Bölüm 2

3 2 0
                                    

Menyu'da SƏN

2 bölüm

***

( Ballının dilindən )

***
“ Açma “ deməsi ilə irkilərək arxaya doğru çəkilərkən, Mehribanın ağır addımlarla mənə doğru gəldiyini gördüm. Bir anlıq qorxmuşdum. Axı yəni niyə elə qışqırmışdı ki, birdən – birə? Dünənki barmen oğlan da divarın yanından mənə boylandıqda, daha da ürkmüşdüm. Ki hətta rəngim də ağarmışdı. “ Ay Ballı, bura girmək olmaz. Açma bu qapını. Gərək dünən deyərdim... Nəysə, əgər deməmişəmsə, nəyinə lazımdır, baxma” deyə çatıq qaşı ilə dillənərkən, məni incitməmək üçün də cümlələri seçib işlədirdi. Ancaq yenə də özümü itirmişdim. Başım ilə razılıq verib, tam qarşısından keçib getdim. Barın yanından keçirdim ki, Seymur mənə səslənərək, “ Ballı” dedikdə ona çevrilib baxdım. “ Qorxma ha, Mehriban da birdən özünü itirdi. Bizdə oraya daxil olmuruq. Yeni gələn hər işçinin başına gəlir” deyib gülümsəyərkən, yanımıza gələn Mehriban da dəzgaha söykənib bizə baxdı. Seymur əlindəki dəsmalı onu çiyninə vuraraq, “ Bu qıza heç cürə başa sala bilmədik ki, təzə gələn istənilə işçiyə o otağa daxil olmayacaqlarını desin. Huşsuzdur da, yenə yadından çıxıb. Sən qorxma” dedikdə, başım ilə razılıq verirdim. Çiyinlərimi çəkərək Mehribana da baxdıqda, “ Mən bilmirdim yəni, bilsəm heç cəhd etməzdim “ deyərkən, Mehriban yanıma gəlib, üzümə gülümsəyərək, çiyinlərimdən tutub masalar olan tərəfə sürükləyərək, “ İndi bildin. Nəysə eybi yox, gəl işimizin başına dönək. Bu gün yenə maşallah adamlar çoxdur” deyərək, üzünü turşutduqda, mən də yavaş-yavaş özümə gəlirdim. Amma ürəyimin bir yerlərində qapının arxasında nə olduğu da maraqlı gəlirdi. Yəni bilirsiniz də olmaz dediyimiz hər şeyə bir ayrı maraqlı olmuşuq həmişə.

Mehriban ilə sifarişləri alıb, içəriyə sifarişləri çatdırdıqdan sonra, oğlanlar da servisləri edirdilər. Hər şey qaydasında gedirdi ilk iş günümdə. Dünənki çertyojlarımı da müəllimə təqdim etmişdim. Nəysə ki evə gedib bu gün istirahət edə biləcəkdim. Doğrusu hələ iki saat keçmişdi, amma ayaq üstə durmaqdan dabanlarım indidən birtəhər olmuşdu. Gör Humay nə çəkir vallah deyə onu düşünərək yeni gələn müştəriləri qarşılamağa getdim.

***

( Humayın dilindən )

Aytac qızlarla arxada söhbətləşirdi. Mən Şəfiqə ilə kassa başında idim. O isə həmişəki kimi gözə dəymirdi. Dedim axı bir elə vaxtlarımız üst-üstə düşmür. Aytac qızlara Əlixana necə etiraf etsin deyə düşünərkən, mən də bir tərəfdən onları dinləyirdim. Etiraf? Bəlkə də Aytacın ən son istəyəcəyi şey bu ola bilərdi. Sadəcə işimə baxırdım, başqa da heçnəyə fikir vermək istəmirdim. Bircə yeməyimi yesəydim. Acından birtəhər olmuşdum. Yeni gələn müştəriyə həmişəki kimi gülümsəyərkən, resepsiyonun arxadan səsini eşitməyimlə bir müştəri ilə məşğul oldum, bir arxaya baxdım. “ Əlixan bütöv gün işləyəcək, xanımlar. Vaxtını düzəltmək istəyən var? “ dedikdə onunla toqquşan gözlərimə acıqlanıb tez önümə döndüm. Kor istədi bir göz, Allah verdi iki göz misalı hələ də özümə gələ bilmirdim. Nədir, deməli hər gün onu görəcəkdim artıq? Görəsən niyə bütov gün işləyirdi ki? Bəlkə də o biri işindən çıxmışdı. Mən hələ bura təzə başlayanda hamı arasında söhbət gəzirdi ki, başqa bir yerdə mühafizə kimi də işləyir.

