꧁⸽|𝑭ə𝒔𝒊𝒍 𝟏:"𝑴ə𝒓𝒄"

8 2 0
                                        

꧁⎝ 𓆩༺✧༻𓆪 ⎠꧂

Kamal Zeynallı'dan:

Hava həmişəki kimi çox isti idi. Evdən çölə çıxmaq belə mümkün deyildi. Nəinki çölə çıxmaq, nəfəs almaq belə olmurdu.

Hərkəs evdə idi. Yalnız yoldaşım isti olmasına baxmayaraq həyətdə xalça yuyurdu. Hər dəfə xalçaları servisin yumasını təklif edirdim. Lakin o bunu qəbul etmir, xalçaları özü yuyurdu.

Yoldaşım çox çalışqan, mehriban və təmizləyə önəm verən biridir. Evin hər bir işini bircə bircə özü edərdi. Evə onun üçün köməkçi gətizdirərdim. Lakin o bunu istəmir hər işi özü edərdi. Onun bu xasiyyətini çox sevirdim.

Birinci xalçanı yuyub evə çıxdı. Mən salonda oturub işlərimi həll edirdim. Oğlum Turan isə öz otağında nəsə edirdi.

Yoldaşım yanıma gəlib, qarşımdakı divanda əyləşib yorğunu aldı.

-Özünə niyə əziyyət verirsən axı?! Zəng edim servisə yusunda xalçaları.

-Yox, yox! Ehtiyac yoxdur! Mənə görə olar yaxşı yumur. Mən öz xalçalarımı özüm təmiz təmiz yumasam ürəyimdə xal qalar.

-Barı Nazlını çağır kömək etsin də sənə.

-Nazlı evdə yoxdur. Birdəki onun kömək etməsindənsə, etməməsi daha məqbuldur.

Bu dediklərinə güldüm.

-Bir az haqlısan. Bəs hardadı bu istidə?

-Bilmirəm ki. Deyəsən Dərya ilə salona gediblər.

Yaxşı adam sözünün üstünə gələr. Nazlı gəlmişdi. Əlindəki paltar salafanlarını divana qoyub oturdu.

-Saaalamm. Necəsiz?-dedi şən səslə.

-Yaxşıyıq. Hardan gəlirsən belə?!

-Dəroşla bir az alışveriş keyfi elədik. Ayyy ata bir isti idi bir isti... Çöldə nəfəs almaq belə olmurdu.

Əlini Yasəmənə göstərərək -Mami necədi dırnaqlarım? Bu dəfəki çox gözəldi həə?-dedi.

Yasəmən dırnaqlara baxıb gülümsədi.

-Həə qəşəng alınıb.

-Ayyy hələ sən Dəryanın dırnaqların görəydin, onunki də çox gözəl olmuşdu.

Yasəmən telefondan saata baxıb cəld ayağa durdu.

-Oyy gedim gec olmamış digər xalçanı da yuyum.

Nazlıda ayağa durdu.

-Məndə gedim çimib sərinləyim.

Nazlıya baxdım.

-Nazlı dur mamana kömək et.

Nazlı qaşlarını çatdı.

-Necə?!

-Dur mamana kömək et. Həm sərinləmiş də olarsan.

-Təəsüf ki dırnaqlarımı indi düzəltdirdim. Həm mama niyə xalçaları özü yuyur?! Servisə göndərsin onlar yusunda. Bu istidə niyə əziyyət çəkirki?

-İstəmir də servis yusun. Ged əynini dəyiş mamaya kömək et. Dur gözəl qızım, ağıllı qızım.

Anasına döndü.

-Mami mənim bu gün çoooooooxxxxxx işim var. Söz gələn səfər kömək edəcəm sənə.

Birdən arxandan gülmə səsi gəldi.

№1 Xalça Yuma Bağımlısı olacağınız hikayeler. Şimdi keşfedin