Bakı gecələri

33 6 0
                                    

" Elə həsrətəm ki, şirin sözünə
Üzümü söykəyəm, nurlu üzünə
Uşaqtək gözümü dikib gözünə,
Elə bax beləcə qalmağım gəlir..."

Atam gedəni uzun müddət olurdu artıq. Günlərdir evdə bilinməyən bir sakitçilik və hüzn var idi. Hərgün səhər yeni bir ümid ilə oyanıb, gecələri də eyni duaları edib yatmağa çalışırdım onsuz gözümə yuxu getməsə də ...

Bilmirəm artıq neçə gün idi , saymağı buraxmışdım . Çünki saydıqca daha da uzun gəlirdi zaman.. Ondan xəbərsiz necə dözürdük xatırlamıram , tək bildiyim buna məcbur olduğumuz idi sadəcə...
Atamın olduğu hospitaldan məlumat almaq mümkünsüz bir şey idi . Nə həkim ilə, nə də özü ilə əlaqə saxlamağa icazəmiz yox idi.. Fəqət hospitalın qaynar xətt nömrəsini öyrəndikdən sonra hər gün ora zəng vururduq . İlk dəfə biz zəng vurduğum an yadımdadır hələdə ... Gecənin 2-si idi .
Həyətdə masa arxasında oturmuş zəngə cavab vermələrini gözləyirdik böyük ümidlərlə...

"- Salam , **** hospitalı , buyurun . Necə kömək edə bilərəm?

-Salam , xəstə haqqında məlumat ala bilərəm ?

-Xəstə reanimasiya şöbəsinə yerləşdirilib , oksigenə qoşulub , vəziyyəti ağır qeyd olunur. "

Re a ni ma si ya...???
Bu sözü eşidər-eşitməz hər kəs bir anlığa donmuşdu. Necə yəni vəziyyətin bu qədər ağır və kritik mi idi , Ata ?!

O qədər az məlumat verirdilər ki , biz zehnimizdəki suallara cavab tapa bilmədiyimizdən daha da pis olurduq. Həmən zehnimiz o qara düşüncələr və suallarla dolurdu - " ya bir şey olduda bizdən gizlədirlərsə ?!" ," Bəlkə ona orada yaxşı baxmırlar ?!"- kimi bir çox bizi məhv edən ümidsiz suallar və fikirlər...

-

Hər gün eyni günü yaşayırdım sanki. Səhər durub hərkəsdən əvvəl telefonu alıb əlimə qaynar xəttə zəng vurardım kiçik bir məlumat olsa belə öyrənmək üçün, hər halından xəbərdar olmaq üçün...Mən nömrəni yığıb zəng vurarkən xətdə gözlədiyim zaman arxa fonda bir musiqi çalardı . Hansıki o musiqini dinlərkən qəlbimdə fərqli hisslər yaradardı. Düşüncələrə dalardım,bəzən xoş gələrdi o musiqi mənə. Bəzən isə o qədər kədərləndirərdi ki,telefon əlimdə ağlamaq tutardı məni...
Həmin musiqi " Bakı Gecələri " idi..

Bir vərəqim vardı , hospital ilə hər dəfə danışanda aldığım məlumatları günü və saatı ilə qeyd edərdim. Operator dedikcə məndə yazardım atamın qan təzyiqini, saturasiyasını, şəkərini. Yazdıqca özümdə müqayisə edirdim səhərki və axşamkı hallarını . Biraz belə olsa yüksək olanda təzyiqi o qədər sevinirdim ki ... Çünki atamın qan təzyiqi həmişə aşağı olardu, buna görə özünü halsız hiss edərdi..

Həftələrcə bu belə davam etdi. Günlər bir-birinin ardınca uçub getdi.. Dəyişməyən tək şey hələdə atamın burada, ailəsinin, mənim yanımda olmamağı idi sadəcə...

 Dəyişməyən tək şey hələdə atamın burada, ailəsinin, mənim yanımda olmamağı idi sadəcə

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Son Ümid YeriHikayelerin yaşadığı yer. Şimdi keşfedin