1-ci Bölüm; Unudulmaz ayrılıqlar bu qədərmi acıydı?
"Heç bir şeyi geri qaytarmaq olmur, zamanı, hisslərini və bir daha dönməyəcək üzrə gedəni...".
Son cümləni yazıb məktubu digər məktubların yanına qoydu. Artıq 12 il keçmişdi və 12 məktub yazılmışdı. Amma heç biri sahibinə çatmamışdı. Əslində çata bilərdi, yəni bəlkə əgər Eyvaz istəsəydi. Amma istəmədi. Öz-özünə neçə dəfə eyni sualları vermişdi, eşidənin dəli hesab etdiyi o sualları minlərlə dəfə təkrarlamışdı. Cavabını bilirdi, yoxsa bilmirdi? Bax bunu düşünmək onun uşaqlığını əlindən almışdı. Bir səbəb mütləq var idi, amma onu heç kim anlamırdı - ən yaxın dostu Ayaz belə.
12-ci məktubu yerinə qoyub yatağına uzandı. Otaqda heç kimin olmaması onun işini asanlaşdırırdı. Yan-yana düzülmüş beş çarpayı, bir neçə şkaf... Otaq sadəcə bunlardan ibarət idi. Normal evlərdə uşaqların necə otaqları olduğunu artıq unutmuşdu. Uşaqlıqda gülən bir uşağın, böyüdükcə gülüşünün necə azaldığını, sonra tamamilə yox olduğunu kim bilərdi? Onun yerini kədər və nifrət almışdı. Nə qədər çalışsa da, gözünə yuxu getmirdi. Yenə o axşam yadına düşürdü. Xatırlamaq istəmirdi, amma xatırlamağa məcbur idi. Unuda bilməzdi...
Qulağına anasının qışqırıq səsləri, atasının boğaz cırmaqlayan öskürəyi qarışırdı. Öz səsini ise eşidə bilmirdi. Çünki Eyvaz o anda danışmamışdı. Hər zaman susmayan Eyvaz, o gün sanki əbədi susacaqmış kimi susmuşdu.
Eyvaz anasına yalnız saç rəngi ilə bənzəyirdi. Hər ikisinin də saçları sarı idi. Atasına isə üz quruluşu, gözləri, qaşları oxşayırdı, ya yox, bilinmirdi. Bəlkə də oxşayırdı, amma Eyvaz ailəsinə uzun-uzadı baxacaq qədər nə vaxtı olmuşdu, nə də ağlı. Haradan biləydi ki, 5 yaşında evindən qoparılacaq? Hardan biləydi ki, canından çox sevdiyi ailəsi onu dörd divara həbs edib, bir söz demədən çıxıb gedəcək? Bilsəydi, bəlkə bu qədər bağlanmazdı. O yaşda kimsə çıxıb desəydiki ailən səni istəməyəcək, səni atıb gedəcəklər inanmazdı o qədər çox güvənirdi ailəsinə. 5inci yaşında anlamışdı heç kimə güvən olmadığını.
Deyirlər ki, ən pis valideyn belə övladını sevər. Çünki başqa çarəsi yoxdur. İnsan övlad sevgisini ən çox ailəsindən gözləyər. Nə qədər diqqət göstərməsələr də, nə qədər sevməsələr də, nə qədər pis davransalar da, xəyallarını yıxsalar da, hətta öldürmək istəsələr belə...
Eyvaz bu düşüncələrin içində boğularkən, qapının açıldığını hiss etmədi. Yavaşca içəri girən Ayaz idi. Onların taleyi eyni idi - heç kim onları bir-birindən ayıra bilməzdi. Eyvaz bütün dərdlərini yalnız Ayaza danışırdı. Axı uşaqlar evində yüzlərlə uşaq vardı, kim hamının dərdini dinləyəcəkdi?
Kürəyinə toxunan əllə diksindi. Gözlərini qaldırıb dostunu gördü. Ayaz, hər zamankı kimi, Eyvazın yanında idi. Onun da gözünə yuxu getməmişdi. Tez yatağında yer açıb pıçıldadı:
- Gəl...
Demək, Ayazın da dərdi vardı. Onların dərmanları həmişə bir-birində idi.
Eyvaz sükutu pozdu:
- Tam 12 il... İlk dəfə burada görmüşdüm səni, xatırlayırsan? Çox qorxmuşdun, titrəyirdin. O vaxt sənin nə keçirdiyini anlamamışdım. Bura gəldiyimdə cəmi 5 yaşım var idi, indi isə 17. Bu illər boyunca bir gün belə düşünmədiyim olmadı. Atam məni hara gətirmişdi? Anam niyə məni buraxmışdı? Axı onların yeganə uşağı idim... Heç incitməzdilər, xətrimə dəyməzdilər. Nə istəyirdimsə edirdilər. Hələ bir dəfə... Bilirsən?
Eyvazın dodağının kənarına acı bir təbəssüm yerləşdirdi.
- Uşaq vaxtı həşəratlardan çox qorxurdum. Bir gün əlimin üstünə bir qarışqa çıxmışdı. Qorxudan qaçıb atama tərəf getdim. Atam məni görən kimi, bütün həyat boyu nə qədər həşərat varsa, yığdırmışdı. Amma yenə də həyətdə oturmağa cəsarət etmirdim. - Eyvaz qaşının kənarında qalan qan ləkəsini sildi. Bu gün bir davaya qarışmışdı. Və bəzi yerləri hələ də ağrıyırdı. - Amma artıq böyümüşük. Artıq qorxularımız yoxdur. Bir zamanlar bizi hər şeydən qoruyan insanlar indi yanımızda deyil. Bəlkə də artıq həyatda belə deyillər. Ona görə, biz özümüz-özümüzü qorumalıyıq.
BINABASA MO ANG
Əlvida 'Sonuncu Baxışlar
Non-FictionƏlvida: Bu sadecə gözlərin bir-birinə son dəfə baxışıdşır amma əsas olan qəlb deyilmi? Gözün sonuncu dəfə gördüyü adamı qəlb nə qədər vaxta söküb ata bilər?
