5-ci hissə

51 9 0
                                    

Bir az söhbət elədikdən sonra evə getdim .Bacımla çox az vaxt keçirirdim .Otağının qapısını asta döydüm bəlkə yatar deyə narahat eləmək istəmədim .İncə səsiylə gəl dedi .Məni gördüyünə sevinmədiyini bilirdim .Bir az söhbət elədik .Axşamin olduğundan xəbərimiz yox idi .Amalya o qədər şirin gülürdiki ,sanki cənnətdəydim.Artıq yatmaq vaxtıdı deyib otaqdan çıxmaq istəyirdim ki ,Amalya qal başıma sığal çək deməsi ürəyimi parçaladı .Heç vaxt mənimlə səmimi olmamışdı . Amalya yatana qədər başının üstündə durub cənnət qoxan saçlarını sığalladım.Sonra otağıma getdim .Otağıma gedə-gedə anamla söhbət elədim .Amalya ilə bu gün çox söhbət elədiyimizi və mənimlə tam səmimi olduğunu dedim .Anam susub məni dinləyirdi .Otağa girəndə anam sanki yox oldu bir anlıq.Qapini açıb içəri girəndə çox qorxdum .Ola bilməz deyib ağlamaqa başladım .   

Sən hələ sağalmamısan...Where stories live. Discover now