ƏMƏLLƏRDƏN SUAL OLUNAR

13 2 0
                                    

"Biharül-ənvar"ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə
məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: "Sənin haqqında yüz taziyanə
əzab hökm olunub." Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu.Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir. Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər məsum, günahsız şəxs "qəbrimdə Nəkir və Munkirin sualı üçün ağlayıram" deyərək nalə çəkirsə, mən və sən nə deyək?

DOSTU ƏMƏLDİR

Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun əməlləridir. Quranda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Saduq "Xisal", "Əmali", "Məanil-əxbar" kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: "Qeys ibni
Asim Bəni-təmim qəbiləsindən bir dəstə ilə Peyğəmbərin (s) xidmətinə müşərrəf olur və ərz edir: "Ya Rəsulallah, bizə elə bir nəsihət ver
(moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk.
Cənabımızın ziyarətinə az-az nail oluruq." Həzrətin onlara verdiyi nəsihətlərdən: "Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lənətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə diridiləcək, onun barəsində sorğu
olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir." Qeys bu moizəni elə oradaca şerə çevirdi:
Əməllərdən yardımçı seç özünə
Qəbir evinde bir əməldir köməyin.
Şəksiz ki, bir zaman çıxacaq üzə
Onun gözəlliyi olsun istəyin.
Baş qatma hər işə, düşün Allahı,
Razılığı əsasıdır əməyin.
Dünyan, axirətin əmələ bağlı,
Bir xoş əməl qalxanı, min kötəyin.
Bəli, bir qonaqdı dünyada insan,
Haqq ayrılıq fərmanıdır fələyin.

ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR

Ölümdən sonra yalnız əməllrin insana yardımçı olması haqqında Quran ayələri çoxdur. Onlardan yalnız birini xatırlamaqla kifayətlənirik: "Yad et o günü ki, hər kəs yaxşı  əməllərini hazır şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz bəndələrinə mehribandır." ("Ali-imran", 30) Məhz bu səbəbdən da Öz peyğəmbərləri
vasitəsi ilə bəşəriyyətə saysız xəbardarlıqlar çatdırmışdır.

PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR YOLDAŞIDIR

Şeyx Bəhaidən nəql olunur ki, buyurdu:"İsfahan qəbiristanlığında daim məqbərə üstə ibadətlə məşğul olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü
işlərindən nə görmüsən? Dedi:Dünən
qəbiristana bir cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. Qürub zamanı pis bir qoxu qalxdı və məni da narahat etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən itə oxşar qorxunc bir heykəl gördüm
pis qoxu da ondan gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə görünməz oldu. Bir az keçməmiş ətrafı bir xoş ətir bürüdü ki, belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl,dilruba bir surət gəlib qəbrin başında yox oldu. (Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış,qana bulaşmışdı. Dedim ey Rəbbim, bu işlərin hikmətini mənə anlat,bu surətlər nədir belə? Mənə anladıldı ki, gözəl surət onun yaxşı əməlləri, qorxunc surət isə pis əməlləri idi. Pis əməllər çox olduğundan qəbir yoldaşı o oldu. ( Pislik paklanıb,növbə gözəl surətə çatanadək).

MəadWhere stories live. Discover now