Avstraliyanın kiçik bir qəsəbəsində, kasıb bir ailədə yaşayan 10 yaşlı Jack, öz otağında musiqi dinləyirdi. Bu onun ən böyük hobbisi idi. Üstəlik musiqini dinləməklə yanaşı özüdə nə isə ifa etməyə çalışırdı.
"Böyük və işıqlı səhnə, və milyonlarla heyranına əl edən Jack "
Birdən səs gəldi və o xəyal dünyasından ayılıb ətrafa boylandı. Deyəsən kimsə onu çağırırdı.
Pəncərədən çölə baxan Jack gözlərinə inanmadı
Gələnlər onunla indiyə kimi ünsiyyət belə qurmayan məhlə uşaqları idi
Bu , Jack üçün çox təccüblü hal idi çünki indiyə kimi belə bir hal olmamışdı.
O qaça -qaça qapının yanına getdi , sevincək qapını açdı. İlk dəfə sadəcə adını eşitdiyi və uzaqdan tanıdığı Steve ilə üz-üzə gəldi. Biraz baxdıqdan sonra Steve:
- Jack , bizimlə oynamaq istəyirsən ?
Dedi.
Jack çoxdandı bu anı gözləyirmiş kimi:
- Bəliii ayaqqabımı geyinim gəlirəm !
Steve'nin yanındakı oğlan pıçıltı ilə:
- Bunu niyə çağırdın ki ? !
Steve heçnə demədi və üzünü turşutdu.
Çox keçmədi Jack ayaqqabılarını geyinib gəldi. Onlar birlikdə futbol meydançasına doğru yönəldilər.
Davamı 2ci hissədə😍🤍
Ümid edirəmki bəyənəcəksiz
