10.20.2020

9 2 0
                                    


 Bu gün mənim üçün vacib olan bir imtana hazırlaşmaq üçün səhər tezdən oyansam da həmin vaxtı serial izləməklə keçirdim. Mənim yuxusuzluğa dözümüm yoxdur bəlkə də, ya da payızdandır hamısı. Amma düz sözümdür ki, bir qram ləzzət almadım o serialdan,vicdan əzabı çəkərək izlədim,bununla da kifayətlənmədim  üzərinə burda bu qeydləri yazıram. Nətər,necə adamam vallah mən də bilmirəm)

Özümə verdiyim sözlər var, xəyallarda artıq məqsədimə çatmışam,məsələ əməl etməyə gələndə isə balıq hafizəli oluram. Bəlkə də çox məcbur etməməliyəm, özümdən çox şey gözləyirəm.Ruhum yorğundur.Bilirəm.Amma başqa cürəsinidə bilmirəm.Məqsədlərim var. Çox vacibdir.Çarə tapmaq lazımdır. Bu qədər vacib olan bir şey üçün bu qədər az səy göstərirəmsə bu sevdiyim insanlardan da tez vaz  keçə biləcəyim mənasına gəlir görəsən?) Lap unutmuşdum axı mənim sərhədlərim var idi,  onları aşıb, o həddə sevəcəyim insan yəqin ki, olmaz) Məsələ həll oldu.Qırmızı qar yağanda mümkün ola biləcəklərdən olduğu üçün bunu problem etməyə dəyməz.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 20, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

VızıltılarWhere stories live. Discover now