qar

6 1 0
                                    

Sessiyanın son günü əlim çənəmdə, yarı yuxulu Qədir müəllimi dinləyir və həqiqətən düşüncə tərzi mükəmməl bir insan olduğunu yenə yenidən bir daha anlayırdım. Birdən arxadan dürtüldüyümü sezdim. Bu təbiiki Elvin idi.
"Hə Evo"
"Bajı çölə baax"
Çöldə dəhşətli dərəcədə qar yağır və indidən hər tərəfi bəyaza bürüyüb.
"Oha bu nə vaxt başladı?"
"20 dəq olar Müjü"
"Bir dəqiqə e mənim niyə xəbərim olmayıb?"
"Qədir müəllimin 'olasılıqlar' teoreminə qarışmışdı başın 😂"
"Ay hə e Nurcan bütün günü bunlardan danışanda deyirdim 'işin peşən yoxdu boş insansan e'. İndi bəh bəhnən oturub Qədir müəllimi dinləyirəm"
"Onu bunu boşver bajı çölə çıxanda qartopu oynayaq?" Dedi bir uşaq ədasıyla Elvin
Gülüb başımı salladım və Kənanın dərin, çox dərin, fil yuxusuna getdiyini gördüm. Körpə kimi yatırdı...
Birazdan dərs bitdi və Elvin Kənanın boynunun kökünə şillə vuraraq oyandırdı. Elvin auditoriyanı 1437351836 dəfə kruq vurduqdan sonra üzü üstə yerə yıxıldı və nə olursa olsun yeyəcəyi o qapazı yedi...
Dahası hələ bir Orxanın gülüş mənbəyi də oldu :D. Təbiiki Kənan Elvin və Orxan şiddəti bitdikdən sonra geyinib universitetin həyətinə çıxdıq. İllərdir ki Bakıya belə qar yağmamışdı. Göy üzündən sifətimə duşən qar dənəciklərini hissetməyə çalışarkən sol tərəfimdən yıxıcı şiddətlə birşey dəydi. Bu təbiiki qar topu idi. Haradasa Nigar boyda. Sifətimə dəyən şeyə əyilib baxdım və içində daş olduğunu gördüm.
"BUNU MƏNƏ KİM ATDI?" Deyə minnak bir çığırtıcık qopartdım. O tərəfdə sifətində "boku yedim" baxışları atıb sağ əlini qaldıran bir Elvinlə qarşılaşdım.
"Elvin bunun içində niyə daş var dostum?" Deyə sitemdə bulundum. Bu arada sifətim çox ağrıyırdı. 1000% göyərəcək... Sonra sözümə davam elədim. "Özdə ki bu qar topu niyə Nigar boydadı? Nigar demişkən o hardadı? Lan yoxsa qar topunun içinə onu da qoyub atmışdın???' deyə dalğa keçdim. Problem ondadır ki Elvin həqiqətən qar topunun içinə Nigarı qoyub atdığını düşünüb fəryad etməyə başlamışdı :D.
O dizlərinə vura vura "EVİM EŞİYİİİİM, KÖRPE BEŞİYİİİM. AYƏ YOX O O DÖYÜLDÜ. EVİMİN EŞİYİMİN YARAŞIĞII. ZİBİL O DA DEYİLDİ. AYƏ MƏN NEYNƏDİİİİİİİM. BAŞIMA GƏLƏNLƏR OOY BAŞIMA GƏLƏNLƏR. "
Arxadan Kənan və Nigar yavaşca yaxınlaşıb eşşək boyda qar topunu  yerdə oturub əlləriylə dizinə döyən Elvinin başına keçirdi və mən güləndə boğazıma qar qaçdı cgbjjvgkngvojhv. O an bilmədilər burun deşiklərinə kimi qar olan Elvinə mi müdaxilə etsinlər yoxsa boğazına tük qaçan pişik kimi öskürən mənə mi. Kənan son çarəni belimə vurmaq bildi və birini iliştirdi. Osırada Nigar tam olaraq Elvinin boynuna girmiş qarları çıxarmağa çalışırdı. Gözlərimdən öskürməkdən axan su donacaq dərəcədə hava soyumuşdu. Sifətinə minnəttarlıqla baxanda,onun baxışlarında qəribəlik sezdim.
Klasik "Nolub?" Baxışı atdım. Qayıdım full su və qar olan Elvinə baxdı və qışqıra qışqıra dedi.
"Ə öküzbaş oranqutan! Nədi bu qızın sifətini bu günə qoymusan???"
Yox biiir! İndidən? Güzgünü çıxarıb sifətimə baxdım və E hərfinə bənzəyən bir bənovşəyilik gördüm.
"Elvin gəl buraaaaaaaa". Maraton başlasın! :D
....

