Əzizə

Von eliivina

396 53 17

Hələ həyatımın çox qəribə nöqtələrə gələcəyini bilmədiyim vaxtlarda, yəni uşaqkən çox həyat dolu uşaq olduğum... Mehr

Qaranlığa doğru ilk addım
Fərqli baxışlar, fərqli hisslər
Hər Şey Qəribələşir
Rənglər solur
Bölüm 6
Bölüm 7

Sayısız suallar

31 5 0
Von eliivina


Çiçəyimi otağımda pəncərənin qabağına qoyduqdan sonra, yatağımın üstünə oturdum. Bir az düşüncəyə dalmışdım ki uzandığımı hiss etdim. Yerimdə qıvrıldım "Görəsən onlar getmişdilər?" "Axı bu qədər çox niyə qalsınlar?" "Onlar nə üçün gəlmişdilər?" "Anam özünü niyə belə qəribə aparırdı?" ağlımda bir sürü sual var idi. Gördüm ki, düşündükcə yuxulayıram. Məktəbdə də çox yorulmuşdum, amma ən çox məni bu qəribə görüş yormuşdu. Yuxu nə qədər məni şirin ağuşuna almaq istəsə də, buna dözməli idim. Anamın içəri qaytmağını gözləməli idim. Pəncərədən baxa bilmirdim ki, yenə eyni nifrət dolu baxışlarla göz-gözə gəlməyim. Yox, mən tam əmin olmalıydım ki, onlar gediblər. Nəhayət maşın səsi bizim ev tərəfdən başlayaraq uzaqlaşdı. Bu isə onların getməyi demək idi. Yerimdən atılaraq qapıya qaçdım. Köhnə başmaqlarımı ayağıma keçirib tələsərək qapını elə açdım ki, anamla toqquşdum.

-" Yavaş qız! nolub?" o təccüblü və əsəbi halda mənə baxırdı. Əslində bu baxışlarda təccübdən və əsəbdən başqa bir şeydə vardı. Mən içəri girdikdən bəri başlayan. Amma nə idisə anlaya bilmirdim. Çünki anam normalda özün heç kimin yanında əzdirən qadın deyildi. Kiminsə ona üstdən baxması heç onu maraqlandırmazdı belə. Amma bu gün Hülya xanımın səviyyəsiz söhbətinə o şəkildə qoşulmağı, məni anamı tanıdığıma dair şübhələnirirdi.

-" Əsl sənə nolub?"  aşağdan yuxarı ona baxaraq qətiyyətlə soruşdum.

-"Necə yəni mənə nolub?"  bir az fikirləşdi " Bu nə qəribə sualdır mənə verirsən? çəkil görüm içəri keçim."

-" Hələ suallarım qabaqdadır. bu nədir ki" 

-"Yaxşı di çəkil, nə sualın var ver. İcazənizlə Əzizə xanımqız evimə keçim" o əliylə məni kənara çəkməyə çalışdı.

O an yadıma düşdü ki, mən hələdə anamı qapının girəcəyində saxlamışam. Tez kənara çəkildim. Anam divana doğru gedirdi ki otursun, gözü masaya sataşdı və yadına düşdü ki, qabları yığıb yumalı evi səliqəyə salmalıdır. Onun bu hərəkətindən anlaşılırdı ki o bu yığıncaqdan əvvəldə çox işləyib.

-"Ana onlar niyə gəlmişdi?"

-" Aaa belə olmaz axı, gəl bir işin ucundan tut elə söhbətləşək. Onsuz da çox yorulmuşam" Bu qəribə görüş mənə o qədər maraqlı idi ki, tələsdiyimdən nə etdiyimi bilmirdim. Hərhalda bu 12-13 yaşlarında bir yeniyetmə qız üçün normal idi. Tez anama qabları dəstələməyə kömək etməyə başladım.

-" Yaxşı da ana, indi ki kömək edirəm. Kərim dayı və ailəsi niyə gəlmişdi?"

-" Necə yəni niyə gəlmişdi? O ki hər gün gəlir" Anam elə danışırdı ki, elə bil  bir saat əvvəl  yataq otağında ona bu sözləri deyəndə özünü qəribə aparan o deyildi. 

-" Axı ailəsi ilə gəlmişdi" maraq dolu gözlərlə onun gözünün içinə baxdım.

-" Ailəsini birinci dəfədir ki görürsən?" O isə nəzərlərini məndən qaçırırdı.

-"Ana yaxşı da. Bilirsən axı nəyi deyirəm"

-"Nəyi deyirsən?" o yenə sakit tonla soruşdu. Özünü elə göstərirdi ki guya nəysə başqa bir şey haqda düşünür. Elə bil heç belə bir görüş olmayıb. Anamı yaxşı tanımasam düşünərdim ki, həqiqətən də belə bir hadisə baş verməyib. Bu sadəcə mənim illuziyamdır. Amma bu vəziyyət artıq məni əsəbləşdirirdi. Qısa sualları kənara atıb bütün düşüncələrimi ifadə etməyə başladım.

-" Sən özün də yaxşı bilirsən nəyi deyirəm? Onlar birdənbirə gəlməmişdi ki. Deməli bu görüş planlanıb ki, sən bu qədər hazırlıq görmüsən. Normalda əvvəlcədən mənə də deyilir belə görüşlər. Görmədin masada hamı gərgin idi? Yazıq Yaqubu eləbil zorla otuzdurmuşdunuz ora. Hələ atam bilmirdi nə desin ki, söz ona gəlməsin. Səni heç demirəm. Normalda belə özünü bəyənmiş şəhərliləri, bəyənməyən sən, indi lap yaxın dostu kimi Hülya xanımın hər sözünü təsdiqləyib gülürdün. Sən ki normalda o fikirlərin heç biri ilə razı deyilsən?"

-" Bəzən sənə baxıb deyirəm ki, görəsən bu qız həqiqətən 12 yaşındadır?" bir az fikirləşdi "Həə böyüklər kimi danışırsan" sonra yadına nəsə düşmüş kimi " Həm də ki Hülya xanıma niyə özünübəyənmiş deyirsən? ayıb deyil?" istədi masada qaytardığım cavablara görə də məni danlasın, amma sonra bu mövzunun dərininə getmək istəmircəsinə susdu.

-" Məgər sən özün ona bu adı verməmişdin?"

-"  Yaxşı bəsdir. Bu söhbət burda bitdi. Gördün ki, heç bir xüsusi görüş deyilmiş. Rahat olun Əzizə xanım"  O belə deyirdi ki aranı yumşaltsın.

-"Axı..." ağzımı açmamış əlimdəki qablarıda alıb qapıya doğru yaxınlaşdı.

-"Yaxşı, sən Allah köməyini istəmirəm. Bircə bəsdir. Dərsin yoxdur sənin?" deyib qapını bərk bağlayıb getdi.

Otağıma qayıdanda suallarıma cavab tapmamışdım. Amma artıq bunu düşünmək məni yorurdu. Hər nə idisə oldu keçdi. Atam demiş, bu dünyada hər cür adam var. Bu ailə də gərginlik yaratmağı sevir yəqin. Uzağı sabah Rənaya danışardım əhvalatı, onun məntiqli fikirləri olurdu.  Elə bu an gözüm pəncərənin qabağındakı çiçəyə sataşdı. Nazik gövdəsi vardı. Rəngi bənövşəyi ilə çəhrayının arasında bir rəng idi. İlk baxışda deyərdiniz yolda bu çiçəklərdən çox var, sadə çiçəkdir. Amma elə ki diqqətlə baxdınız, adı kimi özündə də qəribə sizi çəkən bir şeyin olduğunu hiss edirdiniz. -"Laviniya, həə maraqlı addır." çiçəyə yaxınlaşdım və onu qoxlamağa başladım "Laviniya" bir daha təkrar etdim. Qoxusu bihuşedici dərəcədə gözəl gəldi mənə. "Lap ədəbiyyat kitabındakı şeirləri xatırladır." deyə təkrar edib bir azda çiçəyimə baxdıqdan sonra, əynimi dəyişib dərslərimmi etməyə başladım. Fikirləşdim ki, bəlkə axşam bütün ailə bir yerə yığışanda bu günki qəribə görüş haqda söhbət düşə. Amma nə çarə? sanki hamı səhərki görüşü unutmuşdu. Heç kim bu haqda danışmaq istəmirdi. Qardaşlarım və atam elə hey tarlada olanladan danışırdı. Kim təzə traktor aldı, hansı içcilər evləndi, tarlanın başcısı kimi mükafatlandırdı və s. Yəni hər gün olan o sadə söhbətlər. Anam da bir gözü ilə atama baxaraq onu təsdiqləyir, digər gözü ilə də televizora baxmağa çalışırdı..

Çarəsizcə hamıdan tez gedib yatağıma uzandım. Həqiqətən çox yorulmuşdum və tez yatıb səhər Rənayla danışmaq istəyirdim. Gözümə yenicə yuxu getmişdi ki, qardaşlarımın da otağa gəlib yerlərinə uzandığını hiss etdim. Adətən ən gec qardaşlarım və mən yatardıq. Bu da o demək idi ki, artıq anamla atam çoxdan yatmışdı.