Müştərinin sifarişini verdikdən sonra arxaya yenidən çevrildikdə, Aytac Əlixanın ağzına girmiş olduğunu gördüm. Bilirsiniz insan ədəbli sevəndə kənardan çox gözəl görünür. Təbii ki, birini sevirsənsə, gözünə heçnə görünmür, ancaq ədəbin  ilə sevib, utancaqlığını, necə deyərlər xanım-xatın halınla hərəkətlərini daha zərifliklə bəlli etdikdə daha bir cazibəli görünürsən. Yoxsa indi Aytac kimi bilmirdi özünü Əlixana necə bəlli etsin. Mən az çox onunla burda işləyərək, necə ağır biri olduğunu da bilirdim doğrusu. Lakin açıq danışaq ki, oğlanlar əsasən bir xanımın abrına fikir verirlər.  Önlüyünü taxaraq yanımdakı kassaya keçdi. Solumda o var idi, sağımda Şəfiqə. Bacardığım qədəri ilə arxaya döndükdə Şəfiqə tərəfdən çevrilirdim. Çünki insan bəzən sadəcə sevməyin hər şey olmadığını bilir. Biri ilə yazılmayıbsa, çox da dərinə getmək lazım deyildi. Əkiz uşaqları ilə burger sifariş edən xanımın sifarişini verdikdən sonra növbəti müştərini görməyimlə birdən dayandım. “ Haydaa” deyə başımı əyib dodaqaltı dillənərkən, Əlixan öz baxdığı müştərini mənə yönləndirərək, “ Üzr istəyirəm xanım, siz sağdakı bu xanımın kassasına buyurun. Məndə monitorda kiçik problem çıxdı” deyə üzünə gülümsəyərkən, orta yaşlı sarışın bu xanımda gülümsəyərək mənim kassama gəldi. Əlixana baxdıqda, “ Sən məşğul ol. Buyur cənab” deyə baxışlarını məndə uzun tutmadan dünənki adama müraciət etdi. Oğlan isə əlini qaldırıb, “ Narahat olmayın, gözləyərəm” dedikdə, Əlixan gözlərini bağlayıb, bir saniyə sonra açdı və “ Zəhmət olmasa buyurun. Gözləyəcəksiniz sonra” dedikdə, “ xalaoğlu işində ol sən” deyib mənim kassamdakı xanımın arxasında dayandı. Hələ də gözləri ilə məni yeyərkən, Əlixan kassasına gələn müştəriyə baxaraq, “Üzr istəyirəm. Aytac, mənim kassama bax” deyib yaxa kartını düzəldərək arxaya keçdi. Hər an nə isə bir problem çıxacağından qorxurdum, amma sağolsun bu qarşımdakı xanımın nəvəsinin belə qərarsız qalıb məni sual atəşinə tutması yerinə düşmüşdü. Oğlan da bezib gedərdi deyə düşünərkən, arabir gözlərim toqquşurdu. Hər toqquşduqda isə elə təmiz formada gülümsəyirdi ki, niyyətinin pis olmadığını hiss etmək mümkün olurdu. Amma onun niyyəti istədiyi qədər yaxşı olsun, mənim ürəyim sadəcə Əlixana döyünürdü. O da boşu-boşuna...

You've reached the end of published parts.

⏰ Last updated: Jun 06, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Menyuda SənWhere stories live. Discover now