1.bölüm

415 8 0
                                    

Məşhur belletrist R. dağa istirahətə getdiyi üç günlük səyahətdən səhər tezdən Vyanaya qayıdıb və vağzalda qəzet alıb, tarixə baxanda, birdən yadına düşdü ki, bu gün onun doğum günüdür. Qırx birinci, – o tez hesabladı və bu fakt onu nə sevindirdi, nə də məyus etdi. Qəzetin şax vərəqlərinə cəld göz gəzdirdi, taksi saxladı və öz evinə yollandı. Qulluqçu ona, o burada olmayanda ona baş çəkən iki nəfər ziyarətçi və bir neçə telefon zəngi haqqında məlumat verdi və padnosda toplanan məktubları gətirdi.Yazıçı tənbəlcəsinə redaksiyadan gələn məktublara baxdı, bir neçə zərfi açıb, göndərənlərin soyadlarına baxdı; yad xətlə yazılan və ona olduqca böyük görsənən məktubu kənara qoydu. Qulluqçu çay gətirdi. O kreslosunda rahat əyləşib bir daha qəzetə göz gəzdirdi, göndərilən kataloqlara baxdı, sonra bir siqaret yandırdı və kənara qoyduğu məktubu əlinə aldı. Orada otuza yaxın səhifə vardı və yad qadın xətti ilə, tələsik və qeyri – səlist yazılmışdı. Məktubdan çox əl yazısına oxşayırdı. R. qeyri – ixtiyari olaraq bir daha zərfi yoxladı, orda başqa bir qeyd yoxdurki deyə. Ancaq zərf boş idi və onun üstündə, məktubun özündə də olduğu kimi, göndərənin nə adı nə də ünvanı yox idi. Qəribədir, o düşündü və yenidən məktubu əlinə aldı. 

"Məni heç vaxt tanımayan sənə", – o təəccüblə ya müraciət ya da başlığı oxudu... Bu kimə aid edilirdi? Ona,yoxsa uydurulmuş qəhrəmana? Onda istər – istəməz maraq yarandı. Və o oxumağa başladı.

