Ümidlər və qorxular

By Book_geek_96

1.6K 230 72

Şöhrət və uğuru gənc yaşlarında yaxalamış, lakin dəhşətli xəstəlikdən qaça bilməmiş başarılı sənətkar dostlar... More

Untitled Part 1
Untitled Part 2
Untitled Part 3
Untitled Part 4
Untitled Part 5
Untitled Part 7
Untitled Part 8
Untitled Part 9
Untitled Part 10
Untitled Part 11
Untitled Part 12
Untitled Part 13

Untitled Part 6

111 16 2
By Book_geek_96

  Digər günlər də çoxluca işlədilər və mahnıların yazılımlarını başa çatdırdılar. Azad axırıncı dəfə yatdığı vaxt , yuxulu-yuxulu bəstələdiyi, laylaya oxşar mahnısını da yazdırdı.Mahnı ilk dəfə piano melodiyaları üstündə yazılsa da , qrup tərəfindən musiqidə müəmmalı atmosferi gücləndirmək üçün xüsusi səs effektlərindən istifadə etdiər. Sonda ksilefonun uşaq laylası kimi çıxan melodiyası ilə də mahnını tamamladılar.Mahnının adını da “Yuxulu” qoydular. Sonra da Azad söz verdiyi kimi Baharın skripka melodiyasına yazdığı mahnını da qrupun üzvlərinə göstərdi. Bahar buna çox məmnun olmuşdu, xüsusilə digər alətləri də musiqiyə daxil etdikdən sonra mahnının gözəlliyinə söz ola bilməzdi.

   Səkkiz mahnı tamamilə hazır olduqda, Aydın bunların albom üçün kifayət olduğu fikrini irəli sürdü. Halbuki, bu qədər aradan sonra çıxan albom üçün səkkiz mahnı bəs etməzdi. Azad ən azı 12-13 mahnı yazılmağının vacib olduğunu söylədi, qrup da məcburən razı oldu. Deyəsən uzun müddətli ara onları tənbəlləşdirmişdi. Amma Azad qərarlı idi, ölümündən əvvəl mükəmməl bir albom yaratmalı,özündən sonra dəyərli bir xatirə qoymalı idi. Bundan sonrakı mahnılar üstündə qrup olaraq işləməyi bir daha qərarlaşdırıb işə başladılar.

   Bahar özünün şairlik bacarığını irəlilədərək yeni bir mahnı sözü ilə gəldi. Qıraq-bucağı düzəldildikdən sonra gözəl bir mahnı ortaya çıxdı. Sevgi ilə hər şeyə müqavimət göstərilə bilinəcəyi haqda idi bu mahnı. Mahnının musiqisi isə xüsusilə möhtəşəm alınmışdı; skripka ilə musiqiyə verilən hava əsrarəngiz idi. Piano əsas melodiyanı ifa edirdi. Nəqərat isə gitarın payına düşmüşdü, bu arada da zərb alətləri əsəri mükəmməlləşdirmişdi. “Yox oluş” mahnısından sonra ikinci dəfə Azad səsini bir az zorlamalı oldu, mahnı güclü səs tələb edirdi, Azad isə daha çox yumşaq səs ilə oxumağa alışmışdı. Bununla belə, mahnı üç günə başa çatdı.

  Azad bir gecəni daha yatdı, bu dəfə sadəcə beş saat olsa da. Ağrıları güclənmişdi, başı ağırlaşmış hissi verirdi, ağrıdan çatlayırdı. Sakitləşdiricilər işini görsə də, artıq onlara aludəçilik yaranmışdı, vaxtında atmadıqca bədəninə də ağrı verirdi.Ancaq atmaq da istəmirdi, onları qəbul edərkən beyni dumanlanırdı sanki, yaxşı düşünə bilmirdi. Buna baxmayaraq, sakitləşdiricilər onun yuxusunu gətirirdi, neçə gecədir ki, yatıb yuxusunu ala bilirdi. Yatmadığı vaxtlarda da mahnı bəstələyirdi. Bir şey daha yoxlamaq istəyirdi, əslində çoxdan istədiyi bir şey idi. Sadəcə bir azca cəsarətə ehtiyacı vardı.

Continue Reading

You'll Also Like

26.1K 3.6K 68
Title : Po Yun (破云) Author : Huai Shang (淮上) Chapter:155 chapters + 6 Extras Genre:Action,Crime,Adult,Mystery,Drama,BL Content warning : Trauma,Suici...
117K 12.7K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
5.3M 716K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
340K 27.9K 76
ခပ်တည်"နေတတ်တဲ့ ဂိုဏ်းခေါင်းဆောင် Luó Yù(လောယွီ)နဲ့ လျှို့ဝှက်ဆန်းကြယ်တဲ့ အယောင်ဆောင် ကောလိပ်ကျောင်းသား Ruǎn Zhēng(ရွမ်ကျန်း)... Author(s)...