2.Gələcəyə balonlar göndərmək

108 5 2
                                    

Arzular,ümidlər,xəyallar

Heç bitərmi?
Bitərsə yaşamaq olarmı?
Çox gözəl gülürsən qadın.
Kim param-parça etdi səni?
Kim gələcəyinin qapılarını bağladı?
Bax.
Balonların da artıq uçmur.
Akvariumundakı balıqlar.
Yalnız suda yaşayan
balıqlar.
Niyə sularında boğulur?
Heç balıq suda boğularmı?          

Artıq yağmır yağış.

Bəs göz yaşları?Yağışla birlikdə sel olan göz yaşların.Hansı dənizdə dalğalar yaradır?

Xəyali qaçışların,gerçək əlvidaların vardı.

Aysberqlər belə qarışdı dənizə.

Qəhvəyi gözlərində mavi dəniz görərdim.
 
İndi yalnız məzarı örtəcək
           torpaqlar var.
Nə çox göz yaşı tökdük məzarlarda.
   Yəni göz yaşıyla ölənmi diriləcək?
  Yoxsa məzarmı böyüyəcək?
    İçi boş məzarlar...

Çərpələnglərini də basdırmısan.

Arzuların nə tez torpağa qarışdı.

Əlvidaların məzarı sulayan göz yaşı oldu.

Sağkən düşünülmürdün heç.
Ölən kimi nə tez əzizlərin çoxaldı ?
Vaxtında üzünə baxmayanların göz yaşlarıyla məzarında fidanlar böyüdü.
Sevmədim.
Heç sevmədim bu gələcəyi.

Yerimə balonlarımı göndərsəm olmazmı?

Çərpələnglərimi çoxdan basdırmışam.
Gələcəyə balonlarımı göndərəcəm. 

 
Gələcəyə bolanlarımızı göndərmək,çərpələnglər uçurtmaq diləyiylə...

        Fatimə Müzəffərli

ABCWhere stories live. Discover now