Mənim körpəm dünən öldü – üç gün və üç gecə mən balaca, cansız bədən üçün ölümlə vuruşdum; onun yazıq isti bədənciyi qızdırmanın içində yandığı qırx saat ərzində mən onun çarpayısından ayrılmadım. Mən onun tərləyən alnına buz qoyurdum, səhər axşam kiçik narahat əllərini əlimin içində saxlayırdım. Üçüncü gün, axşama yaxın güclərim məni tərk elədi. Mənim gözlərim biixtiyar bağlandı. Üç, ya da dörd saat mən sərt stulda oturulu şəkildə yatdım və bu müddət ərzində ölüm onu apardı.İndi o – kiçik, yazıq oğlan öz dar çarpayısında mən onu oyanarkən gördüyüm kimi uzanıb; onun ancaq gözlərini bağlayıblar, onun ağıllı, qara gözlərini..., Əllərini ağ köynəyin üzərində çarpazlayıblar və onun çarpayısının hərküncündə dörd şam yanır. Mən ona baxmağa, yerimdən tərpənməyə qorxuram, çünki şamın odu tərpənir və kölgələr onun sifətində, sıxılı dodaqlarında oynayır və onda mənə elə gəlir ki, onun cizgiləri canlanır və mən inanmağa hazıram ki, o ölməyib, indicə oyanacaq və öz cingiltili səsi ilə mənə uşaqcasına, nəzakətli nəsə deyəcək. Ancaq mən bilirəm ki, o ölüb,mən ona baxmaq istəmirəm, çünki ümidin ləzzətini və təəssüf acısını dadmaq istəmirəm. Mən bilirəm, bilirəm, mənim körpəm dünən ölüb, – indi mənim üçün həyatla sərbəst oynayan və mənimvarlığımdan xəbərsiz olan yalnız sən varsan. Ancaq sən – məni heç vaxt tanımayan və həmişə sevdiyim sən...
Mən beşinci şamı yandırdım və onu arxasında oturduğum stolun üstünə qoydum. Mən öz ölən körpəmlə tək qala və öz dərdimi qışqıra bilmirəm və bu çətin dəqiqələrdə səninlə danışmayıb, kiminlə danışa bilərəm, axı sən, həmişəki kimi mənim üçün hər şeysən! Ola bilər ki, mən səninlə aydın danışa bilməyəcəm, bəlkə də sən məni anlamayacaqsan – mənim fikirlərim qarışıb, gicgahımda nəsə döyünür və bütün bədənim ağrayır. Deyəsən, mənim qızdırmam var; bəlkə də, mən də indi evdən evə yayılan qripə yoluxmuşam və bu yaxşı olardı, çünki onda mən də öz körpəmin arxasınca gedərdim və hər şey öz özünə yoluna düşərdi.
Hərdən mənim gözlərim qaralır, ola bilər ki, mən, bu məktubu sona qədər yazıb qutara bilməyəcəm, ancaq mən bütün qüvvəmi toplayacam ki, heç olmasa bir dəfə, yeganə bu bir dəfə səninlə danışım, məni heç zaman tanımayan sevgilim.Ancaq səninlə danışmaq istəyirəm, ilk dəfə sənə hər şeyi demək istəyirəm; sən mənim, həmişə sənə məxsusolan bütün həyatımı biləcəksən, baxmayaraq ki, sən onun haqqında heç vaxt heç nə bilməmisən. Amma sən mənim sirrimi ancaq mən ölsəm biləcəksən ki, mənə cavab yazmaq məcburiyyətində qalmayasan, –
ancaq əgər məni indi ağuşuna alan qızdırma sonun başlanğıcıdırsa.Əgər indi mənə yaşamaq qismət olsa, mən bu məktubu cıracam və yenə də həmişə susduğum kimi susacam.
Ancaq əgər sən onu əlində tutursansa, bil ki, o məktubda ölən insan sənə öz həyatını danışır, o həyatını ki,özünü dərk edən ilk andan son saniyəsinə kimi sənə məxsus olub.Mənim sözlərimdən qorxma, – ölmüş insan heç vaxt heç nə istəmir, nə sevgi, nə halına acımaq, nə sakitləşdirmək. Mənim səndən yeganə istəyim budur ki, sən mənim acılarımın sənə dediklərinə inanasan. Hamısına inan, mən səndən ancaq bunu istəyirəm: heç kim öz yeganə balasının ölüm saatında yalan danışmaz.Mən sənə bütün həyatımı danışacam, hansı ki, ancaq səni tanıdığım andan başlayıb. O günə qədər hər şey