Yolun başlanğıcında!

112 5 3
                                        

Sonra oturdum bir ağacın altında, heç vaxt yolumun düşməyəcəyi o kəndə bir də uzunca baxdım, yenə gəlsəydim yenə səni eyni qədər gəzər, yollarına eyni qədər vurğun olardım. Yorulanda da çinarlarının birinin altında gecəni sabah edənə qədər oturar, heç kimin fərqində olmadığı tikanlar içində gizlənən güllərinlə sübhə qədər söhbət edərdim, amma artıq yolun sonu və ay gözlərini qırpır, dur getmək zamanı deyirdi sanki,
Ey çarəsiz könlüm, niyə işıqlarını sənin üçün söndürən kənddə yenə də qalmaq istərdin ki?
Bilmirdinmi, yolun ortasında bir gün yorulsan, gecəni qaranlıqda qalmağa məhkum olduğunu?!

Sevgidən qalan son parça.Stories to obsess over. Discover now