24 Saat

30 3 0
                                    

İndi 2016ci ildir. Qızımın 26 yaşım var. Günlərdən hansı deyə soruşsaz, yoldaşımın məni, qızımı tərk etdiyi həmin gün deyərəm. Amma acım o qədər təzədir ki... Hər ilin təkcə bugünü yox, ilin bütün günü o günü yaşayırmış kimi içim sızlayır. Acımı ifadə etməyə lüğətimizdəki sözlər bəs etməz. Mən isə çox yorğun düşmüşəm. Təklik məni əldən salıb. Yox, yox yaşamağa səbəbim var. Təbii ki qızım. Bugün yanına gedəcəm. Və təbrik edin məni. Çünki qızımla birlikdə geri qayıdacam. Amma ilk öncə bəzi işləri görməliyəm. Hmm hardan başlasaq?! Qızımın otağı yerindədir. Dağınıq olan təkcə mətbəxdəki stolun üstüdür və yuyulmamalı bir neçə qabqacaq var. Bir dəqiqə üzümün bəzi hissələrinə səliqəsiz çıxan saqqalımı və bığımı təmizləməliyəm. Ancaq ondan da öncə düşüb üz qırxan almalıyam. Çoxdandı buna ehtiyac duymurdum deyə almırdım. Hər nə isə heçdə az iş deyil edəcəklərim.

* * *

Saçlarımı da evdə elə özüm səliqəyə saldıqdan sonra şkafı açdım. Təmizlik edərkən lazım olan köynək və şalvarı da ütüləmişdim. Bəli bəli. İnsan tək olanda hər şey edir. Daha dorğusu buna məcbur olur. Həə... Əynimi də təmiz geyəcəklərlə dəyişdikdən sonra otağa yenidən göz gəzdirib, hər şeyin yerində olduğuna əmin olduqdan sonra qapıya tərəf getdim. Ayaqqablarımı silmək yadımdan çıxmışdı amma. Elə ayaqlarımda ikən hamam girib əlimə keçən dəsmalı götürüb yaş etdim. Və ayaqqablarımı təmizlədim. Son dəfə güzgüdə özümə baxdıqdan sonra evdən çıxdım.

Buranı heç əsgərliyə gedən vaxtı da sevməmişdim. İçərinin ab - havasına mı, divarlarının rütubət qoxan iyinə mi, yoxsa insanlarına mı görə bilmirəm. Binanın qarşısında durub 4 mərtəbəli dəlixanaya diqqətlə baxdım. İndi qızım bu binanın hansı otağındadır, hansı otağın pəncərəsinə tərəf gəlib mənim yolumu gözləyir bilmirəm. Sevincli idim, içimdə gərginliyin olmasına baxmayaraq. Qızımı bura göndərdikdən sonra heç vaxt yanına gəlmədim. Buna üzüm yox idi. Və çox utanırdım bunu etdiyimə görə. Bilirdim ki əgər bu müddətdə gəlsəm, qızım mənimlə danışmayacaq. Qızımı son dəfə məni sevinclə öpüb yuxudan oyatması ilə xatırlayırdım. Amma indi onu geri götürəcəkdim. Əvvəl qızımı müaniyə edən həkimin hansı otaqda olacağını soruşdum. Qeydiyyat şöbəsindən katibə təxmini yarım saat sonra burda olacağını bildirdi. Məndə o vaxt ərzində qızımı görmək istədiyimi dedim. Mənə otağın mərtəbəsin və nömrəsin dedi. Pilləkənləri yavaş addımlarla çıxmağa başladım. Təbii ki qorxurdum deyə yox, illərin yorğunluğu taqətdən salmışdı məni. Qızımın olduğu otağa gəlib çatdım. Nəsə məni geri çəkilməyə vadar edirdi elə bil. Sanki nəyisə səhv edirdim. Amma burda peşman olacaq bir şey yox idi. Əmin idim. Və də həkimlərin dediyinə görə hər şey qaydasında idi. Otağın qapısın açıb içəri baxdım. Amma heç kəs yox idi. Qapını örtüb çıxacaqkən eyvan qapısından içəri girən qızımı gördüm. Bilmədim nə edəm. Bəlkə də qızımın əvvəl ki kimi, uşaq kimi yanıma qaçıb ayaqlarını belimə dolamağını, qucaqlamasını istəyirdim. Amma belə olmayacağını da bilirdim. O artıq böyük qız idi. İkimizdə yerimizdə səssiz durmuşduq. Bəlkə o da mənim kimi nə etməli olduğunu bilmirdi. Qollarımı heç ümid etmədən yana açdım. Amma gözlədiyimin əksinə o mənə tərəf gəldi və ağlayaraq qucaqladı. Mən də ağladım. Ağladıq.

