Əsgər Aslanlı

126 28 23
                                    

Ağdam rayonu N saylı hərbi hissədə hərbi xidmətdə olan əsgər Aslanlı düşmənlə üz-üzə olan postlarımızın birində gecə növbətçiliyinə çıxır. Aslanlı o gecə postda 2 nəfər silah yoldaşı ilə vəzifəsini yerinə yetirirdi. Zülmət qaranlıq, görüş məsafəsinin az olması və  sıfır səssizlik vəziyyəti çətinləşdirməkdən əlavə həm də psixoloji təsir edirdi. Belə şərait dversiya qrupunun (kəşfiyyatın) döyüş tapşırığını yerinə yetirməsi üçün ən əlverişli vaxt hesab olunur. Həmin gecə erməni dversiya qrupu tapşırıq üzrə əsgər Aslanlının olduğu posta üz tutur. Anidən atış səsinin gəlməsi ilə əsgər Aslanlının silah yoldaşları şəhid düşür, postda tək qalmış əsgər Aslanlı silahın qoruyucusunu açaraq qundağı çiyninə sıxır. Düşmən kəşfiyyatı atəşi davam etdirir və əsgər Aslanlı yaralanır, buna baxmayaraq tətiyi çəkir. Aslanlının bədəninə dəyən mərmilər artıq onu yıxılmağa məcbur edir. Aslanlı şəhid düşmüş silah yoldaşının PK (Pulemyot Kalaşnikov) tipli avtomatını belinə dayaq olarağ qoyur və ona söykənir. Atəşi davam etdirir vədüşmənə itki verdirir. Postun düşmən tərəfində tam ələ keçirilməsinə əngəl olur. Post briqadadan digərilərinə nisbətən daha uzaq olduğu üçün dəstək qüvvənin gəlməsi vaxtı dahada uzadır. Əsgər Aslanlının bədəninə daxil olan mərmilər onu döyüşdən ayıra bilməmişdi, çünki əsgər Aslanlı artıq gözləri açıq, nəfəsi dayanmış, barmağı tətikdə sıxılı, düşünməyi bacaran bir ŞƏHİD idi. Dəstək qüvvə posta çatdıqda qanın içində PK - ya söykənmiş, torpağı canı bahasına qoruyan canlı bir şəhid görür. Əsgər Aslanlı dəstəyə gəlmiş silah yoldaşlarını gördüyü anda onların üzünə gülümsəyərək bu dünyadan ayrılır.

Hal-hazırda həmin post Əsgər Aslanlı postu olaraq bilinir.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Apr 29, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Vətən oğullarından incilər.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin