Sitarə və kağız durna

By poeticrizzler

170 45 1

Həqiqətlər, Sitarə. Bəzən onlar üçün mübarizə aparmalıyıq, bəzən isə onlara layiq olmalıyıq. Və bəzənsə həqiq... More

...
Qırılmaz qədəh.
Sərxoşun gəzintisi.
Sitarə və kağız durna.
Bohem.
Kağız kəsiyi.
Parıltı.
Şəhərə vida.
Gecikmə.
Tanışlıq.
Naməlum yazıçının həyat hekayəsi.
Naməlum yazıçının kitabı.
Gənc oğlanın ideyası.
Naməlum yazıçının şirkəti.
Naməlum yazıçının paranoyası.
Şəhərə qayıdış.
Etiraflar.
Dilək.

Naməlum yazıçının kitabından bir hissə.

44 8 1
By poeticrizzler

Sizə heç taksidə kitab oxumaq təklif ediblərmi?

Bir az absürd görünsə də bu hadisə bu gün həqiqətən mənim başıma gəldi. Hər səhər olduğu kimi evimin yaxınlığındakı dayanacaqda avtobus gözləyirdim. Və hər səhər olduğu kimi gecikən avtobusu gözləməyə səbrim çatmamışdı. Taksi şirkətlərinin birindən taksi sifariş etməyə qərar verdim. Soyuqda bir neçə dəqiqə daha gözlədikdən sonra sifariş etdiyim taksi qarşımda dayanmışdı. Dərhal Bakının küləyindən canımı qurtarıb taksinin arxa oturacağına keçdim, bura qədər hər şey olduqca normal idi. Sürücü maşını hərəkətə keçirdi, ön güzgüdə gözlərimiz bir-birinə sataşdı. Sürücü yavaş bir tonda danışdı:

- Sizə bir təklif edə bilərəm?

İlk öncə duruxdum, cavab vermədim. Bunun o bəzən rastlaşdığımız tükürpərdici situasiyalardan biri olacağını zənn etdim. Daha sonra özümə gəlib təmkin və nəzakətlə cavab verdim:

- Aha, əlbəttə. Buyurun.

Sürücü yan oturacaqdan bir şey götürüb arxaya doğru uzatdı. Onun mənə uzatdığı şey bir kitab idi.

- Əgər gedəcəyiniz yerə qədər bu kitabı mənə oxusanız ödənişinizin yarısını ödəməyinizə ehtiyac qalmayacaq.

Kitabı əlimə aldım. Çox uzun müddət idi kitab oxumurdum. Yəqin ki, yeniyətməliyimdən bəridir. İş, ailə, bitmək bilməyən yollar və həyatımı zəbt etmiş digər bütün şeylərdən kitab oxumağı düşünmək barədə belə vaxt qalmırdı. İndi isə bu sürücü mənə vaxtımı aparan bu uzun yolda kitab oxumağı təklif edirdi, üstəlik ödənişimin yarısını ödəməmək sürətilə!

- Bu qədər sadə? Sadəcə bu kitabı oxumağımı istəyirsiniz?

- Aha, bəli. Bu qədər sadə. Sadəcə bu kitabı çatacağınız yerə qədər oxuyacaqsınız və ödənişinizin yarısını ödəməyə ehtiyac qalmayacaq...

Continue Reading

You'll Also Like

28.2K 836 49
En büyük isteği iyi bir doktor olmakken bir adamın saplantısı yüzünden o adamla evlenmek zorunda kalan Bahar ve ona saplantılı olan Ozan
37.2K 3.4K 9
❝Kimsesizlik etrafınızı dört duvar gibi sardığında artık yalnızlığın tanımını en iyi siz yazarsınız.❞ . . . Bir şans ver, seveceksin🍂
1.3M 74.5K 63
#fantasy #1 09.05.2018 Fantastik #2 20.12.2017 Şimdi, kitabın kapağını kaldırıyorum. "Anne, bunun gerçek olduğuna inanmıyorsun değil mi?" Gülüm...
3.1M 46.6K 11
'Umudun gece ise, ay'a tutun.' ∞ (15/08/2018; Başlama tarihi.)