Bölüm 1

11 1 5
                                        

Bakıda  mühəndislik oxuyub qayıdandan sonra fikir vermişdim ki,kəndim həqiqətən absurd deyilə biləcək yer idi.Absud sözü ilə başa salmaq istədiyim şey kənddəkilərin  "Vətəndaş A" serialındaki Abdalbəyli sakinləri kimi ataxaqan və geridə qalmış mentalitetlə yaşamaqları deyil.Onsuzda elədilər.Mənə əsas qəribə gələn şey o idi ki,bu kənddə dəhşətli dərəcədə ağır hava var idi.Xüsusi ilədə kəndin ən ucqar evindən uzağ başı bir kilometr aralıda olan və tipik aran düzlüyundə səpələnmiş  neft buruqlarına yaxınlaşanda.Yenədə belə şeyləri çox dərd eləmirəm,alışmaqda deyə bilərəm bu hala.Məni narahat eləyən daha fərqli şeylər var.Məsələn dayım,əmim,anam,atam demək olarki hamı eyni şeyi deyir.

"Ay bala,nəvaxt tərpənəcəysən?Neçə yaşın var hələ evlənməmisən"

Budur,"kişi" kimi çayxanaya gəlmişəm və qonşunun arvadı qardaşı İsmayıl əmi yenə evlənmə söhbətin açdı.

-Əşi ismayıl əmi nəyə tələsirəm qoy hələ nəfəs alım təzə məzun olmuşamdana

Bunları diyəndə baxışlarım çayxanın mənə çarpaz olan küncündəki nərd oynayan oğlana ilişdi.İndi gəl camaata başa sal ki,bu qarayanız cavan oğlana görə evlənmirəm.Əlbəttəki bunu edib ozümü oda atmayacağam.Onun əvəzinə magistrı oxuyum elə evlənərəm deyəcəyəm.Mən fikirli fikirli gözüm yol çəkən vaxtı ismayıl əmi dilləndi:

-Ədə nolsun görmürsən doşanın oğlu əsgərliydən gələn kimi evləndi

-Nolsun,mən hələ oxumağ istəyirəm

-Bala ona sözüm yoxduye prosta-

-Əmi prosta yox amma

-Əşi yaxşı amma day evlənməydə lazımdıda

-Mənə indi lazım deyil heç vecimədə deyil mümkündüsə 30 yaşıma qədər heç evlənməyin

-A bala nə danışırsan sonra diyəcəylər innə zadsan

İsmayıl əmi "ibnə" sözunu deyən kimi eləbil bədənim keyidi,ətraf ara sıra olduğu kimi bulanıq və yuxu kimi hal aldı,sanki bu an heç olmurdu olsa belə burda oturan mən deyiləm,bəlkə bədən mənimdir ama ruh yox,birbaşa gözüm yenə çarpazımdakı oğlana ilişdi.Nə o bilməlidir nədə başqası.Özümü ələ alıb cavab verdim:

-Tövbə ay əmi nə deyirsən elə 

-Yaxşıda bilirəm sən tərbiyəli uşağsan camaat elə diyərdə birdən

Söhbəti tez dəyişdim orda oturub 1-2 saat başqa başqa mövzulardan söhbət etdik.Durub gedəndə İsmayıl əmi məni qapıda səsləyib dedi:

-Toğrul,bala rəssam adamsan sən,mənə o neft buruğlarının gəşəy bidənə şəklin çəkərsəndə day

Gülümsəyib başımla təsdiqlədim sonra sağollaşıb evə yola düşdüm.Kəndin küçələri ilə gedəndə  çalışırdımki ayağım qaranlıqda nəyəsə ilişməsin.Gecəki oldu küçədə yerimək dəhşət məşəqqətli olur.Yolun qırağındaki yekə gölməçənın yanında dayanıb gölməçəyə baxdım.Elə ordaca eləbil yerə mıxlanmış kimi biraz hərəkətsiz qaldım.Özümə gəlib əlimdəki fənərin işığını tutdum gölməçənin kənarına.Elə oradaca qanım elə bil çəkildi.Azı bir 10-15 qurbağa gözlərini mənə zilləyib baxırdı.Səbəbini bilmədiyim halda dəhşətli dərəcədə qorxulu və reallıqdan uzaq hiss elətdirirdi.Orda eləcə qaldım,qorxudan heç hərəkət edə bilmirdim.Birdən yaxından gələn səs məni ayıltdı:

-Toğrul nə pox yiyirsən orda

Başımı çevirib baxanda Yusifi gördüm.Çayxanada onu oğrun oğrun izləyərkən geyindiyindən fərqli geyinmişdi,fərq eləməz onsuzda hərşey yaraşırdı ona.Nəvaxt onu görsəm içimdən "bunu mən fikirləşmiş ola bilmərəm ala" deyəcəyim şeylər keçir.

-Nə ara əynini dəyişdin sən¿

-Ala budəyqə onu soruşmağın vaxtıdı?Neyniyirsən suyun içində?

-Suyun içində?

Birdən ayaqlarıma baxdım.Dizə qədər suyun içində idim.Söyə söyə sudan çıxdım

-Ay blə bu necə olduye 

-Özüvü öldürməyə zad çalışırdın?Neyniyirdin elə?

-Qurbağalar

Qurbağaları Yusifə göstərmək istədim amma orda deyil idilər.

-Nə qurbağası yaxşısan sən?İçib eləməmisən?

-Yox içməmişəm orda qurbağalar var idi hamsı mənə baxırdı

-Mirtdaşırsan sən mənnən?

-Yox ala mirtdaşmiram

-Gəl görüm səni evə ötürüm sonra özüvü atıb eliyərsən.Doşanın arvadının qırxı çıxmıyıb səninkiynəndə məşğul olmiyağ

-Dayane necə?

Gəl,yenə kimsə öldü.Bu kəndlə bağlı sevmədiyim bir şey daha.Toydan çox Yas üzü görürük.

-Arvad doğannan iki gün sonra özünü zəhərlədi.

Dovşan dediyimiz kişi nənəmin xatırlamadığım uzaqlıqdakı qohumu idi.Uşaqlıqdan bəridir ona dovşan deyirik heç kişinin həqiqi adını bilmirəm.Şiddətə meyilli olduğunu isə çox yaxşı bilirəm.Bəlkədə qadın özünü xilas edib...

-Mənimdə ərim dovşan olsa məndə özünü zəhərliyərəm

-Bəzən gey kimi danışırsane

- Nə əlaqəsi vare ala empatiya qur biraz

-Başqalarının yerinə özünü qoymazsan əvvəl özün özünü öz yerinə qoy

-Nə?

-Heç zad


The false mirrorStories to obsess over. Discover now