Öyrəndim.

103 77 2
                                    

Cəhənnəmin nə olduğunu
Səni sevərkən öyrəndim.
Alovların nə qədər ağrılı olduğunu
Ürəyimdəki yanğınlardan öyrəndim.
Ulduzların necə də parlaq olduğunu
Sənin gözlərinə baxarkən öyrəndim.
Həyəcanın, sevincin nə olduğunu
Səni görərkən tez döyünən ürəyimdən öyrəndim.
Özləmin, həsrətin nə olduğunu
Sənsiz keçən gecələrimdən öyrəndim.
Sevginin doğurdan da hər şeydən üstün olduğunu
Hər şeyə rəğmən hələdə sönməyən ümidimdən öyrəndim.

Şiirler✨Hikayelerin yaşadığı yer. Şimdi keşfedin