Qaranlıqdan başqa heç nə görmürdüm. Bəzənsə ağ işıq şüaları diqqətimi çəkirdi.  Harda olsuğumu bilmirdim. İstədim qaranlq da olsa ətrafı gəzim, harda olduğumu bilim. Ayaqlarım yerimirdi. Mən yerimdəcə durub qalmışdım. Nə qədər ayaqlarımı hərəkət etdirməyə  çalışsam da, heç bir çarəsi yox idi. İstədim qorxudan qışqırmamaq üçün əlimin ağzıma aparım. Amma əlim də ayağımdan geri qalmırdı. Heç əlimi bir azca belə yuxarı qaldıra bilmədim. Sonradan fərqina vardım ki heç barmaqlarımı da hərəkət etdirə bilmirəm. Heç nə başa düşməyərək qışqırmağa başladım. Qışqırdığımı hiss edirdim, lakin öz səsimi özüm də eşitmirdim. Bu nə idi ilahi? yoxsa mən ölmüşdüm? Birdən sonsuz qaranlığın dərinliklərindən tanış səslər eşitməyə başladım.

-" Gülsüm" Bu atamın səsi idi və anamla söhbət edirdi. " Yəni sən həqiqətən də bu mövzuda qərarlısan?"

-"Nə edə bilərəm axı Həsən? O müharibəyə qurban getsin?" Bu isə anamın gərgin səsi idi. Bu səsi hər zaman, hər yerdə tanyardım. O məktəb vaxtı dərslərinə o qədər çox vaxt ayırmışdı, o qədər çox kitablar oxumuşdu ki, universitetə girsin. Ailəsi icazə verməyəndən sonra, bütün əziyyətinin boşa getdiyini anlayan anam, əsəb krizi keçirib belə gərgin bir insana çevrilmişdi.

-" Hələ müharibə zad yoxdu!" Atam qətiyyətlə dedi.

-" Yaxşı görək elə danışırsan elə bil birinci dəfədir müharibə görürsən."

-"Nəyi birinci dəfədir görürəm?"

-" 39-45 haqqında deyilənləri xatırlamırsan, ya 63ü? ya onlar arasında olan saysız müharibələri."

-" İndi nə edək olub olmayacağını bilmədiyimiz bir şey üçün uşağımızı qurban verək? Sən ki təhsil tərfdarısan."

-"Elə bilirsən mənə asandır? Amma onun həyatı hər şeydən vacibdir. Vəssalam."

-"Bu onun yaxşılığı üçündür" Elə ən son eşidə bildiyim sözlər bunlar oldu. Bilmədim anam dedi ya atam.  Sonra qaranlıqda mənə doğru gələn balaca ağ işıq böyüyərək məni içinə çəkməyə başladı. sonra nə baş verdisə  heç nə xatırlamırdım.



-" Oyan" sağ qoluma bir əl toxunduğunu hiss etdim. Bu Yaqub olmalı idi. Çünki o bu hərəkəti ilə məni oyatmaq vəzifəsini yerinə yetirdiyini düşünürdü.

-" Bacı... Oyan" Hə bu qolumu silkləyın isə Əsəd idi. Yaqubun yarım qoyduğu işi tamamlayırdı.

-"Ana, deyəsən bu qızın dərsə getmək fikri yoxdur"

-"Necə? axı o tez oyanırdı. Yəni hələ oyanmayıb?" əslində bu səsdən sonra artıq tamamilə oyanmışdım amma isti yatağım mənə daha cazib gəlirdi. -"Əzizə xanım, nə əcəb hələ  oyanmamısınız?" O mənə " Xanım" deyə müraciət edirdisə deməli hələ hər şey yaxşı idi.

-"Bəlkə sənin qızdırman var" təlaşla əlini alnıma qoyanda gözlərimi açdım. Birdən gecə baş verənlər yadıma düşdü. Real və ya yuxu olduğunu anlamamışdım. Amma yəqin ki yuxu idi.

-"Müharibə başladı?"

-"Nə müharibə? " Əsəd həyəcanla soruşdu.

-"Nə müharibə? Yəqin bacın yuxusunda müharibə görüb." Anam mənə boş-boş baxırdı. İndi əmin idimki mən  gecə əsassız bir yuxu görmüşəm .-" Qızıdrman da yoxdur. Gəl süfrəyə. Məktəbə geciksən əsl müharibə onda başlayacaq.


Weiterlesen

Das wird dir gefallen

4M 247K 81
* Siz: Ay acaba lamalar uçsa nasıl olurdu? Siz: Düşünsene, kafana tıpkı martının sıçması gibi tükürüyorlar. Siz: Çok komik olmaz mıydı? ÜSĞĞDDĞSPDĞPF...
6M 16.8K 12
"Korkuyor musun ?" diye sordu. Nehir başını kaldırmadan sadece kafasını salladı. Adamın kokusuna karışmış sert içki kokusu genzini yakmış...
BİR KÜÇÜK SIR Von Betüş

Aktuelle Literatur

1.9M 132K 30
Onların kaderi yıllar önce yaşanmış tek bir gece sayesinde birleşti. Bir anda karşısına çıkan ve peşini bırakmayan Atmanlı aşireti genç kızın bütün s...
12.4K 518 37
~Sana bir teklifim var ~Kabul etmeyeceğimi bildiğin teklifler etme Odadan çıkacağım sırada arkamdan bağırdı ~On iki milyon yani borcunun tamamı T...