Bir adamın hekayəsi

3 0 0
                                    

Bir gün Allaha inanmayan bir adam işlərinin gətirməməsindən, borc üstünə borc yığılmasından dost-tanışına şikayət edib, gileylənir. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün onlardan tövsiyə istəyir. Ətrafındakılar adamdan fərqli olaraq Allaha inancı olan insanlar idilər və adamın da inancının olmadığını, bəlkə də buna görə işlərinin düz gətirmədiyini düşünürlər. Normal olaraq da adama məsləhət görürlər ki, əlini açıb uca Tanrıdan ona kömək olmasını istəsin, çünki hər şeyi bilən odur və o istədikdən sonra mümkünsüz bir şey yoxdur deyirlər. Adamsa həmişəki kimi onların bu təklifinə əlini havada yelləyir və günahın onlardan kömək gözləyəndə olduğunu deyib işlərinin arxasıyca gedir.
Günlər keçir. Adamın işləri düzəlmir ki düzəlmir. Bir gün işdən evə yollanarkən adam yolun kənarındakı uca qayanı görür və maşınını yolun kənarına çəkib saxlayır. Qaya yaşıl çəmənliyin içində göyə doğru ucalmışdı. Adam qayanın üzərinə dırmanıb üzünü sonsuz səmaya tutub bir xeyli nəzər salır. Sonda sükutu pozub illərdən bəri inanmadığı o Varlıqla danışmaq qərarına gəlir:
-Ey Allah, səni salamlayıram. Mən sənə indiyə kimi inanmamışam. Bu gündən sonra da inanıb inanmayacağım bu söhbətimizdən sonra məlum olacaq. Sənə inanmaq istəyirəm. Amma inanmağım üçün gərək sən də özünü göstərəsən. Göstər ki, mən də səni görüm, inanım. Özünü göstər mənə, Allah!
Bu zaman bayaqdan bəri tutqun olan göy üzündəki buludlar aralanır və günəş buludların arasından parlaq şüalarını adamın üzünə saçır. Adam başa düşmür...
Adam narazı halda bir daha dilləndi:
-Nə oldu? Özünü göstərmək bu qədərmi çətindi? Ya mənəmi görünmək istəmirsən? Camaat sənə necə inanır çatmır da mənə. Yaxşı, özünü göstərməyi keçdim, barı elə elə səni hiss eliyim, özünü hiss etdir mənə!
Bu zaman sərin meh əsir və adamın alnına tökülmüş saçlarını xəfifcə uçuşdurur. Adam yenə başa düşmür...
Bu dəfə səbirsiz və daha da narazı halda deyinməyə başlayır:
-Nə oldu? Çox şeylər istəyirəm? Deyirsən sənə inanaq. Bəs səni görmədən, hiss etmədən necə inanmaq olar axı? Belə şey olar? Bircə şey istəyirəm, onu da edə bilmirsən. Necə Allahsan onda sən? Yaxşı, yaxşı, hər şeyi keçirəm, heç olmasa bunu elə, bunu eləsən, artıq sənə inanacam. Söz. Sənə inanmağım üçün. Toxun mənə!
Bu zaman çəmənliyin dərinliyindən, ağacların yarpaqları arasından qanadı toz mavi kəpənək uçaraq adamın çiyinlərinə qonur. Adam yenə başa düşmür...

Allah özünü hər yerdə və hər formada bizə göstərir. Amma, əlbəttə ki, görməyi bacaranlara... 🙂

You've reached the end of published parts.

⏰ Last updated: Oct 29, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Ulduzların altındaWhere stories live. Discover now