Bu gecə dünənkinə nisbətən daha sərin idi.Sentyabr ayı girəndən havalar tam mən istəyən kimi keçirdi. Saatın əqrəbləri 12ni göstərirdi. Mən həmişəki kimi balkondan baxır özümlə söhbət edirdim.Günűn sonunda baş verənləri özümlə müzakirə etmek artıq adet halını almışdı mende.Yuxumun gəlməməsi üçün bir fincan kofe süzüb yenidən balkona keçdim. Birdən bir səs məni məndən ayırdı.Bu gurultu qışqırıq səsləri yenə mi gənclərdən gəlirdi? Her axsam eşidilən bu səslər məni narahat edirdi .Əminəm ki mənim qədər bu səs küy qonşularımın da rahatlığını pozurdu.Amma bu vaxtacan kimsə başını çıxarıb 'Ay uşaq sakit dur yatan var' dememisdi.Bu ki mənim uşaqlıqda həmişə eşitdiyim söz idi . Günorta həyətdə qonşu uşaqlarıyla yeddi şüşə, gizlənqaç oynadığımız günlər yadıma düşdü. O qeder əyləncəli keçirdi ki vaxtımız gecə düşürdü qonşular da hərə bir tərəfdən 'Az ses salin ' 'Sizin eviniz esiyiniz yoxdur?' 'Evde usaq yatir ' deyə qışqırıb bizi qovmaq istəyirdi . Mənim də anam məni çağırıb gətizdirirdi evə. Amma buna baxmayaraq uşaqların yarısı oyunlarına davam edirdi.Belke indi de böyüklər başa düşüb ki nə desələr də faydası yoxdur heç kəs səsini kəsməyəcək ve heç hara getmeyecek.Ona görə də mən də günlərdir bu səsə öyrəşmişdim.
Lakin bu gecə eşitdiyim səs əvvəlki səslərdən fərqli səsləndi qulagima.Sanki kimsə fəryad edir kömək dileyirdi.Amma əlimdən nə gəlirdi ki.Bu səslər o qeder yormuşdu məni ki bir an öncə yerimə girib yuxuya dalmaq rahatlamaq istəyirdim.Universitetin açılmağına sayılı günlər qalmışdı kirayə qaldığım bu mənzilə məni tek qoymayacaq qızları gətirməli idim. Sabah isə bunun üçün planlar qururdum.Amma nə fayda.Heyat bizden əvvəl öz planlarını qurmuşdu və yavaş yavaş yeridirdi də.Kas bu gecə tez biteydi.Kas mən bu hadisəni sizə danismayaydim.Lakin nə etmək olar o qapının zəngi bir dəfə çalmadı axı nə edim ki o qışqırıq səsi mənim qapımin ağzından esidilirdi.Bedenimden axan soyuq tər məni titredirdi.Ureyimin döyüntüləri el vurulmadan esidilirdi. Bu qədər qorxudacaq nə idi məni.? İstəməsəm de yerimdən qalxdim.Belke də döyülən qapı mənim deyildi bəlkə də səs yenə uzaqlardan esidilirdi.He bu mən dediyim kimi idi ya da mən özümü aldadırdım ...
