üç

15 0 0
                                    

...İyul ayı yenicə girmişdi. Mən valideyinlərimlə yaşadığım evimizə anamla, atamı görməyə getmişdim. Onlarla çox vaxt keçirməsəmdə görməyə tez-tez gedirdim. Nə yaxşı ki, ikisini də eyni vaxtda evdə tapdım.
Atam məni gördüyünə çoxda sevinmiş kimi görünmürdü. Əlində hər zaman maraqla oxuduğu "Gündəm" qəzeti vardı. Bu qəzet bizim Holding haqdada yaxşı məqalələr yazardı.
Atama salam verdim amma o salamıma cavab vermədən qəzeti əlimə tutuşdurdu. İkinci səhifədə şəklim vardı. Başlıq isə belə idi "İş adamı Ənvər Xanzadənin oğlu, Xəyal Xanzadə adətini pozmayaraq yenə gecələrdə qızlarla görüntüləndi"
Mövzu isə belə idi: Məşhur iş adamının oğlu Xəyal Xanzadə hər gün yeni bir qızla görüntülənməyə davam edir. Azərbaycanın yaraşıqlı ikonu Xəyal həyatından məmnun görünür. Amma belə getsə o atasının yolunu gedə bilməyəcək. Ənvər Xanzadədən sonra, "Xanzadə" holdingin aqibəti hamını maraqlandırır. Görəsən yaraşıqlı Xəyal bu əyləncələrə nə vaxt son verəcək?"
Mən məqaləni oxuduqdan sonra qəzeti stola tulladım və dedim- Narahat olma ata, sabah ilk işim bu qəzeti bağlatdırmaq olacaq.
Atam birdən qışqırmağa başladı- Sənin kimi oğlum olduğu üçün utanıram! Yenə qəzetlərdə avaralığınla ikinci səhifələrdəsən, afərin!
Niyə bir dəfə də görmədim ki, işgüzarlığınla, bacarığınla qəzetlərə mövzu olasan!
...Bilirsən nəvar Xəyal? Mən səninlə bir ata kimi heç qürur duymuram.
Həyatımda ilk dəfə idi bu qədər qəlbim qırılmışdı.
Atama heçnə demədən sürətlə evdən çıxdım.
Anam arxamca bir neçə dəfə səslənsə də, geriyə baxmadım.
Və sürətlə yeni aldığım oyunçağım, Mazoratimə minib evdən uzaqlaşdım...O günün üstündən iki gün keçmişdi. Ayın 4-ü idi. Və mən iki gün idi ki, nə qızlarla görüşürdüm, nə də əyləncə məkanlarına gedirdim.
"Mən səninlə fəxr etmirəm" demişdi atam. Bu fikirlərə dalmışdım. Maşınımı sürdüm dəniz kənarına. Maşından düşüb Xəzər dənizinə yaxınlaşdım. Uzun müddətdir ki, dənizlə baş-başa qalmamışdım. Daş pilləkənlərdə oturdum. Dəniz uzandıqca, gözlərim də yol çəkirdi. Dənizin qoxusunu içimə çəkdim. Bu günə qədər yaşadıqlarımı düşünməyə başladım.
Axı mən pis heçnə etməmişdim. Əylənmək bu qədər pisdir ki? Bütün gənclər belə əylənər. Mən fərqli birşey etmirdim ki.
"Bütün gənclər belə əylənər" elə bu düşüncəmə qarşılıq olaraq iki gənc yanımdan ötüb keçdi. İsdəmədən söhbətlərini eşitdim. Biri o birinə-Maaşımı aldım amma bilmirəm hansı dərdimə xərcləyim. 250 manatla 1 ayı necə başa vuracam bilmirəm- dedi.
Bir anlıq diksindim. Elə bil, bu dəqiqə həyat mənə ilk şilləsini vurmuşdu. Mən 250 manatı 1 saata xərcləyirəm. Amma mənim 1 saata xərclədiyim pulu, bəzi insanlar maaş kimi alırmış. Bu daha öncə ağlıma belə gəlməzdi.
Ayağa durub getmək isdəyirdim ki, sağ tərəfdə bir qız diqqətimi çəkti. Bu qız digər qızlar kimi deyildi. Əlil arabasında əyləşmişdi. Arxasında isə orta yaşlı amma yaşından daha böyük görünən bir qadın dayanmışdı. Qadının gözlərində kədər çoxdan yuva salmışdı. Amma əlil arabasındakı qız gülərək nə isə danışırdı. İkisidə dənizdən gözlərini çəkmirdi.
Bir daha qıza nəzər saldım. O qədər gözəl idi ki. Yunan mifalogiyasına maraq gösdərən biri kimi deyə bilərəm ki, gözəllik tanrıçası Afrodita bu qızı görsəydi yəqin ki, öz gözəlliyindən utanardı. Digər adi qızlarla bu qızın gözəlliyini müqayisə belə etmirəm.
Kömür kimi qara gözləri sanki işıldayırdı. Gözlərinin ətrafında düzülən sıx kirpikləri gözlərini daha da gözəl gösdərirdi. Uzun qara saçları çiyinlərindən aşağı şəlalə kimi tökülürdü. Gülərkən yanaqları batırdı, gözləri qıyılırdı. Gülərkən bir adamın gözləri qıyılırsa bu o deməkdir ki, o insanın təkcə dodaqları yox gözləridə gülür. İlahi bir gülüş insana bu qədərmi yaraşar?
Durub getmək istədiyim yerimdə yenidən əyləşdim. Və gizli-gizli ona baxmağa davam etdim. Ona baxdıqca sadəcə bir sual keçdi ağlımdan- Axı sən niyə bu qədər gözəlsən?...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

Sevgi Engel Taniyarmi?Where stories live. Discover now