Böyük Şəhərin İşıqları

3.9K 124 205
                                    

Noyabr Səhəri....

Bakı Noyabrın ilk səhərini yaşıyırdı. Həmişəki kimi külək əsirdi çöldə. Bakıya hec de hansısa bir başdanxarab Küləklər Şəhəri adını verməmişdi. Bu adın Bakıya həqiqətən çox yaraşdığını biz hər səhər yuxudan durub eyvana çıxmaqla görə bilərik. Sərin noyabr küləyi Kamilin balaca otaqinin köhnə pərdələrini əsdirirdi. Balaca otaq payızın ikinci ayına görə heç də isti deyildi: açıq qalmış pəncərələr, köhə qırmızı rus xalçası üzərinə qoyulmuş elə xalçayla eyni yaşda olan və heç qızmamış elektrik sobası, otaqdan çıxış qapısına açılan dar kolidorun açıq pəncərələri otaqda Noyabr Küləyinin cərəyan etməsinə səbəb olmuşdu. Otaq heç də xoşagələn deyildi. Bu birotaqlı evin köhə sahibəsinə nəzərən yeni sahibi evin qayğısına qala bilmirdi. Kamil bu evə köçəndə onun cəmi 17 yaşı var idi. Universitetə yüksək balla qəbul olan Kamil bu evi əmək pensiyasına çıxmış yaşlı bir riyaziyyat məllimindən almışdı. Yaşlı qadın yeni qəbul olmuş tələbəyə böyük rəğbət bəsləmiş və evi su qiymətinə cavan oqlana kirayə vermişdi. Kamil isə bu böyük yaxşılıqın əvəzində yaşlı qadının güllərinə qulluq edəcəyinə söz vermişdi. Adı çəkilən güllər isə Kamilin "diqqəti" nəticəsində cəmi 2 həftə yaşaya bildi.

Kamilə görə Güllər nə qədər tez məhv olsa o qədər yaxşıdı. Çünki təmiz və saf gözəlliklər çox tez kirlənir və artıq gözəllikən əsər əlamət qalmır. Buna görə də saf və gözəl güllər də gərək kirlənmədən məhv olub getsin. Bunun kimi fikirlərinə görə Kamil hər zaman özünü digər insanlardan fərqli sayır. Onun fikrincə bir insana yardım etməzdən əvvəl ona acımaq lazımdı. əziyyət çəkən insana yardım etməkdən çox vicdan əzabı çəkib ürək yandırsa bu daha çox Allah yanınında diqqətə səbəb ola bilər. Çünki Allah bütün insanlara nəzər salır və edilən hər əməli qiymətləndirir . bəs ürəkdən keçən hissləri necə? Məsəlçün insan bir qiza aşiq olduqda Allah bunu görə bilər? Axı hisslər görünmür. Əgər Allah hər şeyə qadirdisə bir oqlanın bir qıza aşiq olduğunu görəbiləcək. Və bunu qiymətləndirəcək. Eləcə də vicdan əzabı: bir insan digərinə pislik edir. Və sonra elədiyi əmələ görə çox peşman olur və vicdan əzabı çəkir. Bu zaman Allah bunudami görür? Bəlkə elə insan elediyi əməlin düzgün olmadığını anlayıb peşman olsa Allah bunu görəcək və onu etdiyi pis əməli bağışlayacaq?

"daha gedib üzr istəmək nəyə lazım? Mən gedib ondan üzr istədim və o da məni bağışladı. Axı bağışlamaq yalnız Allaha məxsusdu. Mən vicdan əzabı çəkəcəm və Allah məni bağışlayacaq! Bu qədər sadə" deyə düşünən Kamil nəhayət anladıkı otaq çox soyuqdu və bütün bədəni tir-tir əsir. Durub çarpayının içində oturdu və ayaqlarını sallayıb köhnə xalçanın üstünə qoydu. ətrafa göz gəzdirdi. Otaqın rəngi azacıq saralmış mavi rəngli divarları, divardan asılmış iki ədəd şəkil. Biri təbiət mənzərəsi. Hansıki bu şəkli Kamilə ad günündə dostu bağışlamışdı. Və Kamil bu rəsmi heç sevmirdi. Çünki umumiyyətlə Kamilin düşüncəsinə görə ad günlərində insana ən yaxşı hədiyyə pul ola bilər. "pulunu ver ve de ki özün nə istəyirsən al! Bu qədər sadə" deyə düşünürdü Kamil. Digər rəsm isə birincisindən fərqli olaraq Kamilə çox əziz idi. Çünki rəsmdə onun ailəsi əks olunmuşdu. Orta yaşlı bir kişi. Uzun qara bığları və qara çatma qaşı kişiyə xüsusi görkəm verirdi. Enli boynu və iri cüssəsi kişinin pəhlivan olduğuna işarə edirdi. Kişinin yanında isə çox göyçək bir qadın. Başına mavi şal atmış və qara utancaq gözlərini aşağı zilləyib. ərinin iri cüssəsinə görə qadın çox incə və zərif görünürdü. Şəkil Kamilin doğulduğu Sabirabad rayonunda çəkilmişdi. Hardasa 1989cu illərə təsadüf eliyirdi. Atası Məhəmməd kişi o zamanlar rayonun ən güclü kişilərindən sayılırdı. Iri cüssəsi , enli kürəyi və əzələli iri qolları onu hər ağır işin içindən məharətlə çıxmasına yardımçı eliyirdi. Məhəmməd kişi Səidə ilə evlənəndə Səidənin cəmi 16 yaşı var idi. Və ikisi də bir birini çox sevirdi. Sədinənin atası qızını Məhəmmədə vermək istəmirdi çünki qız hələ çox balaca idi. Ama Məhəmmədin hikkəsi və rayonda olan hörməti nəhayət qızın atasını yola gətirdi və Məhəmməd ilə Səidə evləndi. Ikisi də çox xoşbəxt idi. Ama bu xoşbəxtçilik çox uzun çəkmədi. Hamilə qalan Səidənin uşağı ölü doğuldu. Bu isə ailəyə çox boyuk zərbə oldu. Sən demə sevgi də bir yerə qədərmiş. Səidəyə olan sevgisi səidənin ölü doğulan balası ilə birlikdə Məhəmmədin də ürəyində öldü. Və ağlamaqdan gözləri şişmiş Səidəyə Məhəmməd sadəcə nifrət dolu gözlərlə baxdi. Heçnə demədi . Heç bir kəlmə də.

Böyük Şəhərin İşıqlarıWhere stories live. Discover now