Acı həqiqət...

24 0 0
                                    

10-cu sinifdə oxuyan bu iki gəncin, artıq 1 ili qalmışdı. Yay fəsli gəldi, yay tətilinə az qaldı. Yenə bir hazırlıq günü və yenə Ramiz həvəslə dərsə gedirdi. Hazırlığa çatan Ramiz, Zəhraxanımın yanında oturar və ondan soruşar:
-Yay fəslində bir az istirahət etmək çox yaxşı fikirdir məncə. Sən tətilə çıxacaqsan, yoxsa hazırlıqlara davam...?
+Tətilə çıxacağam təbii ki. Bir az istirahət etmək yaxşı olar. Qarşımızda indikindən daha çətin bir il var nəticədə.
-Çox düz deyirsən. Böyük ehtimal birdə yeni tədris ili başlayanda görüşərik.
Dedi Ramiz, ama alacağı cavabdan xəbəri yox idi.
+Çox güman ki mən yeni tədris ilində bura gəlməyəcəm. Ailəm daha məsləhətli və daha yaxşı müəllim tapdığını deyir.
Bu sözlər Ramizin qəlbindən ox kimi keçmişdi. Sevdiyi qızı birdə görmə ehtimalı həddindən artıq az idi. Gözləri doldu, boğazı qubar tutdu. Heç bir şey deyə bilmədi və sadəcə susdu.

Solmuş MəhəbbətWo Geschichten leben. Entdecke jetzt