1 BÖLÜM
Bəzən ən böyük azadlıq,öz rənglərini başqalarının çəkdiyi çərçivələrə sığışdırmaqdan imtina etdiyim an başlayır.
Günorta saatları idi. Günəş insanları alovlandırmaq istərcəsinə parıldayırdı. Mən isə məktəbdən evə təzəcə gəlmişdim. Həmişəki kimi evdə zəhləm gedən heyvanlardan olan milçəklərdən başqa heç kim yox idi. Artıq öyrəşmişdim. Tez otağıma gedib bu narahatedici paltarlardan xilas oldum. Bu il 10-cu sinfəm və üç aydan sonra 11-ci sinif olacam, sadəcə bir ilim qalıb. Məktəb üçün darıxacağım naməlumdur... Bunları fikirləşərək anamın işə getmədən əvvəl, necə deyərlər, 'bal tök yala' şəkildə təmizlədiyi mətbəxinə daxil oldum.Mətbəxdə anamın mənim üçün hazırladığı yeməyə baxdım. Bu yandırıcı, isti gündə ən yaxşısı elə sərin bir dovğa idi. Bir boşqaba çəkib yeməyə başladım. Yeməyimi yeyərkən ağlıma yolda gələrkən gördüyüm o təbiət möcüzəsi olan mənzərə gəldi. Yol kənarındakı çöl çiçəkləri sanki bu boz, ağ-qara dünyanı inadla rəngləndirməyə çalışırdılar.
İlham bir anda içimə doğdu. Tələsik ortalığı yığışdırıb otağıma tərəf qaçdım. Anamın hər gün yoxladığı qarderobun ən alt küncündə, köhnə paltarların arxasında gizlətdiyim o qutunu çıxartdım. Bu elə bir qutu idi ki, mən bütöv gələcəyimi onun içinə qoymuşdum. Oradan kətanı, boyaları, fırçaları və digər ləvazimatları çıxarıb mühiti hazırlamağa başladım. Bu həvəs ailəm üçün sadəcə vaxt itkisi idi, amma mənim üçün nəfəs almaq, gələcək demək idi. Onlar məni heç vaxt başa düşməmişdilər. Niyə başa düşmürdülər ki? Məgər özləri də bir vaxtlar bu gənclik yollarından keçməmişdilər?
Bu sualların ağırlığı altında fırçamı boyalara bulayıb o çiçəkləri kətana köçürməyə başladım. Rəsm çəkmək məni hər zaman sakitləşdirirdi; fırça əlimə dəyən andaca dünyadan qopub öz dünyama keçid edirdim. Rəsm mənim üçün həyatın özü idi və bunu hər dəfə ürəyimin dərinliyində hiss edirdim. Zamanın necə keçdiyini unutmuşdum, yenə öz dünyamda idim. Şəkil demək olar ki, bitmişdi...
Birdən aşağı mərtəbədən gələn kəskin qapı açılma səsi ilə diksindim.
Ürəyim boğazımda döyünməyə başladı. Tez divardakı saata baxdım: saat hələ dörd idi. Ailəmdən heç kim bu vaxt evdə olmazdı, atam da, anam da hələ işdə olmalı idilər. Səhv eşitdiyimi düşünmək, özümü aldatmaq istəyirdim ki, anamın pilləkənlərdən gələn o tanış, diktəedici səsi eşidildi:
"Ulduz! Evdəsən?"
O an əlim ayağıma dolaşdı, beynim tamamilə dondu. Nəyi, hara gizlədəcəyimi bilmirdim. Boyaları yığsam, kətan ortada qalırdı. Şəkil bitsəydi, dəftərin arasında gizlədərdim, amma şəkil hələ tamamlanmamışdı, boyalar təzə və yaş idi!
Mən panika içində otağın ortasında vurnuxana qədər, qapının dəstəyi aşağı endi. Qapı açıldı və astanada o ciddi duruşu ilə anam göründü. Gözləri birbaşa əlimdəki fırçalara, yerdəki kətanlara zilləndi. Qarşılaşdığı bu mənzərə onu sanki iflic etmişdi, dərin bir heyrət içində idi. Başını yavaşca yuxarı qaldırdı və kəskin, soyuq gözlərlə tam gözlərimin içinə baxdı. Mənim ürəyim isə yerindən çıxmaq istərcəsinə atır, mədəm bir kağız parçası kimi bükülürdü. Ağzımı açıb bircə kəlmə demək istədim, amma sözlər boğazımda qurudu, sanki nəfəs boruma böyük bir yumruq oturmuşdu.
