Dahilər

65 5 8
                                    

     Salam

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     Salam. Necəsən? Mənə çox da maraqlı deyil, sənin öyrəşdiyin tərzdə soruşmağın dərdindən belə etdim. Bu aralar üstümüzdə ciddi nəzarət olduğundan, sənə yaza bilmirdim. Amma bu gün səhər dəhlizdən bir parça kağız, beş-altı misralıq məna dolu cümləni güclə tamamlayacaq bir qələm tapmışam. Bekarçılıq olduğundan, bir az cızma-qara etmək istədim. Dünən axşam gözəl aylı hava vardı. Xəzərin kənarında oturub, bir-iki qullam siqaret, bir qurtum da pivə ilə anı yaşamalı hava idi. Bir anlıq sənin yaşadığın mənasız həyatı oğurlamaq istədim. Nə isə...Söhbət olsun deyə yazdım. Bizimkilərdən hələ də yatmayanlar var idi. Onlardan biri, mənə çox qısa bir söhbətini etmişdi. Söhbət ona verilən sualla bağlı idi. Belə desək, cəmiyyət onu qəbullana bilmirdi. Onun düşündürücü, yorucu, bezdirici sualları onları çox sıxırdı. Onunla lağa qoymaq məqsədi ilə bir dəfə ona sual verirlər.

 -Faiq, (adı Faiqdir,) sən ağıllı insansan, sənə bir sualım olacaq. Həyat nədir? - Faiq sualı verən səviyyəsiz qocanı süzür. Susur, dinmir. Ona sistem quluna baxarcasına baxıb, başını bulayır. Amma hamı öz gözlərini Faiqin dodaqlarına zilləmişdi. Nəhayət, Faiq dillənir. Bir az titrək, bir az da sərt bir səs tonuyla deyir:
 - Sonu sonsuzluğa qovuşacaq bir oyun. Əsl qaydaları özündə gizlədən, sizin başınızı isə sistemin sizə seçdiyi həyat ilə aldadan oyun. - Yenə də nə isə demək istəyir, amma demir. Susur. Lal dinməz qocaya baxır. Qoca qəhqəhə ilə gülüb, deyir:
 -A bala, sən həkimə get! Sənə müalicə lazımdır. Sistem, həə?! -gülür-, yox bir gizlənqaç.
Onun isə gözlərini qan alır. Əsəbdən, əlləri əsir, yumruğu sıxılır, dişlərini qıcayır. Amma özünü soyuqqanlı kimi göstərib, oranı tərk edir. Dediyinə görə, bir daha onu heç kim görməyib. Bunları mənim üçün danışdıqdan sonra, sual dolu baxışlarla gözlərimi ona zilləyib soruşdum:

 -Yaxşı, hər şeyi anladım. Niyə birdəfəlik gözlərdən itdin? Axı sən hər bir vəziyyətdə onlara daha ağıllı və zəkalı olduğunu sübut etdin. Bəs bu gözdən itməyin nə mənası?! - Qısa bir ara verdim. Sonra sözümə davam etdim: - Sən həqiqətən də başdan xarabsan, yoxsa mənimlə məzələnirsən?! Səni dinləyirəm!

     Otağa ölü bir sükut çökdü. Onun diqqəti məndə idi. Lal dinməz mənə baxırdı. Özündə dərin məna əks etdirən baxışlarla məni süzdü. Sanki mənə, "bilmədən danışma!" deyirdi. Dəmir barmaqlı pəncərəyə tərəf asta addımlarla irəlilədi. Nəhayət, bu gözəl sükutun da sonu gəldi. O danışdı. Amma çox zəif, bir o qədər də özünə inamlı bir səs tonuyla.
 - Səncə onlara nəyi isə sübut etmək olardımı?! Yox, olmazdı! Onlar qoyuntək bir şeylər idilər! Gəl belə danışaq, qatıq ağdır elə deyilmi? - Mən başımı aşağı-yuxarı bulayıb, onun dediyini təsdiq etdim. Üzünə minlərlə cümləni əvəz edən, məna dolu bir gülümsənə qonduraraq sözünə davam etdi: - Sənə onun (qatığın) qara olduğunu desələr, sən nə edərsən?! Yəqin ki, onlara öz dediyinin doğruluğunu sübut etməyə çalışmayacaqsan deyə düşünürəm - dedi.
 Mən isə üz gözümü turşutdum. Hər şey qarışıq idi. Amma mən yenə onunla razı oldum. Çünki o, hər şeyi doğru deyirdi. Qatığın ağ olduğunu hamı bilir, amma bunu sübut etməyin özü belə axmaqlıq olardı. Yumruğunu büküb, pəncərəyə tərəf irəlilədi. Bir az susdu. Ətrafa göz gəzdirdi. Amma hamı yatmışdı. Birdən-birə dilləndi:

 - Ay sağ ol!! Elə mən də ona görə susdum! Dinmədim! Bir nəfərin bir vaxtlar yazdığı kimi, həyat bir dəlixanadır, çalış özün kimilərin olduğu palatanı tapasan. Bax mən də elə etdim!- Bunu deyib, gözünü pəncərəyə tərəf zillədi. Mənə tərəf baxıb qırıq-qırıq səslə dedi: - Elə mən də ona görə sizin yanınıza gəldim. Mən sizinlə yanaşı özümü də tapdım.

     Bunu deyib, mənə tərs-tərs baxıb başını buladı. Sonra yatağına uzandı. Gözlərini qırpmadı. Key-key tavana baxırdı. Bu mənasız baxışlar mənə tanış idi. Tavandakı paslanmış mismarlara baxırdı. Çox iti bir baxışla. Elə bil, indicə mismarları gözləri ilə yerindən qoparacaq. O gecədən bəri, bir kəlmə belə kəsmədik. Bax belə... Əslinə qalsa, onun sözləri sənin düşündüyündən çox, lap çox mənaları özündə gizlədir. Sadəcə olaraq, bir az düşünmək lazımdır. Sənin bunu etməyə yetərincə vaxtın olacaq. Düşün! Yazdığım qeydləri tullamazdan əvvəl, bir az düşün! Artıq qələmimin də mürəkkəbi sona çatır. Səninlə qısa bir müddətlik vidalaşıram...  

Dəlixanadan QeydlərWhere stories live. Discover now