ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR

18 0 0
                                    


Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Möminin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə möminin "məni tez öz mənzilimə çatdırın!", kafirin isə "məni qəbrə
aparmağa tələsməyin"! sədası gəlir. Möminə qüsl veriləndə mələk soruşur: "Dünyaya qayıtmaq istəyirsənmi"? Cavab verir: "Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm." Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri
müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin
ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Quran tilavətinə yer verilsin. Bəzi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.
Qəbirdə möminə verilən ilk müjdə odur ki, "Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı." Möminlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edenlər getdikdən sonra, meyyitin valisi geri
qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.

QƏBİR SUAL-CAVABI

Şiə məzhəbinin zəruriyyətlərindən vəhəmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Şiə məzhəbinin zəruriyyətlərindən və
həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna etiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlədir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən
də təsirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur. Əllamə Məclisi "Biharul-ənvar" kitabının 3-cü cildində və "Həqqül-yəqin"də buyurmuşdur:Mötəbər hədislərdən aydın olur ki, qəbir
sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk
edib, cavab verməyə qüdrəti olsun."

VƏ ƏMƏLLƏRİN SORĞUSU

Nədən sual olunduğunu bilməliyik

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlar Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dinde idin? (Bu suallar yetkinliyə çatmamış
usaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.) Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Hz.Muhəmmədin(s)
risalətinə, Məsumların (ə) İmamətinə şəhadət verərlər. Əks halda isə,(həqiqi əqidəsi olmadıqda) dili tutular.Elələri
də vardır ki, qorxudan mələklərə "sən Allahsan" deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Muhəmməd peyğəmbərdir, Quran Allah kitabıdır (yəni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yəni, bu şəxs
Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq icərisindədir. ("Vaqiə", 87) Ona deyərlər: "Yat, ərus yatışı ilə." ("Vaqiə" 93) Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu
cümlələr eynilə rəvayətdən götürülmüşdür).

QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?

İnsanın mömin və ya kafir,əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür? Mömin üçün qəbir sorğusu nematə
yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu mələklərin adı "Bəşir" və ya "Mübəşşir" (xoş müjdəçi)dir. Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün ləzzətdir. Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin
risalətinə şəhadət versin.

ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ
NARAHATLIĞIN BAŞLANĞICI

Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin
gəlişi kafir üçün qorxulu, dəhşətlidir.
Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları "Nəkir" və "Münkir" (müşkülçü, inkarçı)dır.

DİGƏR SUALLARDA ACİZ OLARLAR

Bir ömür Allahı düşünüb tanımamış
insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi məlum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə
insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə
bilməz. Bəziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (s) barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq əqidələrdən verilən
suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.

MəadWhere stories live. Discover now