Bir müddət sonra onun məni sorğu suala tutmasını, niyə mənə inandım deyib ama dəlixanaya göndərdiyini soruşacağını, mənə nifrət etdiyini deməsini gözləyirdim. Amma o bugün məni təəccübləndirirdi. Həkim gələnə qədər ağzından təkcə " Ata mən yaxşıyam, çıxar məni xahiş edirəm" dedi. Əlbəttə çıxaracaqdım. Elə buna görə gəlmişdim. Həkimlə danışıb bütün sənədləri həll etdikdən sonra evə üz tutduq. Yol boyu qucaqlayır, avtobusda olarkən başını mənə yaslayırdı. Uşaqlığındakı kimi. Bu məni xoşbəxt edirdi. Evə çatdığımızda qapıda biraz duruxdu. Bilirəm uzun vaxt idi gəlmədiyi. İçəri keçdik. İllər öncənin xatirəsini həm xoş, həm acı anılarını daşıyırdı hər otaq hər divar. Onu çox gözəl anlayırdım. Ona necə ağır gələcəyini də bilirdim. Qızımı otaqda qoyub tez əllərimi yuyub qızımçün hazırladığım yeməyi isitməyə getdim. O, isə otaqları gəzirdi fikirli - fikirli. Stolun üstün hazırlamağa başladım. Qabları düzmək üçün otağa gedəndə əlində 14 yaşında ikən yazdığı o günlüyü tutmuşdu. Amma açmamışdı. Üzümə baxıb kədər dolan gözləriylə gülümsədi. Əlimdə qablar ondan ilk işim " Məni bağışla " demək oldu. Qızım isə əlindən gündəliyi tez stola qoyub yanıma gəlib qoynuma sarıldı. Və sadecə " Mən daha acı çəkmək istəmirəm, məni bağışla " dedi. Sonra stola əyləşdi, 'hər şey yaxşıdır' baxışı ilə üzümə gülümsədi. Yeməyin iyi burnuma gəldiyi üçün tez gülərək gözlə deyib mətbəxə qaçdım. Yeməyin altı yaxşıca yanmış imiş. Bir çox kişilərin bəyənmədiyi yemək - lobya bişirmişdim. Soyuducudan 5 dənə yumurta götürüb sındırdım. Yaxşıca qatışdırdıqdan sonra lobyanın üzərinə əlavə etdim. Alt hissəsinin yanmasına baxmayaraq yumurta səhvimin üstün örtə bilmişdi. Otaqdan qızımın sevdiyi mahnı səslənirdi. Bilirdim ki gələn kimi qramafonu qoşacaq. Yaxşı ki tozun alıb bir iki dəfə valları davamlı oxutdurmuşdum. İçimdə qəribə sıxıntı dolu sevinc yaşayırdım. Amma yaxşı olacağına ümid edirdim... Yeməyi iri dərin qaba boşaltdım və əllərimi silib otağa keçdim. Amma gördüyüm mənzərə ilə əlim ayağım keyidi. Hiss etməz oldum birdən əllərimi və qab əlimdən yerə düşüb yemək döşəməyə dağıldı. Amma heç vecimə də deyildi. Çünki qızım onsuz stolu və üstündəkiləri dağıtmışdı. Özü isə stolun tam üstündə tavandakı işıqdan asılı idi. Heçnə etmədim. Çünki öldüyünə boğazındakı ipin boynunu qanatmasından və ağzından axan qanından əmin idim. Bir vaxtlar yaşadığım o acı hissinin məni yenidən bürüməsi ilə qızıma, yəni ölü bədəninə tərəf getdim. Cibinə yarımcıq qoyduğu vərəqi götürdüm. Gözlərimdən sel kimi axan yaşlarım icazə vermirdi oxumağa. Amma oxumalıydım. Vərəqdə " O gün anamın ölməsi təsadüfi olsa da, mən yuxuda öldüyünü gördüyümə və buna inandığım üçün özümü günahkar bilirəm. Çünki o gecə yuxu haqqında sizdən soruşanda anam yuxuların gerçəkləşdiyin demişdi və mən yatmamışdan əvvəl Allahdan bir yuxu görməyimi, onun gerçəkləşməsini istəmişdim. Və gerçəkləşdi. Bağışla məni və çox sağol, Atam. Çünki illərdir içimdə bilmədiyim bir əzabla yaşayırdım. Sən isə o əzabdan qurtulmağıma şərait yaratdın. Səni çoox sevirəm, Ata."

24 SaatWhere stories live. Discover now