Hər zaman getdiyimiz Kafedə oturmuşduq. Maraton Orxanın Nigarın qulağına qar soxması və Elvinin onu yun çırpar kimi çırpmasıyla bitdi. Arada Kənana və Əmirə də bir ikisini ilişdirdiyinə görə onlar da ona vururdu öz aramızdı acnkvgkhdno. Mən də skamyada oturub  sifətimi tutmuş halda onları seyr eliyirdim. Qara yola qara saata elə bil canlı belgesel idi ahcbsvhajohv.  Hər nəysə bunlar nəticəsində əlimizdə sifəti E hərfi şəklində qaralmış bir ədəd mən, qulağına su qaçdığı üçün aptekdə qulaq çöpü qoymayan Nigar, və full su olmuş Elvin var idi. Kənan şərəfsizi turp kimiydi. O ambulans idi eləbil 🤣. Gah mənə müdaxilə eliyir gah Nigara gah Elvinə. Hətta bir ara Elvin Orxanı yerdə sürüyəndə ona dil ağız edirdi vykngcanhvs.
"İsti isti için isti şokoladınızı" dedi kafeni işlədən tatlış mı tatlış xala.
"Narahat olmayın" dedim və şirin bir gülüş atdım xalaşkaya.
"Ee niyə şokolad axı?" Diyə sitəm elədi Elvin.
"Müjgan şokolad xəstəsi çıxdı neyləyək" dedi gülüb Kənan. Sonra sifətinə baxıb dişlərimi ağartdım. "Həyatda bu qədər sevdiyim başqa birşey yoxdu. Yox əslində Nənəmi Papamı bir də Minyonu sevirəm bu qədər."
"Az yaxşı day başa düşdük" dedi trip atıb göz süzən Elvin.
"Başa düşmədim" dedim gülə gülə " ay bala sifətimə bax sonra danış aaa. Gör nə günə qoymusan :D. E şəklində iz qoymusan e"
"Ee mən nə bilim sənin saniyələr içində qızaracaq dərin var axı" dedi və qışqırıb düzəltdim. "GÖYƏRƏCƏK!"
"Hə yaxşı onnan. Amma gör mən nə gündəyəm."
Əslində Elvin məndən də vahim durumda idi hal hazırda. Ayaqqabıları atapleniyanın altında. İçində corabları, atapleniyanın üstü full onun paltarları. Və o tuman köynəklə yorgana sarılı vəziyyətdə isti şokolad içirdi.
"Yaxşı yaxşı heçnə demirəm sən Allah 🤣"
Bu sırada Nigar Reyin şəkillərini Kənana göstərir və hansı xaltanı alacağından nəfəssiz bəhs edirdi. Təbiiki Kənan qurtarılmağı gözləyir. Amma qurtarıcı mən yox telefon oldu.
Zırınınzırının
"Alo? Bəli mənəm. Yanımdadırlar. Anladım haradasa 10 dəqiqəyə orada olacağıq." Dedi və telefonu keçirdi Kənan. Sifətinin ifadəsi dəyişmiş, həddindən artıq əsəbi görünürdü.
"Kimiydi?" Dedi Elvin.
"Müdir yardımçısı Azadə xanım idi.
Tam bu anda məsələnin nə yerdə olduğunu anladıq.
"Çağırırlar?" Mən dedim
"10 dəqiqəyə müdirin otağında gözləyirlər. Yaqut xanımımız da orda idi iyrənc səsini eşitdim arxada."
Biz tam hazırlaşmağa başlamışdıq ki qəfil qəribə bir xəbərdarlıq siqnalizasiyası kimi səs eşitdik. Səhv bilmirəmsə bu YANĞIN SİQNALI İDİ!
"UŞAQLAR HAMI ÇÖLƏ ÇIXSIN YANĞIN VAR!" Deyə qışqırdı Sima xala. Hamı bir nəfər kimi çölə qaçdı. Ən axırda hərkəsin çıxdığından əmin olan Kənan və kafenin işçilərindən bir oğlan çıxdı. Amma hər şeyimiz içəridə qaldı. Paltolar, şərflər və çantalar...
Bir müddət sonra siqnalizasiyanın səhv xəbərdarlıq etdiyini öyrənib içəri girməyə hazırlaşanda Elvinin çılpaq ayaqlarla qaçdığını və yorğanın da içəridə düşüb qalmış olduğunu fərq etdik. Hamı bir ağızdan gülməyə başlayanda Nigar yorğanı gətirib ona bürüdü və icəri keçdik. "Ayə Kənan! Şərəfsiz çıxanda sənin ayağın ilişdi yorğanım yerdə düşüb qaldı" dedi çarəsiz və əsəbi şəkildə Elvin.
"Abi sən Allah bağışla o təlaşla nə etdiyimi bilmirdim" 🤣

MüjganWhere stories live. Discover now