Son🍃

56 9 1
                                    

Gəlməmişdi .Amma onu son dəfə görmək istərdim .Gözümü yumdum .Birdə gözümü Amalyanın narin səsiylə açdım .Otağımı bəzəmişdilər .Hətta məktəbdəki sinif yoldaşlarım,məllim və müəllimələrimdə gəlmişdilər.Elnur belə burda idi .Çox sevinirdim həyatdayam .Amma bu qədər adamın içində gözüm tək onu axtarırdı .Yenə gəlməmişdi .Nəysə biz tort kəsib çay içib gözəl söhbətlər etdik.Bu gün birinci gündü və mən evə gedirəm.Bundan gözəl nə ola bilər axı evə gedər getməz yatağıma uzandım ordaca yuxuya getdim .Səhər oyanandan anam narazı olsada məktəbə getdim .Hamı mənimlə maraqlanırdı bu neçədə gözəl idi .Mələyi axtardım tapa bilmədim .Parka getdim bəlkə ordaydı .Düz təxmin etmişdim skamyada oturmuşdu .Yanına getdim .Təəccüblə mənə baxdı və sarıldı.Mələyə mən artıq sağalmışam artıq xəstə deyiləm dedim .Qəribə gülüş atdı mənə .Yox! Sən hələ sağalmamısan! Niyə? sual verdim . Sən sağalsaydın mənimlə danışa bilməzdin deyib getdi .Necə yəni ? Deməli Mələk deyə biri yox idi .Deməli buna görə məndən başqa heç kim onunla danışmırdı .Deməli anam buna görə narahat idi .Deməli Amalya mənə bunu demək istəyirdi .Neyniyim indi mən ?Evə getdim hamı məni gözləyirdi.Evə girən kimi qonaqların yanına getdim gözümdən yaş süzülərək tək bir şey dedim "Mən hələ sağalmamışam"

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Sən hələ sağalmamısan...Where stories live. Discover now