Gündəlik

69 8 0
                                    

" Nə evdə idim, nə də çöldə. Bura elə bil yer idi ki, canından çox sevdiyin biri ilə aranda böyük bir boşluq yaradırdı. Gah evdəki kimi, gah da kimsəsiz küçənin ortasında tərk edilmiş kimi hiss edərsən. Əslində bura doğmanla gəlib, amma ona xəyanət edib, tərk edən sən olarsan. Onu soyuq məzara buraxıb gedərsən. Bura əzizinin xatirinə getdiyin o çirkli küçə kimi olar. Burda yaşadığına görə sevərsən misalı. Bu məzar da indi belə idi. Nə qədər acı olsa da onu tərk edəcəkdim. Doğrular hər zaman insana acı verərdi. İndi elə bir acı çəkirdim ki, sanki qəlbimin hər nöqtəsinə, hər zərrəsinə küt uclu iynə sancırdılar. Darmadağın mənlə paramparça olmuş ürəyimi artıq hiss etmirdim. Hansısa pis hadisə baş verəndə insanlar "ağlamaqdan az qala nəfəsim kəsilir" deyərdilər. Bunu başa düşməmişdim heç vaxt. Amma indi bunu deyil anlamaq, hiss edə - edə yaşayırdım. Sanki biri səni ağladığın zaman tutub boğurdu göz yaşlarına belə baxmadan. Ən acısı isə tərk edib gedəcəyim, doğman deyə qeyd etdiyim mənim anam idi. O indi düz mənim yanımda olsa belə mənimlə deyildi. Məni anlamır, dinləmir, göz yaşlarımı silmir, 'qayıdacam' demirdi. Təsəvvürü belə ağrılı ikən bunu yaşamaq məni yaşatmırdı. Birindən ayrılarkən insan onun varlığına tutunub qala bilərdi. Amma birinin ölməsi... Heç vaxt geri gələ bilməməsi... Yadıma salıram əvvəllər o qədər gözəl idi ki hər şey... İndi pis günlərimi belə gözəl xatırlayıram. Amma o gözəlliyi əlimdən alıb getdi. Həm də heç bir söz demədən, fikir soruşmadan, xəbər etmədən tərk etmişdi məni. Vaxtilə o qədər boş, adi şeylər üstə ağlayardım ki, indi acını həqiqətən daddığın bir anda göz yaşlarım axmırdı. Ki bəlkə içim rahatlar. Tam üstünə qum dənələri yerləşib örtük olarkən qıraqdakıların ağlaşma, qışqırıq səslərinin fərqinə vardım. Diz qapaqlarım əsməyə başlayırdı. Sanki bir-birindən aralı qalan sümüklərin daha bir dayağı yox idi ayaq üstə durmağa. Və o an hakim kəsilə bilmədiyim göz yaşlarım süzüldü və mən torpağın üstünə düşdüm. Düşdüm deyirəm, çünki o qədər cansızlaşmışdım ki, səssizcə diz çökmək də demək olardı. Amma içimdə o qədər dərinliyə çökmüşdüm ki, kiminsə məni çıxaracağı yox idi. Uşaq kimi ağlayırdım. Hıçqırıqlarım hönkürtümə maneə olurmuş kimi ağlayırdım və arabir nəfəsimin məni bir yerlərdə tərk edib sora geri qayıtması kimi. Düşündükcə ağla sıxdıra bilmirdim. Özümü isə nə bura nə də başqa bir yerə sığışdıra bilmirdim. Ətrafıma yığışan insanların varlığı belə məni boğurdu. Amma ehtiyacım olduğu ən azından anamın cəsədi ilə tək qalmaq idi. Üzünə baxa biləcəyimə inanmırdım cəsarətim çatsın, amma son dəfə danışmaq istəyirdim. Haradasa məni izlədiyini bilirdim çünki. Buna ehtiyacım var idi. Qışqırmağa ehtiyacım vardı var gücümlə. Qaçıb burdan uzaqlaşmağa ehtiyacım vardı. Ancaq nə qışqıra bilirdim, nə də qaça. Buna cəhd edirdim ayağa qalxıb qaçım, qışqırım. Amma səsim çıxmırdı. Ürəyin partlayacaqmış kimi olursan ağzını açırsan amma səsin çıxmır, ayaqlarını irəli atırsan ama qaça bilmirsən... Bəlkə alınar deyə cəhd etmişdim. Amma boşuna. Yenə cəhd. Dəfələrlə cəhd. Cəhd... Ta ki, tər su içində yerimdə ayılana qədər. Yuxu görürmüşəm ama real kimi. Həqiqətən ağlamışdım. Səssiz və içdən. Yuxunun təsirindən hələ də tam ayıla bilməmişdim. Bu cür bir şeyin olması məni çox qorxutmuşdu amma yuxu olduğu üçündə göz yaşlarım yenidən sevincdən süzülürdü. Əlimi yastığımın yanına qoyduğum telefona apardım. İşığı gözlərimi incitsə də, qıyaraq saata baxdım. 01:23. Mən ki saat 1də yatmışdım. Nə ara belə bir yuxu görüb ağlamışdım ki..? Dəqiqələr içində halım nə qədər dəyişmişdi. Demək ki, insan an içində həm sevinə, həm kədərlənə bilirdi. Dərindən nəfəs alıb yatağımda doğruldum. Nə edəcəyini unutmuş insanlar kimi bir necə saniyə belə dayandıqdan sonra yastığımı əlimə alıb otaqdan çıxdım. Qaranlıqda sişmiş gözlərimlə otağın hansı tərəfində olduğumu çətinliklə görürdüm. Anamın otağının qapısına yaxınlaşdım. Bir neçə dəqiqə aralı qapıdan onu izlədim. Üzündə qəribə yorğun bir ifadə vardı. Qaşlarını da çatıb yatmışdı. Düzü yuxudan sonra buna əmin deyildim. Yanına getdim amma oyada bilmədim. Yuxudakı qorxu ilə həyacanım geri qayıtmışdı. Səssizcə əlimi burnuna yaxınlaşdırdım və hər nəfəs verişi ovuclarımı qıdıqlayırdı. Dodaqlarım kənarlara doğru dartındığında anladım ki, anaların var oluşu belə xoşbəxtlikdi. Yanında qıvrılıb yerini daraltmadan yatmağı çox istərdim ama qıya bilmədim. Yastığımdan bərk-bərk yapışıb barmaqlarımla gəzərək otağıma tərəf üz tutdum. Yenə nə edəcəyini unutmuş insanlar kimi yatağımın ortasında ayaqlarımı qatdalayıb oturdum. Gözlərimi yumub içimdəki rahatlıq hissi ilə başımı yuxarı qaldıranda xatırladım. Unutduğum şey şükür etmək idi. Bəli, şükür etməliydim bütün bunların yuxu olduğu üçün. Və şükür etməliydim ki, yuxuda bunları görmüşdüm. Yoxsa anamı həqiqətən necə sevdiyimi, ona vaxtında dəyər verməyi unudacaqdım. Bilirsiz şükür etmək, Allahla içində səssiz danışmaq və Onun bunu eşitdiyini hiss etmək o qədər mükəmməl bir hissdir ki... Məncə insanlar əlacsız qalan kimi Allaha üz tutsunlar. Çünki bizə carəni verə biləcək yalnız, Allahdır... "

24 SaatWhere stories live. Discover now