❧ 1

458 58 24
                                    

Multumediya: Nil Karaibrahimgil - Yalnız Kalpler de Atarlar

Leylanın dilindən..

Yenə hər günkü kimi eyni idi. Məktəb eyni, oradakı lazımsız insanlar eyni.. Nəysə.

Hər gün mindiyim avtobusa rəfiqəm Aysel ilə minmişdim. Əslində hər gün eyni vaxtda mindiyim üçün buradakı insanlar belə eyni idi. Bəzən bir-iki nəfər dəyişirdi. Bugün də o günlərdən biri idi deyəsən. Avtobusa tanımadığım insanlarla yanaşı bir oğlan da minmişdi. Onu da tanımırdım. Amma on da diqqətimi çəkən nəsə var idi, bilmirəm. Fikir vermədim və rəfiqəmlə söhbətə davam etdim. Normalda insanlara qarşı az danışır, az gülürdüm. Amma ailəm və rəfiqələrimlə olduğum zaman içimdəki əsl Leyla üzə çıxırdı.

Buna görə də, həmişəki kimi Aysel ilə hansısa mövzuda danışıb gülürdük, deyəsən yüksək səslə. Çünki avtobusdakı bir çox insan bizə baxırdı, o oğlan da. Amma nədənsə mənim diqqətimi o çəkmişdi. Göz-gözə gəldiyimiz an baxışlarımı ondan qaçırdım və gülməyimi dayandırdım. Mənim ən pis xasiyyətlərimdən biri də budur: heç bir insanla göz-gözə gələ bilmirəm. Göz-gözə gəlsək belə gözlərimi tez qaçırıram. İstər qohumum, istər ən yaxın dostum, istər tanımadığım adam.. fərqi yoxdur. Nəysə.

Artıq düşəcəyim yerə yaxınlaşırdım. Ayselin evi bizdən biraz uzaq idi. Birinci o düşməli idi. Yanımdan qalxıb "Sağol, Leyla" dedi. Mənsə sadəcə ona gülümsədim. O avtobusdan düşərkən gözlərim yenə o oğlana sataşdı. Mənə baxırdı. O an gözlərimi ondan qaçırmamağa çalışdım. Bilmirəm niyə?.. Nə düşündüyünü bilmək istədim o an, görəsən adımı Aysel deyəndə eşitmişdi? Bu düşüncəmi ağlımdan yox etməyə çalışaraq gözlərimi pencərəyə çevirdim. Mənim düşməyimə az qalmış o düşdü.  Ona fikir verməməyə çalışdım və pəncərədən çölə baxdım. O avtobusdan düşdü və avtobusu fırlanıb bir evin darvazasına doğru irəlilədi. Ev mənim oturduğum tərəfdə idi. Darvazanı açıb heyətə girərkən son dəfə göz-gözə gəldik. Və həmişəki kimi gözlərimi qaçırdım..

AvtobusWhere stories live. Discover now