Təqvimdə Son Bir İl

7 0 0
                                        

Deməli 365 gün qalıb...
Bu söz çox qəribə səslənmişdi qəribə səslənən səs yox sözün özü idi otaq böyük sakitçiliyə qərq oldu otaqdaki divarda çoxdan asılan təqvimə diqqətlə baxdım bu təqvimdə son bir ilim idi...

Səhər açılmışdı. Günəş pərdələrin arasından otağı işıqlandırırdı. Hər şey əvvəlki kimi görünürdü. Quşlar oxuyurdu, küçədə insanlar işə tələsirdi. Dünya dəyişməmişdi... Dəyişən yalnız mən idim.
Dünənə qədər bu mənzərəni adi hesab edirdim. Günəş hər səhər doğurdu, insanlar hər səhər eyni küçələrdən keçirdi. Heç vaxt düşünməmişdim ki, bir gün bunların hər biri mənim üçün qiymətli olacaq.
Əlimi pəncərənin şüşəsinə toxundurdum. Şüşə soyuq idi. İçimdə isə qəribə bir boşluq vardı. İnsan ömrünün uzun olduğunu düşünəndə vaxtın necə sürətlə keçdiyini hiss etmir. Amma vaxtın sayıldığını biləndə bir saniyə belə ağırlaşır.
Gözlərim yenə divardakı təqvimə sataşdı. Dünənə qədər o sadəcə kağız parçası idi. Bu gün isə həyatımın səssiz şahidinə çevrilmişdi. Hər qopacaq səhifə məni bir az da sona yaxınlaşdıracaqdı.
Öz-özümə bir sual verdim:
"Əgər mənə bu xəbəri deməsəydilər, yenə də bu səhərə bu qədər diqqətlə baxardım?"
Cavabı bilmirdim.
Bəlkə də insan yaşadığı günlərin dəyərini yalnız onları itirməkdən qorxanda anlayır.
Hamımız bilirik bir gün öləcəkmizi lakin bu qədər dəyərni bilərək yaşadıqmı bilməzdim kağız parçası olaraq gördüyüm bu təqvimdəki günlər Mənim üçün bir ömür idi artıq...

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Jul 10 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

SADƏCƏ 365 GÜN. Historias para obsesionarse. Descúbrelo ahora