*Baekhyun;*
Mən oyananda saat 7.45 idi. Zibilə qalsın! 15 dəqiqəyə dərs başlayır və mən ilk günümdən gecikirəm!
Əlbəttə saatı qurmaq yadımdan çıxmışdı. Deyinə-deyinə yerimdən durdum.
Bu gün yeni məktəbimdə ilk günüm idi, bu məni lap narahat edirdi. 1-2 həftədir burada - Seulda idim heç kimi də tanımırdım. Təsəvvür edin, tanımadığınız şəhərdə, tanımadığınız insanların içində tək qalırsız. Qulağa zor bir şey kimi gələ bilər amma çətindir. Hələ burada məktəb oxuyacaqdım...
Hazırlaşıb zoqqumlandım. Evdən çıxanda artıq saat 8.05 idi. Dərs başlamışdı. İlk gündən mükəmməl başladım həqiqətən.
Səhərin götü açılmamış eşşək ağırlığında çanta ilə məktəbə piyada getməyin necə bir zülm olduğunu heç izah eləməsəm də olar. Bu sikilmiş saatı qursaydım indi dərsdəydim!
***
Məktəbə yaxınlaşırdım artıq. Az bir şey qalmışdı. Yaxınlaşdıqca daha da həyəcanlanırdım elə. İnşallah ilk gündən ölmərəm.
Məktəbin həyətinə girdim. Məktəb çox modern dururdu həqiqətən. Seulda məktəblərin belə olduğunu bilsəydim daha tez gələrdim bura!
İçəri girəndə də elə eyni modern mənzərə. Hər şey səliqəli idi, dərs vaxtı olduğu üçün sakitlik idi.
Saata baxdım, 08.35 idi. İlk dərsin qurtarmağına hələ 10 dəqiqə vardı. Biraz da koridorda gözlədim.
11-D sinfində oxuyacaqdım və 11lər 4.mərtəbədə olurlar. Yarım saat piyada yol getməyimin üstünə 4 mərtəbə yuxarı qalxdım. Bu pilləkənlər niyə bu qədər uzundu?! Ayaqlarımı hiss eləmirəm...
Bu vaxt tənəffüs zəngi vuruldu. Üzərində balaca "11D sinif otağı" yazılan qapının qabağında dayandım. Əllərim niyə əsir e?! Həyəcanın beləsi də olmaz...
"Qorxma, səni yeməyəcəklər. Gedib oturub dərsivə baxassan" deyə özümə cəsarət verdim və qapını açdım.
Qapını açanda gördüyüm mənzərə bundan ibarət idi: Sinfin yarısı çöldə idi, sinifdəkilərdən bəzi uşaqlar ayaq üstə, bəziləri oturub söhbət edirlər, müəllim yox idi.. Ən çox diqqət çəkən isə pəncərənin yanında durub söhbət edən qrup idi.
Mən sinfə girəndə hamı bir an mənə baxdı. Nolub e?! Niyə hamı mənə baxır?!
Birdən sinifdə sakitlik çökmüşdü. Mən nəsə etməliyəm?! Səhv nəsə etmədim ki?! Qapını açdım sadəcə aq! Görən elə biləcək nə etmişəm! Salam verim?!
İnsanlıq olsun deyə başımı əyib salam verdim. Pəncərənin qabağındakılardan biri səssizliyi pozdu: "Təzə gələn sənsən hə?"
Bir an rahatladım özüm ölüm. Utancdan yerin dibinə girirdim.
"Hə, mənəm." - sinfə göz gəzdirdim - "ee.. boş yer var?"
Oğlanın yanındakı: "Boş yer var mənim yanımda. Otura bilərsən."
Yanındakı yerdə oturub çantamı qoydum hələ də əsirəm deyəsən. Yanında oturduğum: "Qorxma, biz adam yemirik."
Əsdiyimə fikir vermişdi deyəsən. Sağ ol Baek, bıyabır oldun. Mən niyə bu qədər içsəl kriz yaşayıram e-
Oğlan mənə baxıb güldü. İçimdən nə danışdığımı eşidir bu?! Nəyə gülür?! Baek sus!
Oğlan:
"Adın nədi?"
"Byun Baekhyun. Sənin?"
"Chen."
