QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR

9 0 0
                                    

Əllamə Məclisi "Həqqül-yəqin"də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsalmanlar qəbul edir. Mötəbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yəni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.) Hz. Peyğəmbər (s) buyurmuşdur: "Mömin üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi nemətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir." Mərhum Kuleyni Əbu Bəsirdən olan mötəbər sənəd əsasında rəvayət edir ki, o deyib: "Hz. Sadiqdən (ə) soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı"? Buyurdu: "Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!" Qızı Rüqəyya vəfat etdiyi zaman Hz.Peyğəmbər (s) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata
buyurdu: "Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin." (Allah onu Hz. Rəsula bağışladı). Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək
üçün Səd ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:

SƏD DƏ QƏBİR ƏZABI GÖRDÜ

Ənsarın rəisi Səd ibni Məaz Peyğəmbər (s) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Hz. buyurdu
ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (s) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (s) yalın ayaqlarla onun tabutunu
çiyninə götürdü və buyurdu: "Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də
gedirdim." Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, "xoş halına, Behişt sənə ruzi oldu" deyə anası dilləndi. Peyğəmbər (s) buyurdu: "Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir sıxıntısındadır"! Səhabələr soruşdular ki, ya Rəsulallah, Səd kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli."
Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir.

BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI MÜMKÜNDÜR

Kuleyni, Yunisdən rəvayət edir ki, imam Rizadan (ə) sual etdim: Dar ağacında asılmış adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd (ə) 3 il dar ağacında qaldi.) imam (ə) buyurdu: Bəli, Allah havaya əmr edər ki, onu sıxsın. Digər rəvayətdə imam Sadiq (ə) buyurur: "Torpağm və havanın yaradanı bir Allahdır. Havaya vəhy edər və hava qəbirdən daha pis sıxar." Su da eynən.

QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ

Əvvəlki söhbətlərdən qəbir əzabının
səbəbləri məlum oldu-ilahi nemətləri heç etmək, inkar etmək və ailədə tünd xasiyyətlilik, acı dillilik. Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən də təsirlənsin. Əksinə, gözəl rəftarı, xoş
əxlaqı olanlarsa, genişlikdə, vüsətdədirlər.
Əlbəttə, burada da mərtəbələr vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir qisim adam da göz işlədikcə genişlikdədir (yəni ruhları genişlikdədir).

MəadWhere stories live. Discover now