1

53 6 6
                                        

1991-ci il, 6 yanvar. "Youte medin" adlanan sərnişin təyyarəsi gözlənilməz şəkildə Sibirə düşdü. Amma düşdü desək, doğru olmaz. Təyyarə yerə çırpıldı. Elə o saat bu xəbər bütün dünyaya yayıldı. Bütün xəbər verilişləri bu barədə danışırdı. Təyyarədəki sərnişinlərdən heç biri sağ qalmamışdı. Düzdü, bu şişirdilmiş xəbər idi, lakin inanmaq olardı. Təyyarə qəzaya uğradıqdan sonra möcüzəli şəkildə bir uşaq sağ qalmışdı. Lakin heç kimin bundan xəbəri yox idi. Onun on yaşı vardı, görünüşcə amerikalılara oxşayırdı. Lakin təyyarə Amerikadan gəlməmişdi. Onun sağ qalması qeyri - mümkün ola bilərdi. Çünki Sibirin soyuğuna heç bir adam tab gətirə bilməzdi...

Mən adəti üzrə səhər yeməyini yeyə - yeyə bugünkü qəzeti oxuyurdum. Bu gün Mr. Somer mənim yanıma vacib bir iş üçün gəlməli idi. Mən onu gözləyirdim. Nəhayət, hündürboy, enlikürək bir adamın içəri daxil olduğunu gördüm:
- Bağışlayın, cənab Evis. Qapı açıq oldğundan mən içəri icazəsiz daxil oldum.
-Problem deyil, cənab Somer. Buyurun, əyləşin. Bəlkə...
-Xeyr, cənab.
O, mənim hansı sualı verəcəyimi bilirdi.
-Səhər kofe çox içmişəm, - deyə Somer donquldandı, - həm də ki, tələsirəm. Sizinlə vacib işim var. Sizə Tobolskda baş verən hadisələr - ölüm hadisələri tanışdır?
- Ah, təəssüf. Mr. Somer, buna görə gəlmisinizsə, heç bir nəticə əldə olunmayacaq.
- Amma Mr. Evis, mən əfsanə barədə danışmıram, - səs tonunu yüksəltdi, - bu qeydlər həmin evin sahibəsi, xanım Smithə məxsusdur.
O, əlindəki, kağızı mənə göstərdi. Çox köhnə idi, üstəlik pis qoxu saçırdı. Mr. Somer kağızı açıb oxumağa başladı:

Şimaldan qərbə uzanan tunel Stories to obsess over. Discover now