tutqun və solğun idi, hansına ki, mənim yaddaşım heç vaxt çönüb baxmır və hansı kisanki nə vaxtsa içində insanlar yaşayan hörümçək toru ilə örtülüb. O insanlar ki, mən onları çoxdan ürəyimdən çıxartmışam.Sən peyda olanda mənim on üç yaşım var idi və mən sənin indi əlində bu məktubu – mənim həyatımın sonuncu nəfəsini tutduğun evdə qalırdım; elə həmin mərtəbədə, sənin evinlə üzbəüz evdə. Sən yəqin ki,artıq bizi,çinovnikin dul arvadını və arıq yeniyetməni xatırlamırsan. Sən yəqin ki, heç vaxt bizim adımızı eşitməmisən, çünki bizim qapımızda heç vaxt ad olmayıb və heç kim heç vaxt gəlib bizi soruşmayıb. Həm də bu lap çoxdan olub, on beş, on altı il bundan qabaq, yox sevgilim, sən, əlbəttə, bunu xatırlamırsan; ancaq mən – mən hər xırdalığı hərisliklə xatırlayıram, elə bil sənin haqqında ilk dəfə eşitdiyim, səni ilk dəfə gördüyüm o gün, o saat dünən olub, necə də xatırlamayım, axı onda mənim üçün dünya açılmışdı!
İcazə ver, sevgilim, sənə hər şeyi lap əvvəldən danışım, saatının dörddə birini mənə hədiyyə elə və səbirlə bütün həyatı boyu səni sevənə qulaq as.
Sən bizim binaya köçməzdən əvvəl, sənin evində iyrənc, əsəbi, pis adamlar yaşayırdılar.Özləri kasıb olsalar da, qonşularının kasıblığına nifrət edirdilər, bizə nifrət edirdilər, çünki biz onlarla heç nəyi bölüşmürdük. Ailənin başçısı içki düşkünü idi və yoldaşını döyürdü; biz tez – tez gecə yarısı aşan stulların və qırılan qab – qacağın səsindən oyanırdıq; bir dəfə o, tamamilə qan içində, saçları dağınıq şəkildə pilləkənə qaçdı; sərxoş əri qışqırıqla onun dalınca qaçdı, ancaq digər sakinlər onu polislə hədələdilər. Anam lap əvvəldən bu ailə ilə hər cür münasibətdən qaçmağa çalışırdı və mənə onların uşaqları ilə oynamağa qadağa qoymuşdu. Onlar isə, hər imkan düşəndə məndən bunun intiqamını alırdılar. Hər dəfə küçədə arxamca pis sözlər deyirdilər və bir dəfə məni qarla necə vurdularsa sifətimdən qan axdı. Bütün bina bu ailəyə nifrət edirdi və bir dəfə nəsə oldu, – deyəsən ailənin başçısı oğurluq üstündə həbsə düşdüvə həmin ailə də köçməli oldu. Onda hər kəs rahat nəfəs aldı. İki – üç gün qapıda kirayə vermə haqda elan asıldı, sonradan oranı kirayəyə götürdülər və tezliklə məlumat yayıldı ki, evi hansısa yazıçı, tənha, səliqəli cənab kirayələyib. O zaman mən birinci dəfə sənin adını eşitdim. Daha iki – üç gündən sonra ustalar və təmizlikçilər gəldilər və mənzili əvvəlki sakinlərdən qalma çirkdən təmizləməyə başladılar. Onlar çəkicləyirdilər, yuyurdular, daşıyırdılar, ancaq anam sevinirdi və deyirdi ki, axır ki, qonşuluqda olan biyabırçılığa son qoyuldu.
Köçənə qədər mən səni görməmişdim, bütün işlərə sənin qulluqçun baxırdı, o hündür, ağsaç, hər kəsə yuxarıdan aşağı baxan kişi.O hər kəslə inanılmaz dərəcədə mədəni davranırdı, ancaq eyni zamanda da digər sadə qulluqçularla özünü bərabər tutmur və onlarla heç bir dostcasına söhbətlərə girişmirdi.Mənim anama da o ilk gündən təzim və hörmətlə yanaşırdı və hətta mənə, qızcığaza qarşı mehriban və ciddi idi. Sənin adını o həmişə xüsusi hörmətlə çəkirdi və o dəqiqə hiss olunurdu ki, bu sadəcə adi qulluqçunun öz ağasına olan hörməti deyil. Və mən sonradan o qoca İohanı çox sevdim, baxmayaraq ki, həmişə sənin yanında olduğuna və sənə qulluq edə bildiyinə görə ona paxıllıq edirdim! 

