"Ay işığında"

47 6 0
                                    

Nə vaxt ki can vardı mənim canımda,
Ümidlər axardı onda qanımda.
Günəşli günlərdə oldun yanımda,
Mən səni görmədim ay işığında.
   
Ölənə qədər mən gözləyən oldum.
Tükəndi sözlərim, qəm deyən oldum.
Həyat süfrəsində qəm yeyən oldum,
Səni andım inan hər qaşığında.
   
Birazca qarışıq olanda başın,
Məndən uzaq oldu sənin yaddaşın.
Ancaq, səni anıb bax bu sirdaşın,
Hətta həyatının qarışığında.
   
Bu yol uzanacaq yarışarıq biz.
Bir gün vaxtı gələr barışarıq biz.
Darıxma bir zaman qovuşarıq biz,
Həyatla ölümün barışığında.
   
- Hümbət İsmayılov

Şeir və şər ✓Where stories live. Discover now