifə sayı: 205

Yeni ilə girəndən bəri başladığım hardasa 10-a yaxın kitab var, hamsından da 40 - 50 səhifə oxuyub bir kənara qoymuşam. Heç cür fokuslana bilmirəm. Saramago'nun bu kitabını gecə növbəsində boş qaldığım yuxusuz vaxtlarda oxuyub bitirə bildim.

Ədəbiyyat sahəsində misilsiz mükafatları almış müəlliflər var. Bu adamları oxuyanda başqa kitablardakından fərqli nələrisə özlərində daşıdığını hiss etmək o qədər asandı ki. Üslublarıyla, seçdikləri mövzularıyla, personajlarıyla, süjetləriylə çox sürətlə özlərini biruzə verirlər.

Və Jose Saramago bir Nobel laureatı qazanmış müəllifdi.

Kitab əsas etibarıyla iki hissədən ibarətdi.

Yeni ilin ilk günündə adsız ölkənin vətəndaşları ölmürlər. Həmin gün ölkədə heç kim ölmür və beləcə də aylarla davam edir. Romanın ilk hissəsinin heç bir əsas qəhrəmanı yoxdu, kimsənin ölmədiyi ölkədə baş verənlər qələmə alınıb. Kilsələrin bu məsələyə reaksiyasından tutmuş, səhiyyə nazirliyinə, dəfnetmə işiylə məşğul olanların həkmarlar ittifaqından tutmuş sığorta şirkətlərinə qədər.

Ölüm ayağında olan hamı qapısı bağlı o biri dünyanın önündə ilişib qalırlar sanki. Xəstəxanalar ölümü gerçəkləşməli olan, amma ölməyən insanlarla, yaşlılar, yaralılar, maşın qəzalarından tikə-tikə olub çıxanlarla dolub daşır. Ölümü gözlənilən, amma ölməyən qocalar xəstəxanalardan evlərə geri göndərilir və ölməməkdə israrlı yarımölülərə insanlar baxmağa məcbur qalır.

Kilsələr yağış duasına çıxarcasına ölüm üçün dualar oxuyurlar, varlıqlarını davam etdirə bilmək üçün ölümü geri istəyirlər.

Geri də gəlir. Amma bu gəliş başqa gəlişdi.. oxumaq lazımdı. ;)

İkinci hissə isə ölümün(Ölümün yox, bu cür imla incəlikləri Saramago'nun kitabındakı ölüm'ün əsəbinə toxunan məsələlərdi) ölüm hökmü çoxdan yazılmış biri haqqında verdiyi ölüm qərarının geri qayıtmasından bəhs edir. 3 dəfə israrla ölüm hökmünü ünvanına çatdırmaq istəsə də, qərar qüvvəyə minmir.

ölüm'ü bir qadın olaraq, amma Marcel Proust kimi yaşlı, kök qara geyimli qadın olaraq yox, qeyri-təbii, insan qiyafəsində görənlərin könlündə sıxıntı yaradan, insani yox, ilahi gözəlliyi olan ciddi bir obraz olaraq təsvir edir Saramago.

İkinci hissə birinci hissə kimi sosioloji bir teatral səhnələr daşımır. İkinci hissə ölüm'ü rədd edən bir adama və ölüm'ün bir varlıq olaraq təsvirinə fokuslanıb.

Amma ilk hissə tam bir şedevrdi. İdeya, işlənmə şəkli, sujet. Sıxılmağa başladığınız anda yeni sürət səviyyəsinə keçid.

İlk hissə mexankia sürət qutulu Mersedes kimidi, əlinizin altında matorun necə gücləndiyini hiss edə bilirsiniz :D

İkinci hissə isə avtomat sürət qutusudu, özüyçün axıb gedir, nə zaman sürət alıb kitabı sona çatdırdığınızın fərqinə varmırsınız.

Nəyi bəyənmədim?

İki şeyi və ,təəssüf ki, ikisi də Saramago imzasıdırlar.

Əvvəla, romanda heç bir dialoq işarəsi yoxdu. Dialoqlar var, amma böyük bir mətnin tərkibində davam cümlələri olaraq verilir. Bir az araşdırdım, Saramago öz mətnlərində nöqtə, vergül və abzaslar xaric başqa bir şey istifadə etmir. Onun fikrincə bu oxucunun diqqətini hekayəyə bağlı saxlayır. Eyni fikirdə deyiləm, amma nə deyək indi, Nobelini almış adamdı, dayaq nöqtəsi var, atıb - tutur. :D

İkincisi, kitabın anlatım üslubu Lovecraft'ın 'Dəliliyin dağlarında' və Albert Camus'nun 'Taun' əsərindəkinin bir başqa versiyasıdı, raport tiplidi. Bədiilikdən uzaqdı. Saramago'da və bu əsərdə eelə bir hava var ki, durub üzünə üslubun bədiilikdən uzaq olduğunu desək, "ölüm bədiilik güdmür, ciddiyyət tələb edən qatı mövzudu" cavabını verər, yəqin. :D

Oxuyun, bu kitabı mütləq oxuyun. ölüm əflatun rəngli bir məktubla qapınızı dırmıqlamamış, oxuyun. :)

"Ertəsi gün heç kim ölmədi. Bu hadisə həyatın əsas qaydasına daban-dabana zidd olduğundan insanların ruhlarında böyük bir dəyişikliyə səbəb olmuş, hər tərəfli təsirləndirmişdi. Çünki dünya tarixinin qırx cildlik külliyyatında da tamaşa xatirinə də olsa, belə bir şeyə rast gəlinməmişdi.
Ertəsi gün heç kim ölmədi."

#JoseSaramago #ÖlümbirVarmışbirYoxmuş

oxuduqlarımWhere stories live. Discover now