15- Bu gün adım Leyla.

325 37 19
                                    

Günlərdir vaxt tapdıqca yazmağa çalışdım nəhayət paylaşıram. İki imtahanım qalıb bu arada. Sevilirsiniz, commentlərinizi əskik etməyin.)

                  

"Hə , danış görək, Elşad. Nə var nə yox? Gəlib-gedən olmuşdu?" Elşad bir az düşündü. Səhərdən gələn bütün müştərilərə mağazaya baxan adamın burda olmadığını deyib yola salmışdı. Ama bunu hər dəfə etdiyi kimi sahibkara deməyəcəkdi.

"Yox, elə. Bir-iki adam gəlmişdi. Onlar da bir şey almadılar. Baxıb çıxdılar." Bu dəfə ən azından bir az səmimi olmuşdu. Elşad masanın arxasından durub adamın oturması üçün yerini ona verdi. 50 yaşlarının ortalarında kimi görünən qalın bığlı kişi daima gülab kimi qoxuyurdu. Maraqlısı bu idi ki, nə qədər səliqəsiz geyinsə də bu balacaboy adamın saqqalı və saçları səliqə ilə qırxılmış olurdu. Elşadın onun barəsində sevmədiyi xüsusiyyətləri əlbəttə çox sayda idi. Onların başında gülməli olmayan şeylərə yüksək səslə gülməsi, mağazanın içində siqaret çəkməsi, bəzən həddindən artıq gülab qoxması və boş olanda ona aidiyyatı olmayan mövzularla maraqlanması və sairləri dururdu.

"Soyuqdu e deyirəm, bajıoğlu." Elşad mağazanın içində bir şeylərlə maraqlanırmış kimi gəzsə də bu cümlədən sahibkarın söhbət etmək istədiyini sezdi. Ona görə yaxınlaşıb masanın qabağındakı stulda oturdu.

"Hə , elədir."

"Saçını qulaqların üşüməsin deyə uzadırsan?" Və bu cümləni deyəndən sonra əslində o qədər də qorxunc olmasa da Elşada dəhşətli gələn qəhqəhəsi ilə güldü. Bir qədər güldükdən sonra sakitləşib davam etdi: "Atan heç nə demir saçına?"

"Yox." Əslində Elşad atasının onun artıq həqiqətən gözə batan həddə uzanmış saçlarından narazı olduğunu bilirdi. Sadəcə hələki dilinə gətirməmişdi.

"Sənin anan nədən rəhmətə getmişdi?"  Kişi bir az ciddi üz ifadəsi almağa çalışdı. "Yadımdadı o vaxt atan yaman çökmüşdü. Ama kişi kimi böyütdü də səni.Tək böyütdü özdə. Ögey ana belə gətirmədi üstünə. Mən atanı yaxşı tanıyıram, gətirmək haqqında belə düşünməz o." Kişi bir az düşünər kimi dayandı. "Hə, nə deyirdim. Ananı xatırlayırsan heç olmasa? Ağlın kəsirdi bir şey?"

"Mənim anam mən doğularkən rəhmətə gedib." Elşad buz kimi üz ifadəsi ilə sahibkarın gözlərinin içinə baxdı. Ama kişi bundan çox təsirlənmiş kimi görünmürdü.

"Bəs sənə kim baxdı? Yox, atan baxa bilər. Ama yenə də körpəsən axı." Elşad bir az sakit dayanıb kişinin də eynisini edəcəyinə ümid etdi. Ama görünən o idi ki, belə bir şey olmayacaqdı. Ona görə də məğlub olmuş halda danışmağa başladı:

"Deməli, mən təzə doğulmuşdum. O vaxtları çox da xatırlamıram.Balaca, körpə Elşadam hələ. Qonşumuzda da bir ailə var təzə qızları olub. Gülüş xala. Yoldaşının da adı Ramizdir. Bunların Leyla adında bir qızları olub məndən 20 gün əvvəl filan. Atamın da o vaxtlar başı qarışıq, anam rəhmətə gedib axı, həm də nə başı çıxır uşağa baxmaqdan. Başı çıxsa da mənə süd verə bilməz. Həmin o Gülüş xala mənim oldu süd anam. Ama təkcə süd anam yox, öz qızından demək olar ayırmırdı məni. Sonra onun yoldaşı Rusiyaya , yox bağışlayın, Ursetə getdi işləməyə. Mən də hardasa 1-2 yaşım olar. Atam da məni qoyub Gülüş xalanın ümidinə. Onun yoldaşı da gedəndən sonra məhlədə sözdaşıyan insanlar söz çıxartmış olacaqlar ki, atam məni dayələrin ümidinə buraxdı. Arada bir də bibim gəlib baxırdı. Ama bibimin də bir ailəsi var idi çox gələ bilmirdi. Nə qədər dayələr baxsa da mənim hələ də bir ayağım Gülüş xalgildə idi. Qızını da çox istəyirdim. Elə indi də çox istəyirəm. Soruşanlara çox vaxt bacı-qardaşıq deyirdik. Elə də sayılırdıq onsuz. Süd bacı-qardaşı. Sonra elə şeylər oldu ki,mən artıq ona bacımdır demək istəmədim.O da üz vurmadı sağ olsun." Elşad həvəslə həyat hekayəsini danışar kimi edəndən sonra son cümlə ilə gözləri boşluğa ilişdi.

Yarım Qalanlar.Where stories live. Discover now