QAN

94 13 7
                                    

"Müharibə... Güclünün güclü, zəifin zəif olduğunun üzə çıxdığı yer və yaxud tam tərsinə. Bir tərəfdən yaşla dolmuş gözlər, digər tərəfdən də atəşfəşanlıqla qeyd edilən qələbə bayramı. Bir tərəfdən düşmənə nifrət, digər tərəfdən də insanlıq rəhmi. İnsanoğlunun varoluşundan bu günə qədər gəlib çıxan maraqlı məşğuliyyət və yaxud kabus"

- Ey, Rudolf... Rudolf! Sənə deyirəm!

- Oy, eşitmədim, Klaus, üzrlü say, fikrim başqa yerdə idi.

- Nə olub?

- Heç nə, məqalə yazırdım, onun üçün bir giriş hissə düşünürdüm.

- Nə məqalə?

- "Alman xalqının müqəddəs müharibəsi"

- Ah dostum. Vətəndən, xalqından başqa heç nəyi düşünmürsən, bezmədin? Arada vaxt edib güzgüdə özünə bax, əyyaşa oxşayırsan.

- Eh, neyniyim, Klaus.
- Yaxşı, çox danışma, gəl gedək.
- Hara?
- Məktəbin birinci mərtəbəsinə, Berlin şəhər hərbi komissarlığının nümayəndəsi bizim məktəbə gəlib.
- Aa! Bəs bilmirsən nəyə görə?
- Bilmirəm, gedək birlikdə öyrənək.

Rudolf və onun yaxın dostu Klaus nümayəndənin dediklərini dinləmək üçün məktəbin birinci mərtəbəsinə endilər.

- "Alman xalqı daim ulu, müqəddəs xalq olub. Lakin vaxtilə güclü liderimiz olmayıb deyə bizi alçaltmış və irqimizi təhqir etmişlər. İndi isə bizim güclü führerimiz və mərd kişiləri, qadınları olan ulu, ali irqimiz var. Zamanla bizi alçaldanlardan əvəz çıxmağın vaxtıdır. Bu şanlı müharibədə qazanılacaq tarixi qələbədə Almaniya dövlətinə dəstək olun, orduya qatılın, adınızı tarixə yazdırın ki, gələcəkdə nəvələriniz sizi görüb sizinlə fəxr etsin!", deyə nümayəndə çıxış etdi.
- Klaus, deyəsən, bunlar orduya əsgər yığırlar.
- Elə görünür.
- Bu mənim üçün çox böyük bir fürsətdir, mən də orduya qoşuluram.
- Rudolf, sənin başın xarabdır? Güya bilmirsən ki, bu iş göründüyü qədər asan deyil? Üstəlik bizim məqsədimiz var idi axı, universiteti bitirib diplomat olmaq.
- Klaus, onu sonra da etmək olar, indi əsas iş müharibədir.

Rudolf qaçaraq hərbi komissarlığının nümayəndələrinə tərəf yaxınlaşdı, çünki o, ordunun sıralarına qoşulmaq istəyirdi, Klaus da onun can dostu olduğu üçün məcburi onunla getməli oldu.

- Salam, mən də orduya qoşulmaq istəyirəm.
- Ad, soyad, ata adı və təvəllüdünüz zəhmət olmasa.
- Rudolf Müller Thomas oğlu, 14 aprel 1921.
- Rudolf, əminsən?
- Hə, Klaus, sən istəmirsənsə, gəlmə, amma mən bu fürsəti əldən verməyəcəm. Özün də bilirsən ki, necə həvəslə orduya qoşulmaq istəyirdim. Bu şans özü mənim ayağıma gəldi.
- Eh, Rudolf, bu inadda kimə oxşamısan, hələ də bilmirəm.
- Klaus, mənimlə birsən, yoxsa yox?
- Təəssüf ki, hə, səninlə birəm...
- Sizin də ad, soyad, ata adı və təvəllüdünüz zəhmət olmasa.
- Klaus Hermann Friedrich oğlu. 26 mart 1921.
- Oldu, təşəkkürlər, hər ikinizi 3 oktyabr 14:00 tarixində Berlin hərbi komissarlığına çağıracağıq.
- Oldu, çox sağ olun.
- Hələlik!
Günləri yorğun keçən iki dost evə getmək qərarını verirlər.
- Rudolf, bəs anan və atan? Onları düşündünmü?
- Məncə, nəinki təkcə anam və atam, bütün qohumlarım, hətta məhəlləmiz mənimlə fəxr edəcək.
- Rudolf, bu zarafat deyil, təki sən deyən olsun, amma yenə deyirəm, bu iş zarafat deyil.
- Eh, Klaus, bəsdir görüm. Nə var e, sənin üçün də maraqlı deyil bu? Həm döyüş, həm şanlı Almaniya tarixinə keçmək? Qürur duyuram özümlə.
- Yaxşı, Rudolf...

Nəhayət 3 oktyabr oldu və orduya adı yazılanlar hərbi komissarlığa çağrılırdılar. Rudolf da səhər açılmamış durmuş, hazırlaşmış və artıq yavaş-yavaş dostu Klausun evinə gedirdi, çünki onlar hərbi komissarlığa bir gedəcəkdilər.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Dec 29, 2022 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

QANHikayelerin yaşadığı yer. Şimdi keşfedin