ŞEYTAN

93 46 13
                                    

Bismillahir-rəhmanir-rəhim!

                          ŞEYTAN  

                                      1 pərdəli 8 şəkilli dram

                           İŞTİRAK EDƏNLƏR

Danışan - 40-45 yaşlarında kişi
Şeytan.
Qəmzə -25 yaşında tələbə, Aqşinin 1-ci sevgilisi.
Lalə -26 yaşında tələbə.
Nənəş- 25 yaşında tələbə, Aqşinin 2-ci sevgilisi.
Aqşin - 26 yaşında tələbə Qəmzə və Nənəşin sevgilisi.
Molla Davud -43 yaşında molla, Axund.
Psixoloq Qafar müəllim -46 yaşında  psixoloq müəllimi.
                           BİRİNCİ PƏRDƏ
                               Birinci şəkil.
Səhnənin sağ küncündə Danışan və Qəmzə. Sol küncündə isə yataq otağı. Yerdən yataq sərilib, kimlər isə yatır. Qəmzə  ala qaranlıq səhnədə var-gəl edir. Danışan səhnənin sol küncündə dayanıb Qəmzənin hərəkətlərini izləyir. Qəmzə birdən dayanır, səhnənin ortasında üzü tamaşaçılara tərəf qoyulmuş stulda əyləşir.
                                      Pauza

Danışan - Neçə vaxtdı Qəmzənin fikirləri qarışıq idi, gecələri yata bilmirdi, yuxularını qatır, ya da daxildən əzab çəkirdi. Şeytanı gördüyünü deyirdi. Bu şeytan dedikləri məxluqat var ha! İnsan ürəyini ələ aldısa cilddən-cildə salar daxilən insana əzab verər. Belə bir rəvayət də var ki, bir gün göydən yeri seyr edən mələklərə  şeytan yaxınlaşır. Belə heyranlıqla nəyi seyr etdiklərini soruşur. Mələklər isə bəndələrdən birinin çox inanclı və mərhəmətli olduğunu, onun əməllərini gördükcə ona heyran olduqlarını deyirlər. Şeytan isə istehza ilə gülüb “o insanı mən yoldan çıxara bilərəm”-deyir Mələklər bunun qeyri-mümkün olduğunu söyləyirlər, ancaq, şeytan onlardan bir həftə möhlət istəyir. Qiyafəsini dəyişib yer üzünə gəlir, həmin insanın qapısını döyür, ev yiyəsi qapını acır, salamlaşdıqdan sonra qonağın kimliyini soruşmadan içəri dəvət edir. Qonaq içəri keçir ən başda qoyulmuş döşəkçənin üstündə əyləşməsi üçün ona yer göstərir, heç nə soruşmadan ev sahibi süfrə acaraq evdə olan nemətlərdən süfrəyə düzür.

ŞEYTANWhere stories live. Discover now