Sitarə və kağız durna

By poeticrizzler

167 45 1

Həqiqətlər, Sitarə. Bəzən onlar üçün mübarizə aparmalıyıq, bəzən isə onlara layiq olmalıyıq. Və bəzənsə həqiq... More

Naməlum yazıçının kitabından bir hissə.
...
Qırılmaz qədəh.
Sərxoşun gəzintisi.
Sitarə və kağız durna.
Bohem.
Kağız kəsiyi.
Parıltı.
Şəhərə vida.
Gecikmə.
Tanışlıq.
Naməlum yazıçının həyat hekayəsi.
Naməlum yazıçının kitabı.
Gənc oğlanın ideyası.
Naməlum yazıçının şirkəti.
Naməlum yazıçının paranoyası.
Şəhərə qayıdış.
Dilək.

Etiraflar.

3 1 0
By poeticrizzler

Kitabı yazdığım günlərdə dalğınlığım pik nöqtələrinə varmışdı. Artıq sona çatmışdım amma sonun nə olacağından əmin deyildim. Cəmir bir absaz, tək bir abzas sonra səni görə bilərdim. Nəhayət bu əzab sona yetəcəkdi. Təəssüf ki, əvvəlcədən müəyyən bir sonluq planlamamışdım. Tələsməli olduğumu bilirdim, yoxsa gecikəcəkdim və sən ölkəni tərk edəcəkdin. Sənin gedişin barədə düşünəndə hiss etdiyim tək şey bunu istəməməyim olurdu. Sənin getməyini istəmirdim. Bütün bu zaman boyunca səni bir çox şeylə ittiham etmişdim, getdikcə özümün də süddən çıxmış ağ qaşıq olmadığımın fərqinə varırdım. Bəzi yalanlar danışmış və yalanlarıma haqq qazandırmağa çalışmışdım. Buna kitabı yazdığım müddətdə də davam etmişdim. Kitabın ilk 16 hissəsini yazıb bitirdikdən sonra sonluq barədə düşünərkən yenə mənə zəng edib xırda dəyişikliklərin niyə bu qədər uzun vaxt aldığını soruşmuşdun istehzayla. Az qaldığını demişdim, inanıb inanmadığını bilmirəm. Bu kitabı oxuyarkən mənə inanmağını istəyirəm, buna görə də artıq yalanlara bir son verəcəyəm. İlk öncə nəyisə gizlətməyi də yalan danışmaq olaraq hesab edənlərdənsənsə sənə qarşı hisslər bəslədiyimi etiraf edirəm. Səni sevdiyimi demək hər zaman mənə çox çətin görünürdü, sevgini sözlərlə ifadə etmək asan yola qaçmaq kimi gəlirdi mənə. Sən isə səni sevdiyimi göstərən bütün davranışlarıma qarşı laqeyd idin, bəlkə də vaxtında özümü bu qədər çətinə salmadan birbaşa hər şeyi ifadə etməliydim.

Yalan danışmaq oyun oynamaq kimidir, Sitarə. Oyun oynamağı sevdiyini bilirəm, ruhunda uşaq qalan tək yön elə budur. Kitabı yazmağa başlamağıma bir neçə gün qala yalanlar və həqiqətlərlə dolu bir oyun gəlmişdi ağlıma, axtardığımı tapmışdım deyəsən. Amma öncə hazırlıqlar edilməli, hər şey ən xırda detalına qədər planlanmalı idi. Bütün gecə bu barədə düşündükdən sonra səhər yerimdən qalxan kimi ilk iş olaraq rəssam dostuma yazmışdım:

- Kitabın üzü hazırdır?

- Aha, demək olar ki, hazırdır. Elə dünən tamamladım.

- Şəklini göndərə bilərsən?

- Bir dəqiqə... Yüklənir.

- Yaxşıdır... Amma dövlət nömrə nişanını da əlavə edə bilərsən?

- Artıq deyəcəksən niyə məhz bu maşın??? Üstəlik sənin maşınlara qarşı heç vaxt həvəsin olmayıb, indi hardan çıxdı bu birdən-birə? Yoxsa maşın yarışları haqqında kitab yazırsan?

