❧ 20

212 38 12
                                    

Multimediya: Hadise - Yaz Günü

Leylanın dilindən..

Dediyim kimi bir-iki saat sonra artıq parkda idim. Parkın yolu biraz uzaq olduğu üçün velosiped ilə gəlmişdim. Görəsən Rəşad məni tanıyacaqdı? Belə deməyimin səbəbi geyimim idi. Gündəlik geyimim məktəb formasından çox fərqlənirdi. Dar şalvar, üstünə bol qısaqol köynək (qardaşımın köynəyi) geyinmişdim. Başıma da kepka taxmışdım.

Velosipedlə hərəkət edərkən Rəşadı görmək ümidi ilə ətrafa baxırdım. Onun üçün həqiqətən də çox darıxmışdım. Rəşadın uzaqdan velosiped ilə mənə tərəf gəldiyini görən kimi velosipeddən endim. O da məni tezecə görmüşdü. Mənə yaxınlaşdı və eyni şəkildə velosipeddən endi.

Özümə mane ola bilməyib qaça-qaça yanına getdim və boynuna sarıldım. O da əllərini belimə sarıb qarşılıq verdi. Sıx-sıx qucaqlamışdım onu, sanki heç vaxt buraxmayacaqdım. Qulağıma pıçıldadı "İlk qucaqlaşmağımız.."

"Sənin üçün darıxmışam, həm də çox" dedim. "Mən də sevgilim" dedi sadəcə. "Sevgilim" sözünü də ilk dəfə onun səsindən eşidirdim. "Bu parkın yarısı qonşularımızdan ibarətdi. Məni tanımaq ehtimalları var" dedim. "Mənim üçün problem yoxdur, sevgilimi buraxmayacam" dedi. Gülümsədim. "Amma mənim üçün problem var. Söhbət atama çatsa, sevgilini birdə tapmamaq ehtimalın var"

"Yaxşı, yaxşı" dedi və məni buraxdı. "Gəl səni gəzdirim" dedi. "Necə yəni?" deyə soruşdum. "Velosipedlə. Sən özünkünü burada saxla qayıdanda götürərik" dedi. "Yaxşı" dedim və velosipedimi qırağa çəkib açarla kilidlədim. Əlimi tutdu və məni velosipedinin yanına apardı.

O velosipedə mindi, mənə isə qabağına oturmağımı tapşırdı. "Necə oturacam burada? Yıxılacam indi" dedim qorxuyla. "Narahat olma mən səni tutmuşam" dedi o da. Öz-özümə gülümsədim, məncə ona güvənə bilərdim.

Bir müddət məni velosipedlə gəzdirəndə çox əylənmişdim. Parkın biraz daha irəlisində bir yer var idi. Park suyun qırağında idi və pilləkənlərlə lap suyun qırağına düşmək olurdu burdan. Rəşadla o tərəfə getdik. Normalda burada, suyun qırağında həmişə iki sevgili qucaqlaşıb oturardılar, amma bu dəfə nə əcəbsə heç kimsə yox idi.

Velosipeddən enib pilləkənlərlə aşağı irəlilədik. Suyun qırağına oturduq. Rəşad qolunu çiynimə qoyub məni qucaqladı və suyu izləməyə başladıq. "Qəribədi" dedim birdən. "Nə qəribədi?" deyə soruşdu Rəşad. "Əvvəllər buradan keçərkən həmişə bu vəziyyətdə oturmuş iki sevgili görərdim. Onlara həmişə qəribə-qəribə baxardım. İndi isə eyni formada burada mən sevdiyim oğlanla oturmuşam" dedim.

"Mənə də qəribədi. İki-üç ay əvvəl mənə sevgilin olacaq desəydilər onlara gülüb keçərdim. Amma indi sevdiyim bir qız qollarımın arasındadır" dedi. Gülümsədim. "Səni sevirəm" dedim. Rəşad da eyni şəkildə "Səni sevirəm" dedi.

Qeyd: Növbəti bölüm - Final bölmüdür..

AvtobusWhere stories live. Discover now