... Sevgilim, mən bunları, bu gülünc xırdalıqları sənə ona görə danışıram ki, sən lap əvvəldən mənim kimi kiçik, qorxaq qızcığaz üzərində necə hakimiyyət qazana bildiyini dərk eliyəsən. 

Hələ çox əvvəl, sən mənim həyatıma girməmişdəm qabaq, sənin ətrafında artıq bir növ nimb, varlılıq, qeyri-adilik və sirlilik təcəssüməsi yaranmışdı; biz hamımız öz kiçik binamızda səbirsizliklə sənin gəlişini gözləyirdik.Bilirsən axı, kiçik, dar bir aləmdə yaşayan insanlar necə hər şeyə maraqla yanaşırlar. Və mən bir dəfə məktəbdən qayıdanda evin qarşısında mebel olan furqonu görəndə məndə sənə qarşı qəribə bir maraqoyanmışdı! Ağır əşyaların çoxunu işçilər artıq yuxarı qaldırmışdılar və indi də ayrıca, xırda əşyaları qaldırırdılar; mən qapının
yanında dayandım ki, bütün bunları yaxşı görüm, çünki sənin bütün əşyaların məni çox təəccübləndirmişdi –mən belələrini heç yerdə görməmişdim – burda hind allahcıqları, italyan statuetkaları, iri, inanılmaz parlaq şəkillər və nəhayət, elə çoxlu və gözəl kitablar var idi ki, mən gözlərimə inanmırdım.Onları qapının yanında sütunlarla düzmüşdülər, orda qulluqçu onları qəbul edir və hər birini xüsusi qayğı ilədüzürdü.Həddən artıq böyük maraqla mən ətrafda dolanırdım. Qulluqçun məni qovmurdu, amma çox üz də vermirdi, ona görə də mən kitablara toxunmağa qorxdum, halbukimən onların üz qabığına toxunmağı çox istəyirdim. Mən oğrunca onların başlıqlarına baxırdım – burada,fransızca, ingiliscə və tamamilə anlaşımaz dildə olan kitablar var idi. Mən saatlarla onlara tamaşa edə bilərdim, ancaq anam məni evə çağırdı.
Və budur, səni tanımaya tanımaya bütün gecəni səni düşündüm. Mənim özümün 5 – 10 dənə üz qabığı cırılmış kitabım var idi ki, mən də onları dəfələrlə oxuduğumdan heç xoşlamırdım.
Mənə çox maraqlı idi ki, bu qədər gözəl əsər oxuyan, bu qədər dil bilən, bu qədər varlı və savadlı adam necə görsənir. Mənə elə gəlirdi ki, alimlər necəsə fövqal adi insanlar olmalıdırlar.
Xəyalən sənin portretini yaratmağa çalışırdım; mən səni qoca kişi kimi, eynəkli və uzun ağ saqqallı, bizim coğrafiya müəlliminə oxşar, ancaq daha xoş, yaraşıqlı və incə biri kimi təsəvvür edirdim. Bilmirəm niyə, amma hətta sənə mənə qoca kişi kimi görsənəndə də mənə elə gəlirdi ki, sən yaraşıqlı olmalısan.
Həmin gecə mən səni tanımaya tanımaya ilk dəfə yuxumda gördüm. Növbəti gün sən köçdün, ancaq mən nə qədər çalışsam da səni görə bilmədim və bu mənim marağımı daha da artırdı. Nəhayət, üçüncü gün mən səni gördüm və görəndə ki, sən mənim uşaq təsəvvürümün yaratdığı kimi"qocaman" deyilsən, çox təəccübləndim. Mən eynəkli qoca kişi haqqında düşünürdüm və birdən sən peyda oldun – elə indi olduğun kimi, sanki illər səndə heç iz buraxmayıb. Sənin əynində əsrarəngiz açıq – boz rəngdə idman kostyumu var idi və sən özünün inanılmaz yüngül, cəld addımlarınla, pilləkənləri iki – iki qalxırdın. Şlyapanı əlində tutmuşdun və mən sənin gənc, canlı sifətini və sarı saçlarını gördüm. İnan ki, mən çox qorxdum. Sənin gəncliyin, gözəlliyin məni silkələdi.Və maraqlıdır ki, elə bu ilk anda mən səndə olan və məni heyran edən ikiliyi hiss elədim: sən vecsiz, yüngüldüşüncəli, oyun və macəra həvəskarı olan biri, eyni zamanda da öz yaradıcılığında çox ciddi, dünyagörüşlü və savadlı adam idin.
Mən o saat hər kəs kimi anladım ki, sən xarici aləmə əks olunan şən cəhətlərinlə və daxili aləmə aks olunan və ancaq özünün bildiyin cəhətlərinlə ikili həyat yaşayırsan. Bu dərin ikilənməni, sənin varlığının bu sirrini, mən –13 yaşlı qız ilk baxışdan hiss elədim.
Sevgilim, indi başa düşdün, sən mənim üçün – balaca uşaq üçün necə bir möcüzəyə sirrə çevrildin?!Kitab yazdığı üçün, mənə yad olan bir dünyada məhşur olduğu üçün qarşısında baş əyilən bir insan, qəfildən gənc, şən, 25 yaşlı oğlan çıxdı. Demək lazımdırmı ki, bu gündən etibarən bizim evimizdə, mənim uşaq dünyamda məni səndən başqa heç nə maraqlandırmırdı.
Mən bütün varlığımla, tərsliyimlə sənin haqqında, sənin həyatın haqqında düşünürdüm.
Mən səni, sənin vərdişlərini, sənə baş çəkən insanları öyrənirdim və bu mənim marağımı nəinki söndürmürdü, əksinə, daha da qüvvətləndirirdi, çünki sənin ikiliyin sənə baş çəkən qonaqlarının sayəsində daha çox nəzərə çarpırdı. Gənc insanlar – sənin dostların gəlirdilər, hansılarla ki, sən deyib gülürdün; tələbələr gəlirdilər; hərdən maşınlarda qadınlar gəlirdilər; bir dəfə opera teatrının direktoru, məhşur dirijor gəlmişdi, hansını ki, mən ancaq əlində dirijor taxtası ilə uzaqdan görmüşdüm; kommersiya məktəbinə yeni qəbul olmuş qızlar gəlirdilər...
Ümumiyyətcə çox, lap çox qadınlar gəlirdi. Mən bu barədə çox düşünməmişdim, hətta bir dəfə səhər tezdən dərsə gedəndə sənin evindən çıxan qadını görəndə belə... 

Mənim cəmisi 13 yaşım var idi və mən bilmirdim ki, mənim səni güddüyüm ehtiraslı marağın adı artıq SEVGİ idi...

Ştefan Svayq- Yad qadının mektubu Wo Geschichten leben. Entdecke jetzt