Anam isə həyatının şokunu yaşayırdı. Neçə ildir qızını bu "səhlənkar" adlandırdığı işdən uzaq tutduğunu fikirləşirdi.Güman ki,Bu ləvazimatları necə görmədiyini fikirləşirdi. O an beynindən bunların keçdiyinə and içə bilərdim, amma sübut edə bilməzdim.
Mənə tərəf bir addım atdı.Sakitcə əlimdəki fırçanı alıb stolun üstünə qoydu, boyaları bir yerə yığdı. Şəkili götürüb qısa bir nəzər yetirdi və onu da səliqə ilə stolun digər tərəfinə yerləşdirdi. Ən qorxulusu o idi ki, bunu heç nə demədən, qorxulu bir sakitliklə edirdi. Mən isə donmuş halda sadəcə onun hərəkətlərini izləyirdim. Bu, fırtınadan əvvəlki o dəhşətli sakitlik idi...
Qəfildən o səssizlik param-parça oldu. Anam qışqıraraq boya qutularını götürüb var gücü ilə divara çırpmağa başladı!Anamın qışqırığı otaqda əks-səda edirdi. Var gücü ilə divara çırpdığı boylara bütün otağı rəngləmişdi.Otağım kiçik bir müharibə ərazisinə çevrilirdi.Anamın isə sanki gözlərindən alov yağırdı.Mənə qızı kimi yox,sanki bütün prinsiplərini alt-üst edən bir düşmən kimi baxırdı.
-"Bu nədir!?"-deyə bağırdı,səsi qəzəbdən titrəyirdi.
-"Mən sənə illərdi nə deyirəm Ulduz!?Sən mənim qaydalarımı,sənə qurduğum o mükəmməl gələcəyi necə bir vaxt itkisi üçün ayaqlar altına alırsan?!Mən səni cəmiyyətdə bir yerə çatdırmaq üçün gecə-gündüz çalışıram,sən isə burada....Uşaq oyuncaqları ilə bütün ümidləri,xəyalları puç edirsən!Mənə qarşı bu xəyanəti necə edə bilərsən axı?Necə?!"
Anam hər kəlməsi ürəyimə bir ox kimi batırdı,amma bu dəfə qorxub geri çəkilmədim,başımı aşağı salmadım.Əksinə illərdi içimdə yığılan bu qəlpə qırıqlığını,qorxunu qəzəbə çevirdim.Gözlərimi bir başa anam zilləyib kəskin baxışlarla məndə qışqırdım.MƏN ANAMA QIŞQIRDIM!
-"Bəs mənim xəyallarım?!" - deyə fəryad qopardım. Səsim otaqda şimşək kimi çaxdı
-"Bəs mənim bu illərdir çəkdiyim əziyyətlər necə olsun, ana?! Sən mənə gələcək qurmaqdan danışırsan, amma heç soruşmusan ki, Ulduz o gələcəyi istəyir?!Bir dəfə birinizdə gəlib dedizki Ulduz bunu istəyirsən!Bir dəfə olsun demisiz?Mən bu evdə sən mənə çəkdiyin o dar, qaranlıq qaydaların içində hər gün boğulmuşam!!"
Gözlərimdən yaşlar süzülürdü, amma bu, zəiflik yox, üsyan göz yaşları idi. Anam təəccüblə mənə baxırdı, yəqin ki, məndən bu cəsarəti gözləmirdi.
"Mənim hər zaman həvəslərimi puç etdiniz!" - deyə davam etdim, içimdəki bütün zəhəri qusurdum
-"Nə vaxt əlimi bir şeyə atdımsa, 'boş işdir' dediniz, 'vaxt itkisidir' dediniz. Məni sadəcə öz iddialarınız üçün bir vasitə kimi gördünüz. Mən rəsm çəkəndə nəfəs alıram, ana! Mən o rənglərin içində özümü tapıram! Amma siz məni diri-diri o soyuq qaydalarınızın altına basdırdınız. Mən artıq sənin o mükəmməl, oyuncaq qızın olmaqdan yorulmuşam! Mənim həyatımı, gələcəyimi mənim əlimdən almağa icazə verməyəcəm!"
Nəfəsim kəsilmişdi. Boğazımdakı o düyün açılmışdı, amma otaqdakı hava o qədər ağırlaşmışdı ki, artıq burada qala bilməzdim. Anamın donub qalmış vizualına baxmadan, stolun üstündəki o yarımçıq qalmış, hələ boyası qurumamış rəsmimi qucağıma sıxdım. Və arxama belə baxmadan otaqdan, o evdən,o həyatdan qaçdım...
