"Unudulmazların xatirəsinə"

28 6 4
                                    

Müşfiq! Yerin ürəklərdə qoy abad olsun!
Səni tanımayan bizə yad olsun!
Özün şad olmadın, ruhun şad olsun!
Yenə o tar oxuyacaq! Yenə o bağ olacaq!
  
Bəxtiyar, həqiqət yazıbdır yada.
Xalqına xoşbəxtlik istər dünyada.
Rahat ol! Bu millət xəyal-xülyada,
Bir gün hüznlərdən uzaq olacaq...
   
Nizami bizlərin böyük dəyəri.
Sən bizə öyrətdin xeyirlə şəri...
Susmağın faydası, sözün kəsəri,
Sözlərin yollarda çıraq olacaq...
  
Məni onlar kimi sevimli sanma,
Mənim yazdıqlarım sanki müəmma.
Məni kim sevəcək bilmirəm amma,
Bilirəm, öləndə maraq olacaq...
 
- Hümbət İsmayılov

Şeir və şər ✓Where stories live. Discover now