Bir Yol Mövzusu

8 2 0
                                    

Yavaş-yavaş addımlayıram hər yolu,
Səninlə keçirdiyim günləri yad edirəm
Baxma ki, mən sənin yanında ola bilmədim
Amma ruhum həmişə səninlə oldu.

Nədir bu, çəkdiyim dərd əzab,
Nədir bu, gələn vahiməli ağrı,
Nədir bu, hiss edilmədən keçən zaman
Bilmədən yeriyirəm hər yolu.

Yenə gecənin bir ala zülmətində,
Bürüyübdür ətrafı xəfif qızılgül qoxusu
Yağar ətrafa şiddətli leysan
Bezmədən izləyirəm hər yolu

Ay gizlənmiş yenə buludların arxasında,
Uıduzlar da görsənir tək-tək
Necə də gözəldir bu mənzərə
Heyranlıqla izləyirəm hər yolu.

İzləyərkən ətrafı, gələr qulağıma səslər
Çevrilərəm ki, görüm bu nədir belə?
Gözüm ilişər bir yellənçəyə,
Sallanar kəskin küləyə görə,  çıxar cızırtılı səslər

Yumarsan gözlərini, çəkərsən içinə dərindən bir nəfəs
Təkrarən açarsan gözlərini yavaşca
Gedərsən xatirələrə doğru,
İzləyərkən hər yolu..

                                                            - A.J

Bir Yol Mövzusu

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bir Yol Mövzusu

You've reached the end of published parts.

⏰ Last updated: 7 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

Bir Şairin Qeyd DəftəriWhere stories live. Discover now