22. ♡

146 33 203
                                    


Bir az da olsa düşüncələrimdən uzaqlaşmağa faydası olar deyə ədəbiyyat sualları işləməyi qərara almışdım. Amma tam əksinə, sanki bütün suallar bilərəkdən mənim əleyhimə yazılmışdı. Test bankı da mənə düşmən kəsilmişdi.

"Mənim səndən uzaqlarda yamandı halım, necəsən?
Özgəsinə qismət olan cahi-cəlalım necəsən?
Yalana döndü gerçəyim, ay gözəlim, ay göyçəyim
Çəmənim gülüm-çiçəyim, arım, pətəyim necəsən?"

Yuxarıda yazılan şeirin müəllifi kimdir?

- "Off... Allah bəlanızı verməsin, belə qəmli şeirlər yazıb bizləri bu gənc yaşımızda qruza salmağa nə haqqınız var sizin? Bəlkə bizə aşiq olan biri var, bəlkə könlümüz ona  tərəf qaçmasın deyə  buna mane oluruq? Amma siz hər şeyi bərbad edirsiz.. Başa düşə bilmirəm, sevgi şeirinin test bankında nə işi var? İndidən bizim beynimizə elə şeyləri niyə doldurursuz? İmkan verin Allah yolunda, testimizi işləyək də. "

Otağımın qapısının açılması ilə irkildim.

- "Ağız, dəli olmusan sən? Güzgülərdən sonra sıra kitablara keçdi? İndi də kitablarla danışırsan?"

Bezmişcəsinə nəfəsimi çölə verdim.

- "Mom! Neçə dəfə deyəcəm güzgüynən yox , oradakı əksimlə danışırdım. Gözəlliyimi Allaha borclu olduğum üçün ona şükür edirdim. İndi isə kitablarla deyil, suallarla sözümüz çəp düşüb.. Sən Allah gəl bax, gəl oxu bunu..."

Bayaqkı sualı anama göstərdiyimdə gözümə ölümcül baxışları ilə baxdı.

- "Görürsən ayıpçıları, nç nç.." - dediyim şey ilə mal-mal gülməyim bir oldu.

Qaşlarını çatdı və üzümə anlaya bilmədiyim bir ifadə ilə baxdı.

- "Axır vaxtlar sənə nəsə olub, əvvəlki kimi deyilsən."

Shit...

Güldüm. Qəhqəhəm otağı doldurduğunda anam üzünü turşutdu.

- "Mom.. Turp kimiyəm nə ola bilər ki mənə?"

Yox, yox inanmadı..

God! Help me!

- "Firuzə"

Atamı çox istədiyimi sizə demişdim?

Muah dad!

Anam otaqdan çıxdıqdan sonra sual bankını, kitab rəfinə yerləşdirdim. Allah bilir, bir də nə vaxt üzünü açardım. Bu gün olanlardan sonra bir az çətin...

Çarpayımın yanına gələrək, dolan telefonumu şarjdan çıxartdım və kilidini açdım.

MaşAllah, bu gün də yada salanımız yoxdu..

"Hər dəfə ilk mesajı Ayaz atmayacaq ki, bir dəfə də şeytanın qıçını qır, ilk mesajı sən at."

Ayazdan mesaj gözləmirdim?

"Hə, mən də Namiq Kamalam."

Gözümü süzdürərək Ayazla olan söhbətimizə daxil oldum.

Humay: salam, mən sıxılıram.

Humay: sən?

Söhbətdən çıxaraq, telefonu çarpayımın baş ucunda olan termonun üstünə qoydum və mətbəxə keçdim.

QƏLB OTAĞI | TextingWhere stories live. Discover now