HUMBETT "Şeir"

85 10 12
                                    

HUMBETT
"ŞEİR"

Şeir deyildiyi zaman düşündüyümüz ilk şey qafiyyə uyğunluğu olsa da şeirin mənası, axıcılığı və bənzətmələri də olduqca önəmli məsələlərdir. Əziz oxuyucu! Bu kitabı təhlil etməzdən öncə hər birinizə vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. Əgər fikirlərinizi kommentlərlə bölüşsəniz sevinərəm. İndi isə keçək əsas məsələyə. Kitab ümumilikdə, çox xoşuma gəldi, istər giriş yazısı olsun, istər qapaq şəkli olsun, istərsə də içindəki şeirlər. Şairin daxili dünyası çox zəngindir. Yaşının azlığına baxmayaraq sevgiyə dair insani hissləri olduqca gözəl vurğulamağı bacarır. Əgər yazmağa davam edər və söz ehtiyyatını artırarsa, gələcəkdə ədəbiyyat dərsliklərində həyat və yaradıcılığı öyrəniləcək şairlərdən ola bilər. Yox yox, qətiyyən şişirtmirəm. Əgər vaxtınızı ayırıb kitabı oxusanız, mənə haqq qazandıracaqsınız. Əsas da "sərbəst" adı altında yazılan şeirlərin əksəriyyəti və "Nağılmışıq biz" , " Ehtiyyacımın sənə ehtiyyacı var" və sair kimi bir çoxu nəzərimi cəlb edənlərdi. Hətta, şeirlərindən birinin bir bəndini sizinlə paylaşmaq istəyirəm:

Görsəmki gözlərin qəm ilə dolub,
Hər şeydən əl çəkib onu silərdim.
Ölmək istəsəm də gözyaşın olub,
Düşüb yanağına orda ölərdim.

Gənc şairimizin bu istedadı təqdirə laiqdir. Lakin, bir çox yazarın etdiyi səhvləri o da təkrarlayaraq yazı və işarə xətalarına yol vermişdir. Mütləq şeirlırini gözdən keçirməlidir, məncə. Mövzunu çox uzatmadan gənc şairimizin əsərlərini qiymətləndirmək istərdim. Bir oxuyucu olaraq, bu, həvəskar olsa da mənası olduqca dərin olan şeirlər toplusunu 100 xallıq sistemdə 95 xalla qiymətləndirərdim. Yazmağa və öyrənməyə davam edin. Məncə, bu sahədə uğur qazana bilərsiniz.

TƏNQİD və TƏHLİLWhere stories live. Discover now