Terminlәr lüğәti
abacus ~ счеты, абак ~ abakus ~ çötkә, abak – qədim yunanlarda və romalılarda zolaqlara ayrılmış lövhə şəklində hesablama aləti. Hesablama zamanı kiçik daşlar, yaxud çubuqlar ədədlərin mərtəbələrini bildirən zolaqlar boyunca hərəkət etdirilirdi.
absolute address ~ абсолютный адрес ~ salt adres ~ mütlәq ünvan – elektron cədvəl proqramlarında: müəyyən yerə istinad edən və düsturun başqa yerə köçürülməsi zamanı dəyişilməyən xana ünvanı.
absolute value (abs) ~ абсолютное значение ~ mutlak değer ~ mütlәq qiymәt – ədədin mütləq qiyməti, yəni onun işarəsiz kəmiyyəti.
active cell ~ активная ячейка ~ etkin hücre ~ aktiv xana – elektron cədvəlin cari (seçilmiş) xanası, yəni həmin anda işlək olan xanası.
active window ~ активное окно ~ etkin pencere ~ aktiv pәncәrә – çoxpəncərəli sistemlərdə: hazırda istifadə olunan, istifadəçinin verilənləri daxil etdiyi, rəsm çəkdiyi, yaxud menyuda seçim etdiyi pəncərə.
address ~ адрес ~ adres ~ ünvan – 1. Kompüterin yaddaşında yer. Hər yerin başqalarından fərqli ünvanı olur.
2. Elektron cədvəldə xananın yerləşdiyi sətri və sütunu tanıtmaq üçün hərf və ədəd.
3. İnternet şəbəkəsində olan kompüteri tanıtmaq üçün ədədlər yığını.
4. Elektron poçt ünvanı.
5. Veb-səhifəninin İnternetdəki yeri.
administrator ~ администратор ~ yönetici ~ inzibatçı, administrator – şəbəkənin, sistemin və ya verilənlər bazasının idarəolunması sisteminin layihələndirilməsi, quraşdırılması, konfiqurasiya, nəzarət və xidmət edilməsinə cavabdeh olan mütəxəssis.
algorithm ~ алгоритм ~ algoritma ~ alqoritm – müəyyən məqsədə çatmaq üçün yerinə yetirilən sonlu sayda hərəkətlər ardıcıllığı.
algorithmic language ~ алгоритмический язык ~ algoritmik dil ~ alqoritmik dil – problemlərin (məsələlərin) alqoritmlər vasitəsilə həllinə əsaslanan istənilən proqramlaşdırma dili.
alignment ~ выравнивание ~ hizalama ~ düzlәndirmә – obyektləri ya şaquli, ya da üfüqi xətt boyunca bir səviyyədə yerləşdirmə.
analog ~ аналоговый ~ örneksel ~ analoq – kəsilməz dəyişilən fiziki kəmiyyətlər (məsələn, amplitud, gərginlik, tezlik) vasitəsilə təsvir olunan varlıqlara (məsələn, nitqə) aid edilən termin.
analog-to-digital converter (ADC) ~ аналого-цифровой преобра- зователь (АЦП) ~ örneksel-sayısal dönüştürücü (ÖSD) ~ analoqrәqәm çeviricisi – analoq siqnalları rəqəmsal siqnallara çevirən qurğu.
animation ~ анимация ~ canlandırma ~ canlandırma, animasiya – ekranda bir-birini ardıcıl əvəz edən obrazlar seriyasını əks etdirməklə hərəkətin modelləşdirilməsi.
antivirus software ~ антивирусная программа ~ virüs-önler yazılım ~ antivirus proqramı – kompüteri viruslardan, yaxud başqa zərərli proqramlardan qoruyan proqram.
application ~ приложение ~ uygulama ~ tәtbiqi proqram – birtipli (oxşar) işləri yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi proqram, məsələn: mətn prosessorları, elektron cədvəllər, mühasibat sistemləri.
assembly language ~ язык ассемблера ~ assembler dili, çevirici dili ~ assembler dili – hər bir operatoruna yalnız bir maşın komandası uyğun olan aşağı səviyyəli poqramlaşdırma dilləri kateqoriyası.
YOU ARE READING
Derslerim Ve Diğer Konular
RandomNOT: Kitap Azerice. Ugh, sonradan okumak istediğim şeyleri kopyalayıp buraya yapışyırıyorum.