- Hər şeyi izah edərəm görüşəndə. Maşının nömrəsini yenidən çəkə bilərsən?

- Çəkərəm, niyə çəkmirəm. Nömrəni yaz.

- 77-PH-532

- Axşam hazır olar. Qurtarıb xəbər edəcəm, görüşərik.

- Sən hardasan indi?

- Aviakassada.

- Elə ora gələrəm onda axşam. Ünvanı necə gedirdi oranın, taksi çağıracam.

- 50 dəfə gəlmisən. Dilarə Əliyeva 237.

- Bildim. Görüşənədək.

Axşam dostumla görüşənə qədər başqa bir neçə yerə dəymişdim. Planım üçün zəmin yaradırdım, ağlımda danışacağım bütün yalanlar formalaşmağa başlamışdı, bunun xəta olduğunu düşünmürdüm belə. Kitabı yazarkən bəzən çox sadə, bəzən çox qarışıq səbəblərdən doğru olmayan şeylər yazmışdım. Məsələn qonşunun itini gəzdirməyimi yazmağım onlardan biri idi, əslində isə sadəcə qonşudakı xalanın zibillərini atırdım. Ya da müdirin otağını yüzlərlə kağız durnayla bəzəməyim bir anlıq gözümün önünə gələn təsvirlərdən biri idi, onu həqiqətən etmək istəmişdim. Qəbələ avtovağzalında bir qızla sevgi barədə söhbət etməmişdim, o söhbət sadəcə ağlımdan keçənlərdən ibarət idi. Bütün bu yalanlara bəyaz demək düzgün olarmı, bilmirəm amma inan ki, hər birinin mənə məntiqli gələn səbəbləri vardı. Yazdığım ya da dediyim hər şeyi bir yalan olaraq qəbul etməməlisən, Sitarə, gerçəklər və onların sübutları ilə qarşılaşacaqsan əgər səbr etsən.

- Sitarəylə danışdın? - dostumla görüşdükdə onun ilk sualı bu olmuşdu.

- Danışmamışam, nə danışım?! Kitab hazır olmamış zəng etməyəcəyəm. Zəng etsəm belə nə deyə bilərəm ki?

 - Hal-əhval tuta bilərsən.

- Səncə o oğlanla aralarında nəsə var?

- Düşünmürəm. Qrup yoldaşıydı çox güman.

- Xarici ölkədə birlikdə təhsil alacaqlar...

- Nə var ki, burda? Təhsilinə qarışacaq deyilsən ki?! Oğlan da dostudur yəqin. Bizim kimi... Yoxsa sən də oğlanla qızın arasında dostluq ola bilməz deyənlərdənsən? Sənin qız dostun ola bilər, onun oğlan dostu ola bilməz? Gərək anlayışlı olasan. Sitarənin yerinə qoy özünü. O bizim dostluğumuza qarşı çıxmayıb heç vaxt.

- Yaxşı, danlama məni. Sənə bir şey deyəcəm amma əsəbləşmə. Sitarə sənin qız olduğunu bilmir.

- Necə?

- Ona sənin oğlan olduğunu demişəm.

- Dəlisən sən?! Sən necə adamsan?! - dostum ayağa qalxdı.

- Sakitləş. Burda nə var axı?!

- Sən... Sən... Sən adam deyilsən. - olduqca əsəbləşmişdi.

- Bilirəm, bilirəm... Düz eləməmişəm. Bu barədə məni sonra danlayarsan. Ancaq indi köməyinə ehtiyacım var.

- Bu saatdan sonra sənə heç kim kömək edə bilməz.

- Ağlımda bir plan var. 

- Nə planı? - dostum sakitləşərək yenidən yerinə oturdu.

- Kitab. Bu kitabda hər şeyi etiraf etməyi düşünürəm. Hər şeyi...

- Hər şeyi?! Bütün yalanlarını?! Sənin başına hava gəlib deyəsən. Deməli ümid edirsən ki, qıza danışdığın yalanları yazıb kitab adıyla ona verəcəksən, o da sənə geri qayıdacaq. Ağlını itirmisən. - o əsəbi şəkildə gülməyə başladıqda fikirlərim barədə bir an şübhəyə düşməyə başladım, planlarım həqiqətən bu qədər ağlasığmazmı görünürdü? Bəzən planlarla xəyallar arasındakı sərhəd yox olurdu düşüncələrimdə və planlarım reallıqdan uzaq fantastik şeylərə dönüşürdü. Sırf bu səbəbdən hər fikrimə iki dəfə nəzər salır, məntiq gözüylə də baxmağa çalışırdım. Dostum yanılmış olmalıydı, bunlar reallıqdan o qədər də uzaq fikirlər deyildi.

- Tək yalanları yox, həm də həqiqətləri. Kitab kvest xarakterli olacaq, eynilə bir oyun kimi. Artıq demək olar ki, hazırdır. Maşını soruşurdun, həmin maşın da kvestin bir parçası olacaq. O maşının yük yerində bir qutu olacaq, qutunun üstündəysə qıfıl. Qıfılı açmaq üçün kitabı diqqətlə oxumaq lazımdır.

- Maraqlı səslənir. Daha ətraflı danış. Maşın həqiqətən var? Kimin maşınıdır? Qutuda nə olacaq?

- Hər şeyi ən xırda detalına qədər fikirləşmişəm. Bütün cavablar, bütün ipucular kitabın daxilində olacaq, həmin ipucuları kitabın ən başından sonuna kimi hissə-hissə gizlədəcəm. O qıfılı açmaq üçün lazım olan məlumatlar nisbətən asandır. Lazımi ünvanları ziyarət etmək kifayətdir.

- Lazımi ünvanlar? Məsələn?

- Məsələn sonuncusu atanın iş yeridir.

- Yəni bura?

- Bəli. Elə bunun üçün də sənin köməyinə ehtiyacım var.

- Atamla danışmağımı istəyirsən. İcazə almağımı... Danışaram. Nəyin icazəsini alırıq?

- Kitabın orijinal üz qabığını çərçivələdib atanın rəsm əsərlərinin biri kimi divarda asacağıq.

- Elə bu? Bu asandır. Atam buna heç nə deməz. Olmuş bil. Bəs başqa məkanlar?

- Digər məkanları da razılaşdıracağam. Şekspirlə artıq danışmışam.

- Razıdır Şekspir? - dostum gülərək soruşdu, onun gözlərindəki maraq parıltısını görə bilirdim.

- Demək olar ki, razıdır. - dedim məmnun şəkildə, uzun müddət idi özümü belə yaxşı hiss etmirdim.

Həqiqətlər, Sitarə. Bəzən onlar üçün mübarizə aparmalıyıq, bəzən isə onlara layiq olmalıyıq. Və bəzənsə həqiqətə varmaq üçün bir oyun oynamaq yetərlidir. O qutunu tapmamış, o qıfılı açmamış Bakını tərk etməyəcəyini bilirəm, səni yaxşı tanıyıram. Ona görə də sənə əlimdən gələn qədər köməklik göstərəcəm, yenə də asan olacağına da söz vermirəm. Qutunu tapmaq üçün vaxt sərf etməlisən, tapdıqdan sonra necə açacağını fikirləşməli, getdiyin ünvanlarda bəzi şeylərə diqqət etməli, baş sındırmalı olacaqsan. Dediyim kimi, sənə köməklik göstərəcəm. Əlində tutduğun, sətirlərini oxuduğun bu kitab sənə göstərəcəyim köməkliyin elə özüdür.

Continue Reading

You'll Also Like

64.4K 3K 21
055********: Abi iyi misin? 055********: Bir şey olmadı değil mi? 055********: Çok korkuyorum, telefonlarımızı niye açmıyorsun? 055********: Belki te...
38.9K 19.2K 192
İSTEK ALIMI kapanmıştır. Kapak tasarımları bana aittir. (Ç) almayınız! © Tüm hakları saklıdır. #392 - Rastgele
66K 6.9K 15
Mardin'e Tutsak kitap karekterlerimizin whatsapp konuşmaları
A0023 By ruhperver

Science Fiction

844K 71.2K 58
On altı yaşındaki Reena zamanda donduruldu. Yıllar sonra gözlerini yeni bir dünyaya açtı. Ait olduğu medeniyet yok olmuş ve geriye yalnızca bir ülke...