Ayaqda duran oğlanlardan biri: "Səni bu məktəbdə heç görməmişəm. Haradan gəlmisən? Adım Suho'du."
"Bucheondan gəlmişəm."
"Bildim. Məktəb haqqında sualın olsa verə bilərsən"
"Bucheon... maraqlı şəhərdi," - Suho'nun yanındakı oğlan dedi - "ora getmişdim keçən il"
"Sənin adın nədi?"
"Sehun."
Belə baxanda kruq səmimi idi. Söhbət edirdik, bir birimizi tanımağa başlamışdıq da, amma uzun boylu olan oğlan heç nə danışmırdı, adını belə deməmişdi.
Düzdü çox da sikimdə deyil amma heç olmasa bir salam verərdi da. Sadəcə mənə pis pis baxırdı. Elə bil az qala deyəcəkdi ki "sürüş bu sinifdən"-
Çox baş qoşmamağa çalışdım ancaq Suho'da fikir vermişdi, ona baxdı:
"Chanyeol? Nəsə olub?"
Adı Chanyeol imiş. Elə adından bilinir ki eqoistin biridi, adicə salam verə bilmir gijdıllağ
Chanyeol: "Nə?"
Suho: "yatmısan sən?"
Chanyeol: "Siktir elə getsin da. Nə deyirdin?"
Suho güldü: "Nə bilim, danışıb eləmirsən. Baekhyunu da döyəssən elə bil"
Suho bunu deyəndə düzü utandım çünki mənə görə kiminsə narahat olmağını istəmirdim. Sinfə təzə gəlmişəm hələ, ilk gündən söz söhbət olmasın.
Chanyeol: "Nə danışmalıyam?" - Biraz susdu, sonra mənə baxdı. - "Sən dəqiq bu sinifdə olmalısan? Səhv sinifdə deyilsən ki?"
Sualdan bilinir ki əməlli mənə "Niyə buradasan?" demək istəyirdi.
Nolub e mənə? Burada olsam nə olacaq? Dana boyda boyu var elə sataşmağa adam axtarır.
Chen söhbətə qarışdı: "Niyə bu qədər soyuq yanaşdın ki?"
Chanyeol: "Yoo, mən soyuq yanaşmıram." - sonra yenə mənə baxdı: "Sənə deyirəm, dilini pişik yedi? Cavab ver"
Mən ağzımı açmamış Suho reaksiya verdi: "Niyə bu qədər narahat edir ki səni?"
Chanyeol: "Bir bunun gəlməyi qalmışdı elə.."
Bunu bu qədər açıq deməyi qırıcı idi. O qədər narahatçılıq verdim? Mənim sinfə girməyimin üstündən hələ beş dəqiqə belə keçmədi, ən çoxu nə etmiş ola bilərəm yəni?
Yanındakı Sehun isə reaksiya vermirdi. Yəqin o da mənim burada olmağımdan dəhşət məmmun deyildi, amma bildirməməyə çalışırdı. Heç olmasa bunda biraz üz var da! Chanyeol mənnən itlə danışan kimi danışır!
Chanyeol axırda 'bufetə gedirəm' bəhanəsi ilə sinifdən çıxdı. Sehun da elə onunla getdi.
Onlar çıxandan sonra bir neçə saniyə ölüm səssizliyi oldu, heç kim nəsə demədi.
Birinci danışan Chen oldu: "Şey... Chanyeola çox baş qoşma. Əslində elə uşaq deyil. Sadəcə yeniliklərə çox açıq deyil"
Suho da təsdiqlədi:
"Həə, biraz öyrəşsə düzələr yəni."
Heç nə demədim. Nə pox yeyir yesin amk.
Elin eqoistinə görə özümü pis hissetməli də deyiləm.
Bu vaxt dərs zəngi vuruldu və hamı öz yerinə keçdi...
***İlk ficimin ilk bölümünü yayınladımm. Xahiş edirəm ciddiyə alıb "bu nədi amk" tərzində şeylər yazmayın😭✌🏿 mən də bilirəm mükəmməl deyil***
YOU ARE READING
Hate(?) -chanbaek
Fanfictionİlk fanficimdir, müəyyən səhvlər ola bilər, anlayışlı olunn
