3

46 8 7
                                    

- "Buna. inana. bilmirəm. " - Jack hər sözün arasına məsafə qoyaraq danışır , diqqətini isə yoldan ayırmır.

- "Mən də" - deyə Autumn onu cavablayır.

Bu zaman arxa oturacaqda , Autumnun yanında əyləşmiş Adam önə əyilir - "Aaron bizə mütləq tətil verməlidir."

Greg gülür və arxaya baxır - "səninki də ancaq qızışdırmaqdır e, bir dəfə də görmədik özün deyəsən"

Bəylərin danışığına göz süzdürən Autumn dillənir - "Aaron məsələni öyrənəndə şokdan ayıla bilsə, tətil də verər"

Jack əlini musiqi qutusuna (ağlıma music player ilə gələn ən normal tərcümə bu idi) uzadır və onu işə salır , yüksələn "Asia"nın ilk notları ilə sürəti artırır.

--

"Yox bir" - Aaron dəhşətə gəlmiş halda əlindəki şəkillərə baxır - "bu... aman Tanrım"

Autumn bir addım önə gəlir və altdakı şəkli ona göstərir- " dünya manyaklarla doludur"

Aaron başını yelləyir - "iclas keçirməliyik, rəhbərlərə bunu sizin danışmağınızı istəyirəm, Harry də burada olacaq"

Jack əlindəki kağızları bir kənara qoyur "Hə əlbəttə Harry" - kinayəylə gülür.

Adam onun niyə belə reaksiya verdiyini anlayıb əlini onun çiyninə qoyur- " təxmini iki saat sonraya təşkil edə bilsək yaxşı olar, bir az sakitlik və içki lazımdır bizə"

Aaron razılaşaraq ayağa qalxır - "görüşərik"

Aaron qapıdan çıxar çıxmaz Jack əlindəki kağızları bir kənara tullayır. Greg onun davranışlarına məna verə bilmirmiş kimi özünü aparır - "Jack nə olub axı?"

Autumn da bir qəribəlik olduğunu sezmişdi - "Harry kimdirsə səni yaman əsəbləşdirir"

"Sən kəs səsini" - deyə Jack onu acılayır. Autumn çənəsini sıxır - "Mənimlə bu tonda danışma"

Jack istehzalı ifadəsini pozmadan ona baxır- "İmmunitetinin güclü olduğunu düşünürdüm"

Onun bu sözləri üzə vurması Autumnun gözlərinin dolmasına səbəb olsa da, o özünü tez toplayır - "Əclaf"

--

Harry əlində qələmi fırladaraq Nedə baxır. İclasın başlamasından 10 dəqiqə keçməsinə baxmayaraq, işi araşdıran Autumn hələ də gəlib çıxmamışdı.

Jack əsəbi halda nəfəs alıb əlindəki hesabatı masanın üzərinə qoydu. - "Autumn gəlməyəcək yəqin ki, biz başlayaq"

Harry nəsə demək istəyəndə Jack onun sözünü kəsir - "dedim ki, başlayaq. Autumn yox idi dünya fırlanmırdı?"

Bu zaman qapı açılır və içəri əlində bir yığın qovluqla  Autumn daxil olur - " Üzümü başqa tərəfə tutan kimi qeybətimə başlayırsız cənab Knight, bunu necə başa düşək?" 

Qovluqları masanın üzərinə qoymaq istəyəndə bilmədən onları əlindən salır və içindəki kağızlar dağılır.

Jack reflekslə hərəkət edib kağızları yığmaq üçün əyiləndə Autumn kinayəylə yenə danışır və əyilir- "bu klişe səhnəni səninlə yaşamayacam Knight, özüm həll edərəm"

Autumnun dedikləri otaqdakıların gülməsinə səbəb olanda Jack ciddi ifadəylə onlara baxır.  Bu zaman gözünü Autumndan çəkməyən Harry şorgöz ədası ilə gülümsəyir.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 12, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

Sonsuz | İnfinity Davam edir! :)Where stories live. Discover now